Azərbaycanlı milyarder ölkəmizdəki əmlakının müsadirəsi təhlükəsi ilə ÜZ-ÜZƏ

Azərbaycanlı milyarder ölkəmizdəki əmlakının müsadirəsi təhlükəsi ilə ÜZ-ÜZƏ

London məhkəməsi Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 600 milyon dollar təzminat ödəməli olduğu qərarını verməsi haqda məlumatı yayımlamışdıq.

BiG.AZ xəbər verir ki, həyat yoldaşından 2000-ci ildə boşanan 61 yaşlı iş adamı isə məhkəmənin hökmünü “tualet kağızı” adlandırıb, bu qərara əməl etmək niyyətində olmadığını bildirib.

Cütlük hələ 17 il əvvəl Rusiyada bu ölkə qanunları əsasında rəsmən boşanıblar. Boşanma isə Tatyana Əhmədovanın ərinə dəfələrlə xəyanət etdiyini etiraf etməsidən sonra baş verib.

Bildirilir ki, Tatyana Əhmədovanın vəkillərinin xahişi ilə məhkəmə təzminat iddiasına qapalı rejimdə baxıb, qərar isə bir müddət məxfi saxlanılıb. Məhkəmənin qərarında deyilir ki, təzminat kimi ödənilməli olan məbləğin yarısı “evdar qadın Tatyana Əhmədovanın” gündəlik ehtiyacları əsasənda hesablanıb.

Hansı ki, cənab Əhmədov ona xəyanət etmiş keçmiş arvadına boşanmadan sonra Londonun Ueybric kvartalının elit Sent-Corc rayonunda 20 milyon funt sterlinq dəyərində olan malikanə bağışlayıb.

Cənab Əhmədov isə hesab edir ki, London məhkəməsi onun 17 il əvvəl ayrıldığı keçmiş arvadı ilə boşanma məsələsinə baxmaq üçün yuridiksiyaya malik deyildi.

Çünki Tatyana Əhmədova həm də Rusiya vətəndaşıdır və həmin nigah 2000-ci ildə Rusiyada pozulub. Biznesmenin mövqeyi belədir ki, ingilis hüquq sistemi keçmiş arvadı tərəfindən onun sərvətinin yarısını ələ keçirmək üçün istifadə olunur və qadın bu məqsədlə vəkillərə böyük məbləğlər xərcləyərək məhkəmə çəkişməsinə girib. Biznesmen London məhkəməsinin qərarına əməl edilməyəcəyinə işarə edir.

Əhmədovun maraqlarını təmin edən hüquqşünaslar London məhkəməsinin bu qərarının təzminatın məbləğindən asılı olmayaraq yerinə yetirilməsinin mümkün olmadığını vurğulayırlar.

Böyük Britaniyanın hazırda qüvvədə olan ailə hüququna görə əgər cütlük bu ölkə ərazisində ən azə 6 ay yaşayıbsa və ya ölkə ilə ilə “kifayət qədər” bağları varsa boşanma təzminatına dair məhkəməyə iddia verə bilərlər. Bu zaman cütlüyün öz sərvətlərini hansı ölkədə qazanmasının heç bir önəmi olmur. Hətta nigah xarici məhkəmə tərəfindən pozulubsa belə London məhkəməsinə təzminat iddiası qaldırmaq olar.

Fərhad Əhmədovla Rusiya vətəndaşı Tatyana Əhmədova 1993-cü ildə evləniblər. Rusiyada xaosun hökm sürdüyü həmin illərdə onlar Londonda özlərinə ev almaq qərarına gəliblər. Çünki London o zaman təzə varlanmağa başlayan keçmiş sovet oliqarxları üçün ən təhlükəsiz şəhər idi. Cütlüyün ilk övladı 1993-cü ildə Londonda dünyaya gəlib. Üç il sonra isə onların ikinci oğulları olub.

Həmin vaxtlar Fərhad Əhmədovun arvadı Britaniya vətəndaşlığı alır, ancaq Rusiya pasportundan da imtina etmir.

Bəyanatda deyilir ki, London məhkəməsinin qərarı həm də siyasi motivlidir, biznesmenin pullarının yarısını təzminat adı altında əslində Britaniya yuridiksiyası altında saxlamağa, nəticədə bu pulların Britaniya iqtisadiyyatına xidmət etməsinə hesablanıb.
Xəbərdə o da bildirilir ki, Fərhad Əhmədovun Azərbaycanda olan əmlakları müsadirə oluna bilməz. Çünki o, bu ölkənin vətəndaşı deyil.

Azərbaycanlı milyarder ölkəmizdəki əmlakının müsadirəsi təhlükəsi ilə ÜZ-ÜZƏ

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1725 Tarix: 19.05.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol