Trampın Səudiyyə Ərəbistanına səfəri - yaranmayan "müsəlman NATO-su" - ŞƏRH

Trampın Səudiyyə Ərəbistanına səfəri - yaranmayan "müsəlman NATO-su" - ŞƏRHABŞ Prezidenti Donald Tramp ilk səfərini Səudiyyə Ərəbistanına etməklə sələflərinin ənənəsini pozub. ABŞ-da prezidentlər, adətən, ilk səfərlərini ya Kanadaya, ya da Meksikaya edirlər.
Trampın Səudiyyə Ərəbistanı Krallığına ilk səfəri bu dövlətin ABŞ üçün əhəmiyyətinin göstəricisi sayıla bilər. Qeyd edək ki, ABŞ prezidenti mayın 20-21-də Səudiyyə Ərəbistanında olub. Mayın 22-23-də isə İsraildə səfərdə olacaq. O, yəhudi dövlətinin hökumət başçısı Binyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla görüşəcək.

Tramp mayın 24-də Roma Papası Fransisklə görüşmək üçün Vatikana, oradan isə mayın 25-də NATO-nun sammitində iştirak etmək məqsədi ilə Brüsselə yollanacaq. O, mayın 26-da isə Siciliya şəhərində "Böyük 7"liyin ("G7") zirvə toplantısına qatılmaq üçün İtaliyaya gedəcək.

Trampın Səudiyyə Ərəbistanına səfəri - yaranmayan "müsəlman NATO-su" - ŞƏRHHeç şübhəsiz, bu görüşlərin hamısında terrorçuluğa qarşı mübarizə, Suriyadakı mövcud vəziyyət və bu ölkənin gələcəyi, terrorçu İŞİD-ə qarşı mübarizədə koalisiyanın rolunun artırılması və beynəlxalq ictimaiyyəti maraqlandıran digər məsələlərin müzakirə olunacağı gözlənilir. D.Trampın Səudiyyə Ərəbistanı və İsrailə səfərində müzakirə olunan əsas mövzulardan biri isə Yaxın Şərqdə həll edilməsi düyünə düşən Fələstin-İsrail münaqişəsi olub.
ABŞ liderinin ilk rəsmi səfər turnesində müzakirə olunan və olunacaq məsələlərin hamısında Səudiyyə Ərəbistanı bu və başqa şəkildə iştirak etməkdədir. Bu baxımdan onun krallığa səfəri təsadüfi sayıla bilməz.
Beynəlxalq arenadakı vəziyyət və əhəmiyyət baxımından Kanada və ya Meksikaya ilk rəsmi səfərin edilməsi elə də aktual sayıla bilməz. Əgər Tramp həmin ölkələrdən birinə səfər etsəydi, bu sıradan, ənənəvi protokol xatirinə edilən ilk rəsmi ziyarət olaraq reallaşacaqdı.

Trampın Səudiyyə Ərəbistanına səfəri - yaranmayan "müsəlman NATO-su" - ŞƏRHSəfər çərçivəsində Səudiyyə Ərəbistanı ilə ABŞ arasında silah alqı-satqısına dair 110 milyard dollarlıq müqavilə imzalanıb. Bu məbləğin təkcə 6 milyard dollarına krallıq ABŞ-dan 150 "Black Hawk" helikopteri alacaq. Bundan başqa, müqavilədə tank, artilleriya qurğuları, raket əleyhinə "Patriot" və "THAAD" komplekslərinin də idxalı nəzərdə tutulub.

Eyni zamanda, 250 milyard dollarlıq qarşılıqlı sərmayəyə dair müqavilə də imzalanıb.
Qeyd edək ki, yüksək dəqiqlikli silahların Yəmənin dinc əhalisinə tətbiq ediləcəyindən ehtiyatlanan ABŞ-ın keçmiş prezidenti Barak Obama onların Ər-Riyada verilməsini dondurmuşdu. Ancaq yeni müqavilə bu sayaq məhdudiyyəti aradan qaldırır.

Krallığa səfər edən ABŞ rəsmilərinin çıxışlarında vurduqları eyham da səfərin mahiyyətinin açılmasına yardım edir. D.Tramp müsəlman dövlətlərini ekstremizm və terrorçuluğa qarşı mübarizənin yükünün bir hissəsini üzərlərinə götürməyə çağırıb: "Yaxın Şərq xalqları düşmənə qalib gəlmək üçün ABŞ-ın yardımını gözləyə bilmirlər".
Dövlət katibi Reks Tillerson isə bildirib: "Möhkəm iqtisadiyyat bölgədə təhlükəsizlik sahəsində davamlı əməkdaşlığın əsasıdır".

Trampın Səudiyyə Ərəbistanına səfəri - yaranmayan "müsəlman NATO-su" - ŞƏRHKrallıq həm də ABŞ-ın neft idxalı üzrə əsas tərəfkeşlərindən sayılır. Ötən il ABŞ Səudiyyə Ərəbistanından 20,9 milyard dollarlıq neft ixrac edib. Bu göstərici ilə ABŞ Çindən sonra ikinci yerdədir.

2001-ci il sentyabrın 11-də törədilən terror hücumunu həyata keçirən 19 terrorçudan 15-i Səudiyyə Ərəbistanı əsilli olub. Bu məsələ ilə bağlı iki ölkə arasında da münasibət gərginləşmişdi. 2013-cü ildə ABŞ-la İran arasındakı münasibətlərdə yaranan istilikdən Səudiyyə Ərəbistanı qıcıqlanmışdı.

Səfər bu iki məsələdə yaranan narazılığın da aradan qalxmasına yardım edib.
Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edib.

Trampın Səudiyyə Ərəbistanına səfəri - yaranmayan "müsəlman NATO-su" - ŞƏRHGörüşə Azərbaycan və Türkiyə də daxil olmaqla, 18 ölkənin yüksək çinli rəsmisi qatılıb. İran isə sammitə dəvət olunmayıb.
Ərəb-İslam-Amerika sammitində D.Tramp bütün ölkələri İranı təcrid vəziyyətində saxlamağa çağırıb. O, ilk növbədə ekstremizmlə mübarizənin vacibliyini vurğulayıb. ABŞ prezidenti bu sahədə mübarizənin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini söyləyib.

Qeyd edək ki, sammit "Birlikdə güclüyük" devizi altında keçirilib. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb.
Trampın Yaxın Şərqə səfərinin nəticəsi olaraq "müsəlman NATO-su"nun yaranacağını ehtimal edilirdi.

Trampın Səudiyyə Ərəbistanına səfəri - yaranmayan "müsəlman NATO-su" - ŞƏRHXatırladaq ki, 2015-ci ilin dekabrında müsəlman dövlətlərin terrorçuluğa qarşı mübarizə ittifaqının yarandığı elan edilmişdi. Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Pakistan, İordaniya, Tunis, Qətər, Liviya, Mali, Mərakeş, Somali, Sierra Leona, Sudan, Komor adaları, Mavritaniya, Niger, Nigeriya, Yəmən, Qabon, Maldiv adaları, Qvineya, Fələstin, Çad, Toqo, Cibuti, Seneqal, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Banqladeş, Benin, Livan və Küveyt daxil idi.

Türkiyə terrorçuluğa qarşı mübarizə aparacaq qüvvələrə hərbi təlimlər verməyə hazır olduğunu, Malayziya hakimiyyəti isə terrorçuluğa qarşı mübarizəni dəstəkləyəcəklərini, ancaq hərbi əməliyyatlarda iştirak etməyəcəklərini bildirmişdi. İttifaqın yaranmasının təşəbbüskarı Səudiyyə Ərəbistanı idi.
Qeyd edək ki, terrorçu İŞİD-ə qarşı beynəlxalq koalisiyaya 65 dövlət daxildir. Bu ittifaqdakı dövlətlər eyni zamanda həmin koalisiyanın üzvləridir.

Trampın Səudiyyə Ərəbistanına səfəri - yaranmayan "müsəlman NATO-su" - ŞƏRHAncaq səfər zamanı D.Tramp terrora qarşı mübarizə üzrə rəqəmsal mərkəzin açılışına qatılıb. Bununla da "müsəlman NATO-su" təsis edilməyib, mərkəzin açılşı olub. Bu tədbirdə isə 55 dövlətin prezidentləri, hökumət başçıları və digər rəsmi şəxslər iştirak ediblər.

Beləliklə, Trampın krallığa səfəri bir neçə məqama aydınlıq gətirdi.
Ağ evin yeni administrasiyası Orta Şərqdə güc mərkəzi olaraq Səudiyyə Ərəbistanını seçib və krallıq 1940-cı illərdən ABŞ-ın bölgədə əsas strateji müttəfiqi olaraq qalır. Səfərdən və keçirilən görüşlərin formatından belə qənaətə gəlmək olar ki, İsrail-Fələstin münaqişəsinin həllində rəsmi Vaşinqton "qızıl orta" xətti tapmaq cəhdlərini 70 ildir davam etdirir.

Məsələ ilə ciddi məşğul olanlara aydındır ki, Yaxın və Orta Şərqdə baş verən hadisələrin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bu məsələdə aydın iki xətt var - biri İslam adı altında yaradılan qruplar, o biri isə bunlara qarşı savaşan dövlətlər. Bu müharibədə birinci tərəf öz iddia və hikkələrinə görə parçalanır və bölünür. Bunun nəticəsində isə İraq, Suriya kimi dövlətlərin məhv olması və ya parçalanması ehtimalı artır.

Trampın Səudiyyə Ərəbistanına səfəri - yaranmayan "müsəlman NATO-su" - ŞƏRHABŞ prezidenti sammitdəki çıxışında müsəlman dövlətlərini belə qruplaşmalara qarşı mübarizədə birgə olmağa çağırıb.
Trampın bölgədəki çıxışından o da aydın oldu ki, ABŞ-ın İrandakı hakimiyyətə qarşı yürütdüyü siyasət 38 ildir dəyişməyib və dəyişəcəyi də gözlənilmir. Başqa sözlə, rəsmi Tehranı yeni təzyiqlər və sanksiyalar gözləyə bilər. ABŞ-İran münasibətlərində yaranan yeni gərginlik, heç şübhəsiz, Azərbaycan Respublikası başda olmaqla, Cənubi Qafqaza da təsir edəcək. Bu, Moskva ilə Vaşinqton arasında seçimdə yeni problemlərin yaranacağı ehtimalını artırır. Hadisələrin belə inkişafı isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin azad olunmasının daha bir müddətə ləngiməsinə səbəb ola bilər.

Qeyd edək ki, dünya müsəlmanlarının müqəddəs şəhərləri Məkkə və Mədinə Səudiyyə Ərəbistanındadır. Hər il bu şəhərlər milyonlarla insan ziyarətə gedir. Ancaq təəssüf ki, birlikdə edilən bu ziyarət müsəlman dövlətlərinin taleyüklü məsələlərində görünmür. ABŞ prezidenti səfəri və çıxışı ilə bu birliyin yaranmasının zəruriliyini sübut etdi.

mənbə: report


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1171   Tarix: 22 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125