"Çingiz Mustafayev yanlış informasiyalar yayıb - Bəzi kadrlar rəzalətdir"

"Çingiz Mustafayev yanlış informasiyalar yayıb - Bəzi kadrlar rəzalətdir"Sabah Laçın rayonunun işğalının 25-ci ildönümü tamam olacaq.

1992-ci il may ayının 18-də Laçını işğal edən Ermənistan silahlı qüvvələri rayonu qarət və talana məruz qoyub. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz dədə-baba yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb.
Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
İşğalçı dövlət beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, hazırda Laçında qanunsuz məskunlaşma aparır.
Modern.az saytının Laçının işğal günü ilə bağlı "1992-ci ilin o günü" layihəsindəki müsahibi o zaman Laçında yerləşən hərbi hissənin tağım komandiri olmuş İsabala Əsgərovdur.
O, 1992-cü ilin 17 mayını ürək ağrısı ilə xatırlayır…

"Əfqanıstanda döyüşən qüvvələr Laçında vuruşurdu"
"Artıq mayın 17-də Laçındakı vəziyyət dözülməz həddə çatmışdı. Bir tərəfdən silah-sursat tükənmişdi, digər tərəfdən də yuxarıdakıların başı hakimiyyət uğrunda savaşa qarışmışdı. Laçına güclü təzyiqlər mayın 5-dən başlamışdı. Ermənistan və rus qoşunları əl-ələ verib Laçının və Şuşanın işğalını həyata keçirməyə çalışırdılar. Buna baxmayaraq, Laçının qəhrəman oğulları döyüş bölgələrinə səpələnmişdi. Heç kəs səngərdən çıxmırdı. Bizim polkun üzvləri Əfqanıstan müharibəsində döyüşmüş insanlar idi. 1979-1981-ci illərdə Əfqanıstan döyüşlərində mən də iştirak etmişəm. Əfqanıstan döyüşçülərindən ibarət dəstənin üzvləri Laçının müdafiəsində canla-başla xidmət göstərirdi. Əsas missiyamız döyüş əməliyyatlarını uğurla həyata keçirmək idi".

"Etibar Məmmədov heç kim idi"
İsabala Əsgərov deyir ki, o dövrdə hakimiyyət adamları nə etdiklərini bilmirdilər.
"Lakin Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Laçın mühasirədə qaldı. Laçındakı döyüşçülərin bir missiyası da qadınların, uşaqların, yaşlıların erməninin əlinə keçməsinə mane olmaq idi. 70 minə yaxın insanı mühasirədən çıxarmaq lazım idi. Başqa çıxış yolumuz da yox idi. Təəssüf ki, Şuşada döyüşən qüvvələr Laçında döyüşmədilər və qaçıb getdilər. Müəyyən qüvvələr var idi ki, onlar da təxribatçı işlərlə məşğul idi. Ölkədə hakimiyyət davası gedirdi. Ona görə də Laçının müdafiəsi üçün bizə heç bir kömək gəlmirdi. Ayaz Mütəllibovun silahlı dəstələri bizi köməksiz qoyub gedəndən sonra qruplaşmalar yaranmışdı. Həmin qruplaşmalar xarici ölkələrə işləyirdi. İşğal ərəfəsində o zamankı müdafiə naziri Rəhim Qazıyev Laçına gəlməmişdi. Qaçıb hardasa gizlənmişdi. Onu tapmaq mümkün deyildi. Amma o zamankı AXC nümayəndəsi Etİbar Məmmədov Laçına gəlmişdi. Həmin vaxt Etibar Məmmədov heç kim idi. Onun sözü keçmirdi. Etibar Məmmədov universitet tələbələrini döyüşlərdə iştirak etmək üçün özü ilə Laçına gətirmişdi. Onlar bir az döyüşlərdə iştirak etdilər. Sonra isə çıxıb getdilər. Əslində, həmin dövrün porsesləri İranda, Rusiyada hazırlanmış ssenari üzrə aparılırdı. Ermənilər Qradla, BMP, BTR-lə, biz isə quş tüfəngi ilə döyüşürdük".

"Laçınla Şuşanın işğalı eyni günə planlaşdırılıbmış"
Müsahibimiz deyir ki, erməni səngəri ələ keçirilməklə bir neçə məlumat öyrənilmişdi:
"Əslində Laçını bir müddət də qoruyub saxlamaq olardı. Heç bir kömək gəlmədiyindən bu, mümkünsüz oldu. Şuşa ilə Laçının arasında Kirs dağı var. Erməni birləşmələri oranı ələ keçirmişdilər. Bu da mayın 10-11-nə təsadüf etmişdi. Daha sonra biz ora gedib 24 saat əməliyyat keçirdik. 15-20 erməni meyiti ortalıqda qalmışdı. Həmin vaxt biz erməni səngərinə girə bilmişdik. Xəritələri, gizli hazırlıq planlarını ələ keçirdik. O zaman bəlli oldu ki, ermənilər Laçının işğalını mayın əvvəlində gerçəkləşdirmək istəyib. Şuşanın işğal günündə Laçını da işğal etmək planları olub".
Laçının ikinci dəfə alınması… Bu, niyə mümkün olmadı?!
Keçmiş döyüşçünün sözlərinə görə, o dövrdə hərbi qüvvələrə rəhbərlik edən Surət Hüseynov və Əzizağa Qənizadə də təxribatlarla məğul idi.
"1992-ci ilin sentyabr, oktyabr aylarında Kəlbəcər tərəfdən hücum etməklə Laçının 60-a yaxın kəndini azad etdik. Orada xüsusi döyüşlərimiz olmuşdu. Ermənilərlə üz-üzə gəlmişdik, çoxlu düşmən əsgəri məhv edilmişdi.
Həmin vaxt Laçınla Kəlbəcər arasında olan koridoru açmışdıq. Ona görə də ermənilər Laçına gedib-gələ bilmirdilər. Lakin Surət Hüseynov açdığımız koridorun bağlanmasını əmr edərək, bunun beynəlxalq dairələrə zidd olduğunu bildirmişdi. Təxribatlar nəticəsində koridor bağlandı. Koridorun bağlanması ərəfəsində Əzizağa Qənizadə də (1992-ci ildə 771 saylı hərbi hissənin komandiri olub-NB) orada idi. O, Surət Hüseynovun adamı idi. Korpus komandiri kimi ona tabe idi. Onların hər ikisi bizə qarşı təxribat etmişdilər. Həmin vaxt Surət Hüseynov Yevlaxda otururdu. Onun qərargahı orada yerləşirdi".

Çingiz Mustafayev yanlış informasiyalar yayıb
İsabala Əsgərov deyir ki, o zaman Laçında çəkilişlər həyata keçirən telereportyor Çingiz Mustafayevin bəzi kadrları rəzalətdir.
"Çingiz Mustafayev çəkiliş apardığı zaman bəzi prosesləri dəqiq şərh etməyib. Laçından qaçanlara üzünü tutub deyir ki, "niyə qaçırsız?". Halbuki, Laçından qaçanlar Laçının müdafiəsində sonuna qədər döyüşənlər olmayıb. Çingiz Mustafayevin bəzi kadrları Laçın döyüşçüləri üçün rəzalətdir. Şuşadan qaçan döyüşçüləri göstərməklə "laçınlılar qaçır" demək yanlış idi. Laçınlılar qaçsaydılar, əhalinin 20 min nəfəri ermənilərə girov düşərdi.
Laçının işğal olunma prosesini 5 gün gecikdirdik. Deyirlər ki, Laçın uğrunda döyüşlər getməyib. Necə getməyib ki, yaralıların əlindən xəstəxanalarda bir dənə də olsun yer yox idi?!. Laçın döyüşçülərinin sayəsində ikinci Xocalı faciəsi baş vermədi.
Laçının işğalı ərəfəsində Çingiz Mustafayevin təhlükəsizliyini qardaşım Mübariz Əsgərov qoruyurdu. Polk komandiri tapşırmışdı ki, "Çingiz yaxşı oğlandır. Qonaqdır. Onun təhlükəsizliyini yaxşı qoruyun". Sonradan bəlli oldu ki, o da doğru informasiya yaymayıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7871   Tarix: 17 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 155
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 483
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 257
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 542
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 328
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 276
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 112
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 272
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 200