Gəlin paltarı niyə ağdır?

Gəlin paltarı niyə ağdır?Hər birimizə aydın olduğu kimi, ənənəvi olaraq gəlin paltarı ağ rənglə assosiasiya olunur. Gəlin haqqında söz düşərkən biz, ilk növbədə, gözəl və ehtişamlı ağ gəlinlikləri beynimizdə canlandırırıq. Bəlkə də, bu artıq qəbul etdiyimiz bir qayda və vərdiş halıdır. Artıq xanımlar gəlinlik seçərkən başqa rənglərə də üstünlük verirlər, ancaq yenə də ağ rəngli gəlinliklər liderliyini qoruyur. XVI-XVII əsrlərdə ağ rəngli gəlinlikləri yalnız ömrünü Tanrıya xidmət etmək üçün kilsə həyatını seçən qızlar geyinə bilərdi. "Adi" qızlar isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinirdilər. Tünd və qara rənglər isə ümumiyyətlə, istifadə olunmurdu.

Həmçinin, müxtəlif ölkələrdə fərqli rəngli gəlinliklər mövcud olmuşdur. Fransada belə bir inanc formalaşmışdır ki, əgər qız bənövşəyi rəngdə gəlinlik geyinərsə, əri onu bütün ömrü boyu sevəcək. İrlandiyadakı qızlar isə istisnasız olaraq yaşıl gəlinlik geyinərmişlər. Çünki bu rəngin xoşbəxtlik gətirəcəyinə inam böyük olmuşdur. Ağ rəngli gəlinliklərin nə zamandan istifadə olunması ilə bağlı həqiqətə uyğun iki fərziyyə mövcuddur.

Birinci fərziyyə budur ki, XVII əsrin ortalarında şahzadə Viktoriya toya ağ rəngli paltar geyinmişdir. Təbii ki, bundan sonra bütün qadınlar onun bu hərəkətini təkrarlamağa başladılar.

İkinci versiyaya görə isə, belə bir ehtimal mövcuddur ki, ağ paltar dəbini Anna Avstriyskaya gətirmişdir (Anna Fransa kralı XIII Lüdovikin həyat yoldaşı idi. Eyni zamanda Avstriyskaya epiteti onun Qabsburq sülaləsinə mənsubiyyətini göstərmişdir). Tarixi faktlara əsasən, onun paltarı o qədər qəşəng olmuşdur ki, Fransanın ali təbəqəsini təmsil edən bütün qadınlar şahzadəyə bənzəməyə çalışırdılar. Daha sonralar isə bu dəb İspaniya, İngiltərə və Portuqaliyaya keçmişdir.

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyətli və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarlarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə idi. Ağ gəlinlik adətinin dəbə düşməsi XVI yüzillikdə olmuşdur. Bu illərdə kral ailəsi gəlinlərinin gümüşu rəngdə gəlinlik geyinmələri ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi və ağ gəlinlik geyinməkdə israr etdi. Bundan sonra ingilis və fransız yazıçılar ağ rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başladılar. Əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik adəti yayıldı.

Evlənərkən ağ geyinmək gənc qızların bəkarətlərini cəmiyyətə elan etmələrinin vasitəsi oldu. Gəlinliklə bağlı bəzi batil inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan öncə onu gəlinliklə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 11353   Tarix: 05 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtlər hətta simvolları anlamaq qabiliyyətinə malikdirlər - ARAŞDIRMA

Alimlər kəşf ediblər ki, itlər əslində bizim düşündüyümüzdən daha çox söz və rəmz başa düşmək qabiliyyətinə malikdirlər. Alimlərin bu yeni araşdırması Britaniyada dərc edilən "Current Biology" jurnalında çap edilib. Belə ki, mütəxəssislər elektroensefaloqrafiya (baş beyinin summar elektri

24.03.2024 315
.

Qulaq ağrısının təbii üsulla müalicəsi

Qulaq ağrısı Ciddi bir xroniki xəstəliyin xəbərçisi olaraq can sıxır. Mütəxəssislər ağrılara qulaqla əlaqədar ya da boyun qulaq bölgəsinə yaxın linfa vəzlərinin bir problemi, çənə sümüyündə deformasiya və diş ağrısının səbəb ola biləcəyini ifadə edir. Keçməyən və uzun müddət davam edərsə qulaq agris

23.03.2024 2555
.

Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var?

Əmək Məcəlləsinin 37-ci fəsli qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları müəyyən edir. Hamilə və ya üç yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliy

10.03.2024 528
.

Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə başladı

Tailandda süni intellekt texnologiyasından depressiyaya düşən və intihar etmək istəyən insanlara kömək etmək üçün istifadə olunmağa başlanılıb. Tailandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən "AI DMIND" adlı süni intellekt texnologiyası xəstələrin psixoloj

23.03.2024 312
.

Dünya əhalisinin üçdə biri zəhərli su içir - TƏDQİQAT

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. Tədqiqat "Science of The Total Environment" elmi jurnalında dərc olunub. Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyy

23.03.2024 333
.

Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı

Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb. Böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb. Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib. Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısınd

24.03.2024 454
.

Boşanmaların sayının azalması üçün hansı yaşda evlənməliyik? - Mütəxəssisdən AÇIQLAMA

"Boşanma riskinin daha az olduğu və evlilik üçün ən uyğun yaş həddi 25-30 yaşdır". Bu fikri amerikalı psixoterapevt Lori Qotlib Stiven Bartletin "Diary of a CEO" podkastında bildirib. Qotlib iddia edib ki, çox erkən evliliklərdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağ

16.03.2024 343
.

Bakıda çörək zavodunun açılış mərasimi - Nadir GÖRÜNTÜLƏR + VİDEO

AzTV-nin "Qızıl Fond"u illər əvvəl Bakı şəhəri Keşlə qəsəbəsində olan çörək zavodunun açılış mərasimindən görüntülər təqdim edib. Həmin görüntülərdə zavodun fəaliyyət istiqamətləri və iş prinsipi əksini tapıb.( )

16.03.2024 437
.

Sevgililərin ayrılmaq üzrə olduğunu göstərən 3 QIRMIZI BAYRAQ

Boşanmalar nadir hallarda qəfil olur. Adətən bir əlaqənin sona çatmasından əvvəl uzun müddət sevgi sönməyə başlayır. Çox vaxt əvvəlcədən cütlüyün ayrılacağı qənaətinə gəlmək olar: hətta sevgililər ictimaiyyət arasında mübahisə etməsələr də. BİG.AZ -a istinadən bildirir ki, münasibətlərin tezliklə son

16.03.2024 491