2011-in ən yaxşı filmləri seçildi
2011-ci ilin ən yaxşı filmi Terrens Malikin "Həyat ağacı" oldu.
ANN.Az-ın "deadline" saytına istinadən verdiyi xəbərə görə, 2011-ci ilin ən yaxşı filmi Terrens Malikin "Həyat ağacı" filmi olub.
OKC bu ekran əsərini ən yaxşı rejissor, montaj, operator işi və ikinci planda ən yaxşı qadın rolu (Cessika Çesteyn) nominasiyaları üzrə qiymətləndirib.
Xatırladaq ki, film ötən il Kann festivalının "Qızıl palma budağı" mükafatına layiq görülüb.
Başqa bütün filmlər internet tənqdidçilərinin seçimində birdən artıq nominasiyada qalib gələ bilməyiblər.
Maykl Fassbender ("Utanc" filmi) ən yaxşı aktyor, Tilda Suiton ("Kevinə nəsə olub") ən yaxşı qadın rolu, Kristofer Plammer ikinci planda ən yaxşı aktyor ("Yeni başlayanlar") seçilib.
Cessika Çesteyn eyni zamanda "İlin sıçrayışı" nominasiyasında qalib gəlib. O, 2011-ci ildə "Həyat ağacı"ndan başqa, "Koriolan", "Yardım", "Texas ölüm sahəsi", "Borc" və "Sığınacaq" filmlərində rol alıb.
"Ranqo" ən yaxşı cizgi filmi, Əsgər Fərhadinin "Nadir və Siminin boşanması" filmi əcnəbi dildə ən yaxşı ekran əsəri, Verner Hersoqun "Unudulmuş röyalar mağarası" ən yaxşı sənədli film seçilib.
Cəmiyyət kino sənətinin qorunması və bərpası üzarə faliyyətinə görə Martin Skorsezeni mükafatlandırıb.
Əsası 1997-ci ldə qoyulan Onlayn Kino Tənqidçiləri Cəmiyyətinə Apollo Guide, DVDTalk, eFilmCritic.com, The Moving Arts Film Journal, FilmCritic.com, FilmFocus, Film Threat, IMDb və Slant Magazine kimi saytların müəllifləri daxildirlər.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş