Ramazan ayının ilk gününün DUASI VƏ TƏQVİMİ

Ramazan ayının ilk gününün DUASI VƏ TƏQVİMİ

"İlahi, bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı".

BiG.AZ oxu.az-a istinadən müqəddəs Ramazan ayının 1-ci gününün təqvimi və duasını təqdim edir.

01 ramazan 1438 - 27 may 2017

İmsaq: 03:19
İftar: 20:17

Birinci günün duası:

Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.

Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 - 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.
f Paylaş
Bölmə: İslam Oxunub: 4806 Tarix: 27.05.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Lissa
Lissa 27.05.2017
Bu ayin sevincin her ureye yawatmagi nesib etsin Allahim


 
Goycayski
Goycayski 27.05.2017
ALLAH butun oruc tutanlarin orucunu,duasini qebul etsin.arzusunda olanlara qismet etsin.