Türkiyədə ən böyük mafiya başçısı tutuldu

Türkiyədə ən böyük mafiya başçısı tutuldu

Türkiyədə son 25 il ərzində bir çox cinayət hadisəsində iştirak edib, 2005-ci ildə “Sarallar” cinayətkar dəstə ilə qarşıdurmada onlarla insanın edam əmrlərini verməkdə təqsirləndirilən Sedat Şahin barədə maraqlı detallar üzə çıxıb.

Oxu.Az-ın milli.az-a istinadən verdiyi məlumata görə, dünən Beykozda bir bağ evində cəbhəxanası ilə birlikdə ələ keçən mütəşəkkil cinayət şəbəkəsinin lideri Sedat Şahinin rəqib cinayətkar dəstə “Sarallar”a qarşı törətdiyi növbəti əməlindən sonra Bolqarıstan vasitəsi ilə Macarıstana qaçmağı planlaşdırdığı ortaya çıxıb.

Mühafizəçisi Xalis Kocamanın adına olduğu təsbit edilən bağ evində uşağı və həyat yoldaşı ilə Şahinin bir vida görüşü üçün ünvana gəldiyi ortaya çıxıb.

Tutulan mafiya lideri Sedat Şahini həyat yoldaşı sayəsində tutmaq mümkün olub. Bir çox mütəşəkkil cinayət şəbəkəsinin yaxalanmasında tətbiq olunan taktika 6 aydır Şahinin yoldaşını yaxından izləyən mütəşəkkil cinayətlərlə mübarizə idarəsinin əməkdaşlarının da işinə yarayıb.17 may günü yoldaşının evdən uşağını da götürərək getdiyi Beykozdakı sözügedən bağ evində əri Sedatla vida görüşü zamanı polis əməliyyat keçirib.

Polisə müqavimət göstərməyən və çaşqınlıq içərisində olduğu deyilən Şahinin polisə ilk sözü “Məni necə tapdınız?” olub. 6 saatlıq bir ev araşdırmasından sonra Şahinin gətirildiyi İstanbul Polis İdarəsindəki ilk sözünün isə “hər şey bitdi” olub.

Evdə silahlar, 3 saxta xarici pasport və 3 şəxsiyyət vəsiqəsi ələ keçirilib. Hamısının üzərində Sedat Şahinin fotoları olan müxtəlif adlar müəyyən edilərək götürülüb.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1118 Tarix: 20.05.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol