Bu həkim xəstədən böyrək əməliyyatı adı ilə 30 min dollar aldı, aradan çıxdı -VİDEO

Bu həkim xəstədən böyrək əməliyyatı adı ilə 30 min dollar aldı, aradan çıxdı -VİDEOHəkim qalmaqallarına biri də əlavə olunub, ancaq bu dəfə həkim səhvi tibbi deyil. Sumqayıtda Rzayevlər ailəsi həkim saxtakarlığı ilə üzləşib.

BiG.AZ-ın xəzər xəbər-ə istinadən məlumatına görə, onlar böyrək çatışmazlığından əziyyət çəkən gəlinlərini əməliyyat üçün bel bağladıqları həkimin dələduzluğuna düçar olublar. Türkiyəyə əməliyyata xəstə aparmaq üçün Bakıda ofis tutan həkim onların 30 min dollar pulunu alaraq aradan çıxıb. İndi ailə çarəsiz qalıb, 3 ildir nə həkim tapılır, nə də pul.
Sumqayıtda yaşayan 46 yaşlı Səidə Rzayeva böyrək çatışmazlığından əziyyət çəkir. 3 il əvvəl həyat yoldaşı onun müalicə və müayinəsi üçün Bakıda bir iş mərkəzində ofisi olan Ramiz Quluzadə adlı həkimlə tanış olub. Ramiz Quluzadə əməliyyatın Türkiyədə keçiriləcəyini və bunun üçün 30 min dollar lazım olduğunu deyib.

Türkiyədə müayinədən sonra Ramiz Quluzadə yenidən hərəkətə keçib, pulun qalanını da onlardan alıb. Əməliyyat baş tutmayanda isə ailə narahat olaraq Ramiz Quluzadə ilə tez-tez əlaqə saxlayıb. Lakin bir müddət sonra həkimi tapmaq mümkün olmayıb. Səidə Rzayevanın həyat yoldaşı Cahangir Rzayev deyir ki, arada internet vasitəsi ilə əlaqə saxlasalar da, Ramiz Quluzadə bir müddət yalançı vədlər verdikdən sonra yoxa çıxıb.
Cahangir Rzayev deyir ki, əməliyyat üçün lazım olan vəsaiti çox çətinliklə əldə edib. Hətta anası da pensiyasını toplayaraq gəlininin əməliyyatı üçün ona verib.

Rzayevlər ailəsi 3 ildir əlacsız qalıb. Əgər həkim pullarını qaytarsa, 3 ildir gözləyən xəstə əməliyyat olunaraq tam sağala bilər. Hadisə ilə bağlı aidiyyəti qurumlara da müraciət edilib. Xətai rayon Polis İdarəsində bununla bağlı araşdırma aparıldığı bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1862   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 661
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 99
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 243
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 239
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

24.04.2024 379
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 335
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 716
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 266
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 305