"Həbs edilən qardaşım üçün heç nə edən deyiləm" - Mirşahin

"Həbs edilən qardaşım üçün heç nə edən deyiləm" - Mirşahin

"Əgər mənim qardaşım həqiqətən də cinayət işlədibsə, qanun çərçivəsində ciddi cəzasını çəkməlidir. Bizim qohumluq əlaqələrimizin bu məsələyə heç bir aidiyyatı yoxdur!”

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayev qardaşının həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.

Əməkdar jurnalist haqqın.az-a açıqlamasında, hər kəsin Azərbaycan qanunları qarşısında bərabər olduğunu deyib və həbs edilmiş qardaşı üçün heç kimdən heç nə xahiş etmək fikrində olmadığını qeyd edib.

Məlumata görə, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail Rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə 2000 manatını mənimsədiyini bildirib.

Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Qeyd edək ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahinin böyük qardaşıdır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2932 Tarix: 19.05.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər