Azərbaycanlı məşhur həkim axtarışa verildi: "Hər ay bir xəstəsi əməliyyatdan sonra ölür" - FOTOLAR

Azərbaycanlı məşhur həkim axtarışa verildi: "Hər ay bir xəstəsi əməliyyatdan sonra ölür" - FOTOLARGürcüstanda iki nəfərin ölümünə gətirib çıxarmış dələduzluğa və saxtakarlığa görə həbs edilən qalmaqallı doktor Fərman Ceyranovun işində adı keçən həkim-cərrah Bakıda üzə çıxıb.

Bu, Mərkəzi Neftçilər Klinikasının şöbə müdiridir və hazırda da iş başındadır.

Xəbər verildiyi kimi Tbilisidə fəaliyyət göstərən "Lanset" klinikasının direktoru, Azərbaycan müxalifətinin maliyyə mənbələrindən biri kimi tanınan Fərman Ceyranov orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunub. Gürcüstan prokurorluğunun rəsmi açıqlamasında deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan cərrah-transplantoloq dəvət edib, onu "Türkiyədən dəvət olunmuş cərrah" kimi təqdim edib.

Daha sonra sosial şəbəkələrdə və TV-lərdə həmin cərrahın qara ciyər xəstələri üçü pulsuz müayinə keçirdiyi barədə elanlar verib. Bu elanları eşidən iki pasiyent ötən ilin martında klinikaya müraciət edib. Ceyranov onlardan cəmi 81 min dollar alıb. Azərbaycandan gedən cərrar xəstələrə qara ciyər köçürüb, lakin hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb.

Gürcüstan prokurorluğunun Ceyranovun həbsinə dair ötən gün yayılmış məlumatında Azərbaycandan dəvət edilmiş və türk kimi qələmə verilən həkimin kimliyi açıqlanmamışdı.

BiG.AZ xəbər verir ki, lakin virtualaz saytı ölümlə nəticələnən əməliyyatı aparan azərbaycanlı cərrah-transplantoloqla bağlı ilginc faktlar əldə edib. Bəlli olub ki, həmin cərrah-transplantoloq Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımidir. Kazımi iki pasiyentin ölüm faktına görə ötən ildən Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

2009-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasında cərrah kimi fəaliyyət göstərən Kaziminin xarici ölkələrdə, o cümlədən Gürcüstanda əməliyyat aparması üçün sertifikatı yoxdur. Lakin Kazimi öz briqadası ilə dəfələrlə "Lanset" klinikasında orqan köçürmə əməliyyatları aparıb. Ceyranovla Kaziminin işbirliyi birincinin Gürcüstana köçməsindən sonra başlayıb. Ceyranov pasiyentlərə Kazimini türkiyəli mütəxəssis kimi təqdim edib.

Azərbaycanlı məşhur həkim axtarışa verildi: "Hər ay bir xəstəsi əməliyyatdan sonra ölür" - FOTOLARFərman Ceyranov

Mircəlalın Türkiyədə təhsil alması və xəstələrlə türk dilində danışması da pasiyentlərin aldadılmasında rol oynayıb. Dünyada qəbul olunmuş normalara görə qara ciyər transplantasiyasında ölüm riski 3-5 faiz arasında dəyişir. Lakin Kaziminin həyata keçirdiyi əməliyyatların 80 faizinin ölümlə nəticələndiyi barədə məlumatlar var.

"Mircəlal Kazıminin əməliyyatı nəticəsində ötən ay daha bir xəstə dünyasını dəyişdi. Demək olar ki, hər ay onun xəstələri arasında ölüm faktı qeydə alınır. Lakin himayədarlarının köməyi ilə ölüm faktları ciddi araşdırılmır, hər dəfə xəstə və ya xəstə yaxınları günahkar çıxarılır",-səhiyyə orqanlarındakı mənbəmiz bildirir.

Qazax rayon sakini, 36 yaşlı Vüsal Fərzəliyev də Mircəlal Kaziminin xəstəsi olub. Böyrək çatışmazlığından əziyyət çəkən Vüsala anasının böyrəyi köçürülüb, Kazimi ailəyə əməliyyatdan 15 gün sonra xəstənin tam sağalacağına təminat verib. Lakin Vüsal əməliyyatdan 1 ay sonra ölüb.
Azərbaycanlı məşhur həkim axtarışa verildi: "Hər ay bir xəstəsi əməliyyatdan sonra ölür" - FOTOLARVüsal Fərzəliyev

Qeyd edək ki, sosial şəbəkələrdə Kaziminin apardığı əməliyyat nəticəsində dünyasını dəyişən daha bir nəfər-26 yaşlı Səkinə Həsənova ilə bağlı məlumatlar da yer alıb. Qara ciyər transplantasiyasindan sonra dünyasını dəyişən gəncin valideynləri həkimi günahkar bilirlər. Onlarla xəstə isə həkimin yanlış diaqnozundan şikayətçidir.

Kazımi barəsində Gürcüstan hüquq-mühafizə orqanlarının Azərbaycan tərəfinə müraciət edib-etmədiyi bəlli deyil. Lakin necə ola bilər ki, qonşu ölkədə iki pasiyentin ölümünə görə axtarılan cərrah-transplantoloq Bakıda sərbəstcə öz işindədir?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13657   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 166
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170