Zeyno Baran: "Hələlik, Azərbaycan!"

Zeyno Baran: Metyu Brayzanın həyat yoldaşı Bakını tərk etməklərinin gerçək səbəblərini açıqladı

"Azərbaycan mənim üçün önəmlidir, çünki müsəlman dünyasında demokratik cümhuriyyət quran ilk ölkədir. Təəssüf ki, 2 il sürdü, amma demək olar ki, düşüncələr və anlayışlar bir çox ölkədən daha öncə Azərbaycanda özünə yer tapdı". Bu sözləri ABŞ səfiri Metyu Brayzanın xanımı Zeyno Baran deyib.

Haqqında azərbaycanlılar kimi – "yoldaşım" deyə danışdığı Metyu Brayza barəsində Zeyno xanım deyir ki, ABŞ-da ona güvənirlər.

ABŞ Senatı tərəfindən səfirlik postuna təsdiqlənməyən səfir Brayza ailəsilə birlikdə Azərbaycandan getməli olub. ABŞ-da erməni lobbisi Brayzanın xanımı Zeyno Baranın milliyyətcə türk olmasını, onun həyat yoldaşının Türkiyə ilə dost ölkə Azərbaycanda səfir olmasını mümkünsüz etməsi fikrilə kampaniya aparıb və Senat səfiri vəzifədə saxlamayıb.

Bakını tərk etməzdən öncə BBC-nin Azərbaycan xidmətinə müsahibə verən Zeyno Baran yeni çapdan çıxmış "Vətəndaş İslam: Qərbdə Müsəlman İnteqrasiyasının gələcəyi" adlı kitabı, Azərbaycanda və dünyada İslam, eləcə də Bakıdan getməsi haqda danışıb.

Onun müsahibə zamanı söylədiklərini aşağıda oxuyun.

Hələlik, Azərbaycan!

Azərbaycanda həyata keçirdiyimiz layihələrin nəticələrini hələ 3-4 ay sonra görəcəkdik. Amma uzaqdan da olsa təqib edəcəyik. İşləri yarımçıq qoyub getmək çətindir. Bir il çox az bir zamandır.

Yoldaşım da, mən də Azərbaycanla öncədən də təmas içərisində idik və hadisələri izləyirdik. Burdan getdikdən sonra da izləyəcəyik. Qəlbimiz və fikrimiz burada qalacaq.

Azərbaycandan getmə səbəbimin türk olmağımla əlaqəli olması faktoru üzücüdür.

Çünki bir insanın etnik mənsubiyyətinin önəmli olmaması lazımdır. Xüsusilə də Amerikada. Hər kəs məni Amerika vətəndaşı, amerikalı olaraq qəbul edir.

Təəssüf ki, belə bir şey yaşandı. Bunun Amerika xalqının maraqlarına zərər verməyəcəyinə ümid edirik.

Siyasət belədir. Amma çox üzülmədik. Heç olmazsa bura gələ bilmiş olduq. Bütün lobbi fəaliyyətlərinə rəğmən bizi bir illik Azərbaycana göndərdilər. Bu da yoldaşıma olan güvəni və dəstəyi göstərir.

Azərbaycan İslamı moderndir

İslamda qadınların örtüklə qapanması son 20-30 ildə sanki İslamın ən önəmli parçası kimi təzahür edib və ondan öncə önəmli bir faktor deyildi. Siyasi İslamın gücünü artırması nəticəsində, xüsusilə də qadınların qapanması daha çox siyasi mesaj şəklində də anlaşılmağa başlandı.

Əslində isə, bir müsəlmanın kübar geyinməsi və ifrata varmaması məncə yetərlidir və bu yalnız məmim fikrim deyil, bir çox ilahiyyatçının və İslamı yaxşı bilən insanların da söylədiyi bir fikirdir.

Azərbaycanda İslam, bəlkə də, sovet dönəmində dinin qadağan edilməsindən qaynaqlandığı üçün, istər-istəməz humanizmlə birləşib və modern bir anlayış çərçivəsində yaşanmaqdadır.

Sovet dönəmindən dolayı İslam tarixilə bağlı bəlkə bəzi insanlarda məhdud biliklər var, amma mədəniyyət və yaşayış baxımından məncə Azərbaycan bir çox ölkənin etmək istədiyini artıq edib. Bunlar nədir? Azərbaycanın İslam mədəniyyətini, prinsiplərini, etik anlayışını modern həyata uyğunlaşdırması və bunu təbii şəkildə, uzun-uzadı dini mübahisələr etmədən bacarmasıdır.

Ancaq gənclər arasında "Bizdə İslam doğru bir İslamdırmı?" kimi fikirlər ortaya çıxmaqdadır, çünki başqa ölkələrə baxanda Azərbaycanın fərqli olduğunu onlar da görməkdədir.

Bu baxımdan, məncə, Azərbaycanın İslamı necə doğru yorumladığını və Azərbaycan İslamının digər ölkələrdəki İslam qədər doğru olduğunu və hətta daha da irəli getdiyini ictimaiyyətin bilməsi, araşdırmalar aparılması və Azərbaycanın öz təcrübəsini qürurla dünyaya təqdim etməsi daha önəmlidir.

Rafiq Tağının qətli

Bu qorxunc faciə dünyanın bir çox yerində yaşananlara bənzəyir. Dünyanın bir çox yerlərində İslamı müzakirə edən insanlar təzyiq altında olur və bəziləri, təəssüf ki, öldürülür. Bunu görənlər də İslamdan haqlı olaraq qorxurlar. Çünki deyirlər ki, öldürənlər və təzyiq edənlər bunu İslam və müsəlmanlıq adına edir.

Azərbaycan da dünyanın bir parçası olduğu üçün bənzər meyllər burda da var. Önəmli olan odur ki, radikal islamçıların insanların müzakirələrinə mane olmasına, onları susdurmasına izn verməmək lazımdır. İslamdan yox, islamçılardan qorxmaq daha doğru olar.

Kitab

Kitabı əslində Amerikada olanda yazmağa başladım və bir neçə il davam edən araşdırma nəticəsində ortaya çıxdı. 2001-ci il 11 sentyabr terror hücumlarından sonra Qərbdə İslamın fərqli şəkildə yorumlanması və anlaşılmaması, müsəlman olanlar və olmayanlar arasında parçalanmanı müşahidə etdikdən sonra belə bir kitab yazmağa qərar verdim.

Kitabdakı mesajlarım İslam dini ilə siyasi ideologiya olaraq istifadə edilən islamizm arasındakı fərqi anlatmaqdır.

Kitabı əsas oxyucu kütləsi olaraq düşündüyüm – Avropa və Amerikada yaşayan, müsəlmanları yaxından tanımayan, İslamın ideoloji yönünü bilməyən və yanlış siyasət ortaya qoyan həm siyasətçilər, həm də adi insanlardır.

Siyasi İslam

İslam yüzillər boyunca, getdiyi ölkələrdə- Afrikada, Asiyada, Latın Amerikasında – mədəniyyətlərə yad şəkildə yox, onların içərisində inkişaf edərək genişlənib. Mənim bu kitabda söyləmək istədiyim – İslam qatı cizgiləri olan din deyil, əslində son dərəcə özgürlüyə və dəyişikliyə açıq din olduğu üçün əslində o şəkildə olması lazımdır.

Təəssüf ki, son 30 ildə siyasi İslam bildiyimiz İslamın yerini almağa başlayıb və sanki İslama bağlı bir din tərzi və həyat tərzi varmış kimi qəbul edilməyə başlandı.

İslamın şərtlərinə uyub-uymamaq müsəlmanların işidir, kimsə onları zorla buna məcbur edə bilməz.

İslam Qərb demokratiyası üçün zərərli deyil, amma bunun müsəlmanlar tərəfindən söylənməsi lazımdır. Bəzi müsəlmanlar deyir ki, qanunumuz İslam hüququ olmalıdır, demokratiyaya qarşıyıq, İslamın şəriət qanunları cəmiyyəti idarə etməlidir. Məncə ən yaxşı demokratiya İslamın ən yaxşı yaşaya bildiyi yerdir. Hər bir ölkədə demokratiya irəlilədikcə, insanlar daha azad olduqca, dinlərini və dindən kənar həyatlarını daha rahat yaşaya bilirlər.

Bir sözlə, "demokratiya və İslam bir yerdə yaşaya bilməz" fikri yanlışdır, amma müsəlmanların demokratiya anlayışı bəzən bu ikisi arasında təzad çoxmuş kimi göstərir. Kitabda yazmaq istədiyim əslində xristianlıqla demokratiyanın bir-birinə problem yaratmadığı kimi, İslamla demokratiyanın hətta daha bariz şəkildə problem yaratmamasıdır. Ancaq hər şey təhsildən başlayır və müsəlmanların daha yaxşı təhsil almaları lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3311   Tarix: 05 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693