Tahir Mirkişili: ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdır

Tahir Mirkişili: ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdırBiG.AZ xəbər verir ki, mayın 29-30-da Avstriyanın Villach şəhərində ATƏT Parlament Assambleyasının "Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı" mövzusunda təşkil etdiyi konfransda Milli Məclisin ATƏT PA-da nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili çıxış edib.
Hazırda sivilizasiyaların qovuşmasının baş verdiyi, millətlərarası inteqrasiyanın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda belə bir tədbirin keçirilməsinə görə ATƏT PA-nın Prezidentinə təşəkkür edən Tahir Mirkişili tədbirin keçirildiyi Karintiya bölgəsinin tarixinin və inkişaf mərhələlərinin xeyli maraq doğurduğunu qeyd etmişdir.
Azərbaycanda milli azlıqların hüquqlarının dövlət səviyyəsində daim qorunduğunu qeyd edən deputat ölkədə milli azlıqların həm öz adət-ənənə, dil, din, mədəniyyətlərini qoruduğunu, həm də Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə inteqrasiya olunduğunu qeyd etmişdir. O, milli azlıqların nümayəndlərinin icra orqanlarına, qanunverici və məhkəmə orqanlarında yetərincə təmsil olunduğunu qeyd edərək, multikultural dəyərlərin inkişaf etdirilməsinin Azərbaycanın strateji dövlət siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tahir Mirkişili dünyada milli azlıqlarların hüquqlarının qorunması zamanı qarşıya çıxan problemlərdən söz açaraq bu problemlərin yaradan əsas səbəb kimi 3-cü dövlətin müdaxiləsini əsas göstərmişdir. O, Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini göstərərək Dağlıq Qarabağda azərbaycanlı və erməni icmaları arasında etimad, birgə yaşayış prinsiplərinin formalaşmasında Ermənistanın işğalçılıq siyasətinin dağıdıcı rolunu diqqətə çatdırmış və bu müdaxilələrin qarşısının hamı tərəfindən alınmalı olduğunu xüsusi vurğulamışdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 608   Tarix: 30 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518
.

Yağışa görə sürət həddi azaldıldı

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib. BNA-dan daxil olan məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır:. "Bir daha bütü

17.08.2020 461
.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

Bakıda kişi iki azyaşlı uşaqla küçədə dilənir: "İmkanım yoxdur, saxlaya bilmirəm" - VİDEO

Bakıda kişi iki azyaşlı uşaq ilə yol kənarında dillənir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlar Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolda lentə alınıb. Uşaqlardan biri kişinin qucağında, digəri beton üzərinə uzadılıb. Görüntülərd

27.08.2020 1036
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Gözaltı kölgələrin yaranma SƏBƏBİ

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir. Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar. -a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər. K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir. Onu

17.08.2020 2081
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687