Mirşahinin qardaşının həbsi ilə bağlı ŞOK FAKTLAR: "Məni aldadıb, pulumu qaytarmır"

Mirşahinin qardaşının həbsi ilə bağlı ŞOK FAKTLAR: "Məni aldadıb, pulumu qaytarmır"Bayıl qəsəbəsi 6-cı mədəndə yaşayan Qəzənfər Davud oğlu Qəzənfərov müraciət edərək bildirir ki, 2016-cı ilin 6 avqustunda Mirəddin Mirdilavər oğlu Ağayev ad-soyadlı şəxslə tanış olub. Deyir ki, oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında test imtahanlarından keçib, qabiliyyət imtahanından keçmək üçün rüşvət tələb olunduğuna görə, bu ali məktəblə əlaqəsi olan şəxs axtarıb.

Ağ xalat geyib, özünü həkim kimi təqdim etdi

Taksi sürücüsü olan Q.Qəzənfərov Bayıl qəsəbəsində diş həkimi işləyən Şahin adlı şəxs vasitəsilə M.Ağayevlə tanış olduğunu deyir:

"Mənə dedilər ki, Mirəddin "Semaşko"-da həkim işləyir. Diş həkimilə getdik Mirəddinlə görüşdük, əynində ağ xalat vardı. Mən də inandım ki, bu həkimdi, hər yerlə əlaqələri var. Sən demə, həkim deyilmiş, diş həkiminin xalatını alıb, geyib əyninə, dayanıb, xəstəxananın qapısında.

Mirəddinlə tanış olduqdan sonra dedi ki, İdman Akademiyasının böyüyüylə ailəvi dostdular. Zəng etdi, kimləsə danışdı, tapşırdı ki, bu ad-soyadda uşağı instituta düzəlt. Sonra mənə dedi ki, 2 min manat pul verməliyəm, avqustun 6-dək. Getdim qeydiyyatda olduğum Qobustan rayonuna, bankdan kredit götürüm. Ala bilmədim. Qohum-əqrəba, dost-tanışı da aradım, borc tapa bilmədim".

"Qurban kəsdirib, yeyib-içib, ata-anamı da aldatdı"

Q.Qəzənfərovun sözlərinə görə, diş həkimi tez-tez zəng edib onu tələsdirib ki, Mirəddin deyir vaxtı bitir, oğlunun işi düzəlməyə bilər: "Məcbur olub ailəmin qır-qızılını Mərkəzi Univermaqda dəyər-dəyməzə satdım, gətirib pulu verdim. 5-6 saat keçəndən sonra Mirəddin zəng edib, dedi, gözün aydın oğlun ali məktəbə qəbul oldu. Nəsə şübhələndim. Zəng etdim, üzbəüz görüşdük. Dedim, həkim, nə tez qəbul oldu, heç uşaqla görüşmədiniz. O da dedi ki, ocağım haqqı, mən ağır seyidəm, hacıyam, özü də Mirşahinin qardaşıyam, get bir qurban da kəs. Mən də bisavad adamam. Hardan bilim mənə kələk qurublar. Şamaxıda atamgildə qurban kəsdik, qonaqlıq elədik. Diş həkimi Şahin Şamaxıya getməkdən çəkindi, amma Mirəddin gedib, yeyib-içib, ağsaqqal atamı, ağbirçək anamı da aldatdı ki, arxayın olun, nəvəniz ali məktəbə girib".

"Dilindən kağız da verdi ki, pulu çatdıracaq"

Taksi sürücüsü deyir ki, sentyabrın 15-i həmin şəxslə əlaqə saxlayıb, oğlunun dərsə nə vaxt gedəcəyi ilə maraqlanıb, adam da ona deyib ki, ayın sonunda: "Nə vaxt zəng etdim, məni get-gələ saldı. Bayılda 20-ci sahədə ev ünvanını tapdım. Qonum-qonşusundan öyrəndim ki, Bayılda hamı onu maşennik kimi tanıyır. Bu adam həkim-zad deyil. Qardaşı Mirşahinin adından istifadə eləyib dəllalıqla, onu-bunu aldatmaqla məşğuldur, oğlu Turalı da tutub basıblar dama. Atam-anam, ailəmlə birgə gedib qapısının ağzını kəsdirdik. Həyat yoldaşı ailəmə deyib ki, əri onnan-bunnan borc alıb, verməklə məşğuldur. Mirəddin zənglərimə cavab vermədi. Diş həkimi vasitəsilə danışırdıq. Oktyabrın 30-u dilindən kağız verdi ki, noyabrın 1-i günorta saat 2-də pulu çatdıracaq. Axşam düşdü, gəlib çıxmadı".

Polisi də aldatdı…

Q.Qəzənfərov Səbayel rayon 8-ci polis şöbəsinə şikayət edib: "Polis kapitanı, tədqiqatçı Mahir müəllim çağırdı, Mirəddin gəldi, təsdiqlədi ki, pulu məndən alıb. Kapitan dedi ki, pulu gətirib verməsən, işini istintaqa verəcəm. O da söz verdi ki, qaytaracaq. Noyabrın 18-dən də telefonlarını bağlayıb. Polis kapitanı da deyir ki, işi istintaq verib".
Q.Qəzənfərov bizə Mirəddin Ağayevin və diş həkiminin bir neçə nömrəsini təqdim etdi. Həmin telefonlara cavab verən şəxslər cavab verdilər ki, səhv düşmüsüz. Sonra isə bütün nömrələr daxil olan zənglərə cavab vermədi.

Polis tədqiqatçısı Mahir Feyzullayev: "Ya tutulacaq, ya da pulu qaytarılacaq"

Məsələ ilə əlaqədar Səbayel rayon 8-ci polis bölməsinin tədqiqatçısı Mahir Feyzullayevlə əlaqə saxladıq. O, Q.Qəzənfərovun dediklərini təsdiq etdi və bildirdi ki, iş istintaqa verilib.
"Zərərçəkənin pulu qaytarılacaqmı?" polis kapitanı belə cavab verdi: "Ya Mirəddin Ağayev həbs olunacaq, ya da o adamın pulunu qaytaracaq".
"Həbs olunacağı halda, pul qaytarılmayacaq?" M.Feyzullayev cavab verdi ki, bu haqda heç nə deyə bilməz: "Hazırda iş istintaqdadır. Qaytarılacaq, qaytarılmayacaq, bu məsələnin artıq mənə aidiyyəti yoxdur".

"Pulumu verin!.."

Q.Qəzənfərov isə pulunun qaytarılmasına daha çox israrlıdı: "Mirəddin qardaşının şöhrətindən istifadə edib mənim kimi nə qədər ailələrə belə zərbə vurub. Əlbəttə həbs olunsa, daha yaxşıdır ki, innən sonra başqalarını da aldatmasın. Amma onu həbs etmək polisin, məhkəmənin işidir. Mən pulumu istəyirəm. Ərizəmdə də yazmışam ki, ailəmin 5 min manat dəyərində olan qızılını 2 min manata satmışam, mənə dəymiş ziyandan 2 min manat qaytarılsın. Bir dələduzun dalınca düşüb, işimi itirmişəm, naəlac qalıb ailəmin yeganə qazanc yeri olan maşınmı satmışam, ac-yalavac qalmışıq. O, məni ailəmin yanında başıaşağı edib.
"Pulumu qaytarmayınca, mən əl çəkən deyiləm".

Hüquqşünas rəyi: "Zərərçəkən dələduzun əmlakına həbs qoydura bilər"

Qeyd edək ki, bu cür faktlara tez-tez rast gəlinir. Dələduzluq edən şəxs həbs olunur, zərərçəkənə dəymiş zərər ödənmir. Hüquqşünas İradə Cavadova Hurriyyet.org-a bildirdi ki, bu hal vətəndaşların hüquqi savadsızlığı üzündən baş verir: "Dələduzluq faktı o halda olur ki, insanların etibarından sui-istifadə edilib, aldadılır. Şikayətçiyə dəymiş zərər ödənərsə, şikayət geri götürülər, barşışıq əldə olunar və iş xitama getməz. Amma pul az miqdarda oduqda bu mümkündür. Şəxs cinayət məsuliyyətinə əməlinə görə cəlb olunur. Pulun qaytarılması yüngülləşdirici hal hesab olunur. Pul qaytarılmırsa, şəxs həbs olunubsa, zərərçəkmiş şəxs tanınır və o, mülki iddia ilə müraciət edib, həmin şəxsin əmlakına həbs qoydura bilər.

"Vətəndaş rəsmi olaraq özünü zərərçəkmiş şəxs qismində tanıtmasa…"

İradə Cavadova deyir ki, çox hallarda zərərçəkənlər hüquqlarını bilmirlər, vəkil aramırlar və hüquq-mühafizə orqanları onları aldadır: "Vətəndaş özünü zərərçəkmiş şəxs qismində tanıtmaq üçün ərizə yazmalıdır ki, filan hüquq-mühafizə orqanı məni zərərçəkmiş şəxs qismində tanıdı. Ona dəymiş zərəri məbləğlə rəsmi təsdiqlətməlidir. Bəzi hallarda hüquq-mühafizə orqanları vətəndaşı aldadır, ona ərizə yazdırmırlar. Vətəndaş çox vaxt bu ərizəni yazmadan, mətbuata, radioyaya, televiziyaya şikayət edər, nazirə, prezidentə teleqram vurar, amma vəkilə müraciət etməz ki, ona hüququ anlayış verilsin. İş materiallarında bu hallara bir vəkil olaraq çox rast gəlirəm. Polis orqanları da bundan istifadə edib vəkili aldadırlar.

Vətəndaşa təzyiq edirlər ki, bu vəkillə müqavilə bağlama, onunla bağla və sair. "Münasib" vəkil də polisə necə maraqlıdı, onu icra edir. Ona görə də vətəndaşların dəymiş ziyanla bağlı ərizəni təsdiqlətməsi mütləqdir ki, onlar sonrakı prosesdə öz haqlarını tələb edə bilsinlər".

Mirşahinin qardaşının həbsi ilə bağlı ŞOK FAKTLAR: "Məni aldadıb, pulumu qaytarmır"Mirşahinin qardaşının həbsi ilə bağlı ŞOK FAKTLAR: "Məni aldadıb, pulumu qaytarmır"mənbə: hurriyet.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1848   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 33843-ə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33 843-ə çatıb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 193 gündür hücumları ilə bağlı məlumat verilib. Açıqlamada İsrail ordusunu

16.04.2024 137
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

16.04.2024 409
.

İtaliyanın Tehrandakı konsulluğu müvəqqəti bağlanıb

İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb. xəbər verir ki, bu barədə MTV Lebanon məlumat verib. Bildirilib ki, İtaliya vətəndaşları üçün zəruri konsulluq xidmətləri davam etdiriləcək

16.04.2024 134
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

16.04.2024 532
.

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb. V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətin

16.04.2024 305
.

Lənkəranda "Range Rover" yandı

Lənkəranda "Range Rover" markalı avtomobil yanıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, "Range Rover" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

16.04.2024 394
.

Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."

"Aprelin 5-də nənəmin 85 yaşı tamam oldu. Evdə müalicə alır. Həkimlər deyir ki, yaş öz sözünü deyir, bundan sonra çətin ayağa qalxıb gəzə bilsin. Yataq şəraitindədir. Ayağının hər ikisi qırılıb. Evin içində gəzəndə gecə vaxtı yıxılıb bir ayağını qırmışdı. Gəzməyə çalışanda əlindəki əsası yerə düşüb

16.04.2024 778
.

Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər: Ülkərlə bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib. Bu barədə o, -ə danışıb. Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər. "12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Məni istəmişdilər

16.04.2024 883
.

"ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq"

"Qlobal güclər,habelə region dövlətləri İsrail və İrana ünvanlanmiş müraciətlərində səbrli və təmkinli olmaq,mübahisəli məsələləri güc tətbiq etməkdən uzaq olmaqla bağlı çağırışlarını ediblər. ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq,hərçənd AB

16.04.2024 313