Ermənilərə işləyən azərbaycanlı satqınlarla bağlı bu xəbərə ŞOK OLACAQSINIZ

Ermənilərə işləyən azərbaycanlı satqınlarla bağlı bu xəbərə ŞOK OLACAQSINIZGünlərdir Azərbaycan ordusunda baş verən casus qalmaqalı ətrafında ictimaiyyətdə müzakirələr davam edir. Orduda düşmən tərəfə işləyən casus zabitlərlə bağlı mətbuatda da müxtəlif məlumatlar, şərhlər verilir.

Rəsmi qurumların isə yaydıqları məlumata görə, casus şəbəkəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev açıqlama verərkən vurğulayıb ki, əslində onlar bir günün, beş günün casusları deyil: "Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezident tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Bu, kök atmış, 1988-1990-cı illərdən başlayan məsələlərdir. Müdafiə Nazirliyi rəhbərliyinin prezidentin tapşırıqlarını düzgün icra etməsinin nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq da öz qiymətini verəcək", - deyə o əlavə edib.

BiG.AZ-ın məlumatına görə, musavat.com-a danışan təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev DTX sədrinin fikirlərini aşağıdakı kimi şərh elədi: "Ümumiyyətlə, cənab nazirin çıxışına belə aydınlıq gətirmək olar ki, Dağlıq Qarabağ münaqişəsi başlayan andan, yəni 1988-ci ildən indiyədək Ermənistan və onlara havadar olan digər xüsusi xidmət orqanları Qarabağdakı münaqişədən istifadə ediblər. Onlar bu yolla Azərbaycana qarşı hərtərəfli addım atmağı qarşılarına bir nömrəli məqsəd kimi qoyublar. Həm xüsusi xidmət orqanları və eyni zamanda hərbi əks-kəşfiyyat səviyyəsində, həm də baş kəşfiyyat idarəsi səviyyəsində bu istiqamət üzrə mühüm addımlar atılıb. Əsas məqsədlərindən biri bu olub ki, Azərbaycan ordusunda, eyni zamanda, strateji obyektlərdə hərbçi və mülki şəxslərdən istifadə edərək öz məqsədlərinə çatıb, nəticədə lazım olan məxfi və digər konfidensial məlumatları əldə etsinlər. Bu proses paralel başlayıb. Ümumiyyətlə, dünyanın hər yerində xüsusi xidmət orqanlarının dəst-xətti bu cürdür. Yəni əsas məqsəd Azərbaycana qarşı istənilən təxribatı törətmək üçün tam şəkildə böyük bir agentura şəbəkəsinin yaradılması məsələsi olub".

Ekspert mülki əhalinin düşmənə casusluq etməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: "Yuxarıda da qeyd etdiyim kimi, bu cür hadisələr bütün dünyada baş verir. Xüsusi xidmət orqanlarının agent cəlb etmə metodu da o qədər də bir-birindən fərqli deyil. Yəni burada mülki şəxslərdən də istifadə oluna bilər. Əsas məsələ odur ki, kim hansı istiqamətdə nə cür məlumata sahibdir. Bu baxımdan dədxüsusi xidmət orqanları lazım olanda mülki şəxslərdən də belə məsələlərdə istifadə edirlər. Bugünkü günün ən qalmaqallı məsələlərindən biri ABŞ-ın kəşfiyyat mənbələrində baş verən casus qalmaqalı ilə bağlı hadisələrdir. Bu proseslər göstərir ki, bütün dövlətlər arasında nə qədər müqavilələr olsa belə, xüsusi xidmət orqanları öz metodlarından istifadə edərək qeyd etdiyimiz istiqamət üzrə işlərini görürlər. Onlar öz şəbəkələrini genişləndirməyə çalışırlar ki, lazımi məlumatları əldə edə bilsinlər. Məlum məsələdir ki, istər müharibədə, istərsə də digər məsələlərdə məlumatı olan tərəfin hər zaman qalib tərəfə çevrilmə ehtimalı daha çoxdur. Ona görə də xüsusi xidmət orqanları çalışır ki, məlumatı olan şəxsləri agent kimi cəlb edib, lazımı informasiyalara sahiblənsinlər".

Casus kimi daha çox kimlərdən istifadə olunmasına gəlincə isə A. Nağıyev aşağıdakıları söyləyib: "Casus kimi o insanlardan istifadə olunur ki, onlar normal məlumatlara sahibdirlər. Əsas da bu məlumatlar xüsusi xidmət orqanlarının işində istər konkret, istərsə də strateji planları həyata keçirmək üçün işə yararlı olmalıdır. Təbii ki, hər kəsin bu işə cəlb olunması inandırıcı deyil. Yəni hər halda hansısa bir təşkilatda, məsələn, qapıçı ilə mühəndisin arasında fərq olmalıdır. Eləcə də hərbidə də bu cürdür. Əsgərin bilmədiyini, yəqin ki, komandir bilə, komandirin məlumatsız olduğu məsələdən isə ondan da yuxarı şəxsin məlumatı ola bilər. Bu baxımdan casus kimi işə cəlb edəndə də bu kimi məsələlər nəzərə alınır. Təyin olunur ki, kimin nəyə girişi var, kim hansı məlumata yaxındır, o istiqamətdə də işlər aparılır".

Ekspert fəaliyyətləri ifşa olunan casuslarla necə davranılmalı olduğuna da diqqət çəkdi: "Onlarla necə davranılmalı olduğu və digər bu kimi məsələlərin hamısı keçirilən məhkəmə prosesində üzə çıxacaq. Tarixi boyu bu cür hallar baş verib və heç bir dövlət bu kimi məsələlərdən sığortalanmayıb. Məhkəmələr keçirilib, bunlar ifşa edildikdən sonra artıq hansısa qeyri-insani və ya digər qərarlar qəbul oluna bilər. Həmin qərarlara onların necə dəfn olunması və digər bu kimi məsələlər də daxildir. Təbii ki, vətən xainlərinə qarşı heç zaman biristiqamətli münasibət olmayıb. Bu gün əgər Azərbaycan müharibə şəraitində yaşayırsa, paralel olaraq da bu proseslər gedirsə, ilk növbədə qanun öz işini görməlidir. Qanundan sonra isə nələrisə tətbiq etmək olar. İnanmıram ki, casus kimi ifşa edilən şəxslər həbsdən sonra çıxıb Azərbaycan torpağında normal vətəndaşlarla yanaşı rahat şəkildə yaşaya bilsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 15686   Tarix: 23 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544