Acı bibərin İNANILMAZ FAYDALARI

Acı bibərin İNANILMAZ FAYDALARIBadımcançiçəklilər fəsiləsinə məxsus bibərin vətəni Cənubi Amerikadır. İlk dəfə ispanlar tərəfindən Avropaya gətirilmiş bibərlər qısa müddət ərzində tropik və subtropik ölkələrdə yayılmışdır. Xüsusilə C vitamini ilə zəngin bibərlərin acı, şirin növləri və rəngbərəg çeşidləri var. Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır.

Bibər insan orqanizminə çox faydalıdır. Həkimlər gündəlik qidalanma prosesində acı və şirin bibərlərdən istifadə etməyi məsləhət görür. Acı bibərin 70-ə yaxın növü var. Dünyada ən acı bibər habanero növü hesab olunur. Meksika mətbəxində demək olar ki, bütün yeməklərdə ondan istifadə olunur.

BiG.AZ bibərin insan orqanizminə faydalarını təqdim edir:

1. Oynaqlarda iltihablaşmanın və revmatizmanın qarşısını alır.
2. Ən acı növlərdən olan Çili bibəri insan orqanizmi üçün çox faydalıdır. İştahı açan xüsusiyyəti ilə həzm sistemini stabilləşdirərək mədəni sakitləşdirir.
3. Ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Acı bibər yemək ay ərzində yarana biləcək insult və infarkt riskini 13%-ə qədər azaldır. Qırmızı bibər insanı rahatladır, nəfəs yollarını açır, ağciyərləri təmizləyir, bronxit və qrip kimi xəstəliklərin yaranmasının qarşısını alır.
4. Yağ yandıran xüsusiyyəti ilə gündəlik yeyilən acı bibər insanı arıqladır və çəkini normallaşdırır. Kaloriləri yandıran acı bibər mədə-bağırsaq sisteminin funksiyasını yaxşılaşdıraraq qəbzliyi aradan qaldırır.
5. Acı bibər yemək kişilərdə cinsi istəyi artırır. Testosteron səviyyəsini qaldırır.
6. Şəkər xəstələri acı bibər yeməklə şəkəri normada saxlaya bilərlər. Xüsusən də Çili bibəri qanda şəkərin miqdarını normallaşdırır.
7. Əsasən Hindistan mətbəxində istifadə edilən acı bibər növlərindən olan pipalinin tərkibində olan kapsaisin maddəsi insan orqanizmində xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
8. Acı bibər soyuqdəyməyə, diş və boğaz ağrılarına kömək edir. Antibiotik dərmanların qəbulundansa, üyüdülmüş istiotu suya qatıb içmək orqanizmə daha çox fayda verir.
9. Acı bibər insan orqanizmində mikrobları öldürür və immun sistemini qüvvətləndirir. Acı bibərdən müntəzəm istifadə edən insanların orqanizmi xəstəliklərə qarşı daha güclü müqavimət göstərə bilir.
10. Əsrlərdir acı bibərdən alternativ tibbdə istifadə edilir. Bəzi xalqlar acı bibərlə xüsusi müalicə üsulları hazırlayıblar. Soyuq havalarda ayaqqabıların içinə qoyulan acı bibər barmaqları donmadan qoruyur. Qanayan yaraya qoyulan acı bibər qanaxmanı dayandırır və yaranın iz qalmadan yaxşılaşmasına kömək edir. (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3552   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367