Tələbəni məhkəməyə verən dekan müavini səfirin bacısı imiş... - FOTO

Tələbəni məhkəməyə verən dekan müavini səfirin bacısı imiş... - FOTOBakıda tələbə hakim qarşısına çıxarılıb. Buna səbəb tələbənin təhsil aldığı universitetin dekan müavininin ondan şikayətçi olmasıdır. Dekan müavini tələbə tərəfindən təhqir edildiyi, rüşvət almaqda ittiham olunduğu üçün onun cəzalandırılmasını istəyib.

Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı daha bir maddə ilə ittiham qaldırıb.

Xatırladaq ki, bundan əvvəl Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılması üçün Yasamal rayon Məhkəməsinə müraciət edən dekan müavini mayın 25-də məhkəmədə daha bir iddia qaldırıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dekan müavininin tələbəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılıb. Məhkəmədə dekan müavini Nigar İsmayılzadə çıxış edərək deyib ki, fakültənin dördüncü kurs tələbəsi olan Zəka Mirağayev mediada ona böhtan atıb. Dekan müavini tələbə tərəfindən "rüşvətxor" adlandırıldığını söyləyib. Dekan müavini həmçinin əlavə edib ki, tələbə mətbuatdakı açıqlamalarında onu universitetdə neqativ əməllərlə məşğul olmaqda da ittiham edib. N.İsmayılzadə məhkəmədəki çıxışında "MTN işi" çərçivəsində həbs edilmiş və həbsdə olarkən intihar edən İlqar Əliyevlə adının birlikdə çəkilməsinə də etiraz edib.

Onun sözlərinə görə, intihar etmiş MTN polkovniki İlqar Əliyevlə əlaqəsi haqda yazılanları özünə təhqir hesab edir: "Mətbuatda "Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi var?" başlığı ilə məqalə yayılmışdı. Azərbaycanlıyıq, bu cümləni oxuyan mənim haqqımda nə düşünər? Guya, mənim dekan müavini təyin olunmağımda İlqar Əliyevin rolu olub. Yalandır. İlqar Əliyev mənim qrup yoldaşım olub, "Türkologiya"da birlikdə təhsil almışıq. Dekan müavini nə vəzifədir ki, məni MTN polkovniki ora təyin elətdirsin? Mənim təqdimatımı dekanımız, dünya şöhrətli alim Vasim Məmmədəliyev verib".

Nigar İsmayılzadə iddia qaldırdığı tələbənin 14 ildir, universiteti bitirə bilməməsinə də toxunub: "Tələbə Zəka Mirağayev 14 ildir, universiteti bitirə bilmir. Mənim fikrimcə, belə ittihamlar səsləndirən tələbəni kimlərsə öyrədir".

Məhkəmədə Nigar İsmayılzadəni hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov müdafiə edirlər. Vəkillər iddia ərizəsinə əlavəni məhkəməyə təqdim ediblər. Məlum olub ki, dekan müavini tələbənin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı "anaxeber" saytında yer almış yazıdakı "Nigar İsmayılzadə "İlahiyyat" fakültəsinin adına layiq deyil" cümləsini təhqir hesab edir.

Tələbənin vəkili Elçin Sadıqov da məhkəmədə çıxış edib. Vəkil iddiaya əlavənin icraata qəbul olunmasına etiraz edib. E.Sadıqov bildirib ki, qanuna görə, məhkəmə icraata qəbul elədiyi işdən kənara çıxa bilməz: "Xüsusi ittihamçısının iddia ərizəsində də yalnız 147-ci maddə qoyulmuşdu. İndi isə yeni ittiham irəli sürürlər".

Məhkəmə etiraza baxmayaraq, iddiaya əlavəni icraata qəbul edib.

Tələbə Zəka Mirağayev də məhkəmədə ifadə verib. O, deyib ki, irəli sürülən ittihamlarla özünü qətiyyən təqsirli hesab etmir. Dekan müavinini "rüşvətxor" adlandırmasına münasibət bildirən tələbə deyib ki, bu barədə sübutu var və prosesin gedişində müəyyən adamların dindirilməsi ilə bağlı vəsatət qaldıracaq: "Nə mən birbaşa dekan müavininə rüşvət vermişəm, nə də o, məndən istəyib. Rüşvət məsələsi məndən kənarda baş verib. Əlimdə sübutlar var, prosesin gedişində ortaya qoyacam. Mən burada rüşvətin çekini ortaya qoya bilmərəm ki... Amma bildiyim faktları universitet rəhbərliyinə də demişəm, prokurorluğa da göndərmişəm".

14 ildir, universiteti bitirə bilməməsilə bağlı dekan müavininin dediklərinə də müansibət bildirən Zəka Mirağayev söyləyib ki, 2005-ci ildə rüşvətə etirazına görə universitetdən çıxarılıb, 2014-cü ildə isə yenidən bərpa olunub: "Dekan müavini öz istəyi ilə məni məhkəməyə verməyib. Dekan Vasim müəllim fakültənin adının hallanmasını istəmirdi. Dekanlıqda görüşdə bu məsələnin həlli ilə bağlı təklif verəndə Nigar İsmayılzadə dedi ki, "mən böyüklərimlə məsləhətləşməliyəm". Bu da mənim dediklərimi sübut edir".

Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. Növbəti məhkəmə prosesi iyunun 8-də davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3442   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 273
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

19.04.2024 1076
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 982
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 259
.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

19.04.2024 149
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 402
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 71
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 263
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 310