Daha bir milyarder arvadından boşanır: 15 milyard dollarlıq təzminat... - FOTO

Daha bir milyarder arvadından boşanır: 15 milyard dollarlıq təzminat... - FOTORusiyalı oliqarx-milyarder, nikel kralı Vladimir Potaninin keçmiş arvadı ona qarşı rekord məbləğdə - 15 milyard dollarlıq təzminat iddiası qaldırıb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Natalya Potanina "Pharanco", "Bektanco", "Decoso" və "Lovenco" offşor şirkətlərinin səhmlərini, habelə bir sıra digər aktivləri onunla keçmiş ərinin birgə mülkiyyəti kimi tanımağı, nəticədə yarı bölməyi tələb edir. İddianın ümumi məbləği 898 milyard rubla, yaxud 15 milyard dollara yaxındır. Təzminat iddiasının bir nüsxəsini "Forbes"in redaksiyası əldə edib.

Potaninanın nümayəndəsi bildirib ki, bu iddianın qaldırılmasının səbəbi məhkəmənin Vladimir Potaninin "Nornikel" şirkətinin səhmlərini bölüşdürməkdən imtina etməsidir. Məhkəmə qərarında deyilir ki, səhmlər birbaşa biznesmenə məxsus deyil. Lakin hamıya məlumdur ki, dünyanın ən iri nikel istehsalçısı olan şirkətin səhmlərinin benefisiarı məhz Potanindir.

Daha bir milyarder arvadından boşanır: 15 milyard dollarlıq təzminat... - FOTOVladimir və Natlya Potaninlər 1983-cü ildə evləniblər. 30 il sonra biznesmen boşanma iddiası qaldırıb, iddia 2014-cü ilin əvvəllərində təmin olunub. 2015-ci ildə isə Moskva məhkəməsi əmlakın bölgüsünə dair qərar çıxarıb, milyarderin keçmiş arvadına Moskva ətrafında üç torpaq sahəsi, habelə paytaxtın mərkəzindəki mənzildəki paya görə kompensasiya verilməsini qərarlaşdırıb. Lakin Natlya Potanina bununla qane olmayıb, "Nornikel"in və keçmiş ərinə məxsus "İnterros" şirkətinin səhmlərinin yarısının ona verilməsini tələb edib. Məhkəmə iddianı təmin etməyib. Milyarderin keçmiş arvadı apellyasiya verib və iş yenidən Moskva şəhər məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, bu günlərdə London məhkəməsinin azərbaycanlı milyarder Fərhad Əhmədova qarşı onun 2000-ci ildə boşandığı keçmiş arvadı Tatyana Əhmədovanın iddiası əsasında 600 milyon dollar təzminatın ödənilməsinə dair qərar çıxarmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1190   Tarix: 23 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 260
.

Nigarın sinə dekolteli geyimi - Fotolar

"Avroviziya 2011" qalibi Nigar Camal geyimi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sinə dekolteli paltarla obyektiv qarşısına keçib. Nigar həmkarı Dilarə Kazımovanın da yer aldığı şəkilləri instaqram hesabında yayımlayıb. "Çox gözəl bir gündür. Onun bitməsinə imkan verməyin"

17.04.2024 759
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16.04.2024 502
.

Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO

"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı

17.04.2024 883
.

"Qabırğaları qırılıb" - Həyat yoldaşından açıqlama

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb". Qeyd edək ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai"

17.04.2024 1925
.

Qəzada avtomobil 2 təkər oldu - VİDEO

Türkiyənin Kadıköy şəhərində avtomobil parkinq halında olan maşına dəyərək qəza edib. BİG.AZ xəbər verir ki, qəza zamanı sürücü yüngül xəsarət alıb. Qəza anı təhlükəsizlik kamerasına çəkilib

17.04.2024 331
.

"Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər" - Azər Həsrət

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Azər Həsrət bildirib ki, media subyektləri ilə təmin etməlidir

17.04.2024 322
.

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB məlumat yayıb. Qurumdan -a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səth

17.04.2024 1129
.

Hikmət Hacıyev Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılmasını ŞƏRH ETDİ

"2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib"

17.04.2024 412