Kia - Velosipeddən başlayan böyük bazar

Kia - Velosipeddən başlayan böyük bazarKia - Velosipeddən başlayan böyük bazarKia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir.

Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı. Bu illər ərzində şirkət 25.000 velosiped satmağa nail oldu. 1981-ci ildə ümumiyyətlə motosikllərin buraxılışı dayandırıldı.

1971-ci ildə istehsalın genişləndirilməsi və yük avtomobillərinin buraxılışı ilə əlaqədar olaraq kompaniyanın adı dəyişdirilərək "Kia Corporation" qoyuldu. "Kia Corporation" bundan sonra Asia Motors kompaniyasını satın alaraq daha da genişləndi. Eyni zamanda, şirkət 4 təkərli Titan yük maşınının istehsalına başladı, həmin avtomaşınlara Koreyada inanılmaz dərəcədə tələbat yarandı. 1973-cü ildə Kia Koreyada ilk benzin mühərrikini, 1974-cü ilin oktyabrında isə Koreyanın ilk sərnişin avtomobili olan Brisa modelini buraxmağa başladı. Tezliklə bu model Yaxın Şərq ölkələrinə ixrac edilməyə başladı. Brisa ixrac yönümlü ilk Koreya avtomobili oldu. 70-ci illərin sonlarından başlayaraq kompaniya əsas diqqətini avtomobil istehsalına yönəltdi. 1979-cu ildə Kia Koreyada ilk dəfə öz modellərinə dizel mühərriki quraşdırmağa, və Peugeot 604 və Fiat 132 sedanlarını istehsal etməyə başladı.

Lakin az sonra şirkətin maliyyə durumu ciddi surətdə çətinləşdi və 80-ci illərin əvvəllərində o, dərin maliyyə böhranına düşdü. Yaranmış ağır vəziyyətdən çıxmaq üçün şirkət bütün qüvvələrini ucuz avtomobillərin istehsalına səfərbər etdi. 1987-ci ildə kiçiklitrajlı Pride avtomobilinin Festiva modeli işıq üzü gördü. 1984-cü ilin oktyabrında Seulun yaxınlığında yerləşən Soxaridə Kia kompaniyasının ilk konstruktor bürosu, daha sonra Koreyada iki və xaricdə dörd belə büro açıldı. Kia-nın xaricdəki ilk bürosu 1989-cu ildə Yaponiyada açılmışdı.

1990-cı ilin payızında şirkətin adı dəyişdirilərək "Kia Motors Corporation" qoyuldu. Bundan sonra kompaniyanın həyatında yeni dövr başlandı: beynəlxalq aləmdə tanınan yeni modellər buraxıldı, yeni müasir zavodlar tikildi.

1991-ci ilin oktyabrında Kia Sportage və Sephia modelləri ilk dəfə Tokio avtosalonunda təqdim olundu, 1996-cı ilin iyununda isə Kia Sportage avtomobili Böyük Səhra (Saxara) boyunca keçirilən "Şərq-Qərb" rallisində uğurla start götürdü.

1995-ci ildən Mazda 626 avtomobilinin bazasında yaradılan, aerodinamik müqaviməti aşağı olan axarlı (üstü sürüşkən) Kia Clarus (Credos/Parktown) modeli buraxılmağa başladı. Elə həmin il avtomobil həvəskarlarına Elan (Roadster) modeli təqdim olundu. 1,8-16V mühərrikli Lotus Elan ingilis modelinin modifikasiyası olan bu modeldə ötürücü sistemi qabaq təkərlər həyata keçirirdi.

1996-cı ildə 770 min avtomobil satıldı. Hazırda şirkət alıcılara təklif etdiyi avtomobillərin spektrini genişləndirir, o cümlədən alıcılara bahalı modellər də təklif olunur.

1997-ci ilin yazında ilk dəfə Retona modelinin prototipi Seulda təqdim edildi. Bütün təkərləri aparıcı olan, çətin yerlərdən keçməyə qadir olan bu avtomobil kompakt ofrouder idi.

1997-ci ildə Asiyanı maliyyə böhranı bürüdü, həmin böhran korporasiyanın qazanmış olduğu mövqelərə ciddi zərbə endirərək onu müflisləşdirdi. 1998-ci ildə "Hyundai Motors" korporasiyası "Kia Motors" kompaniyasını satın aldı, nəticədə Kia-nın iqtisadi siyasətində əsaslı dəyişikliklər baş verdi. Düzgün seçilmiş kurs sayəsində 1999-cu ildən başlayaraq şirkət yenidən mənfəət gətirməyə başladı. 2000-ci ilin payızında "Hyundai Automotive Group" birliyi təşkil edildi. Bu hadisə Kia-nın fəaliyyətinə öz müsbət təsirini göstərdi, şirkətin işləri inanılmaz sürətlə irəliyə getməyə başladı.

Hazırda Kia çoxlu sayda minivenlər – Carens, Joice və Carnival kimi modellər buraxır. Kia Carnival modeli Avropada ilk dəfə 1999-cu ilin əvvəlində təqdim edildi. Ən kompakt model olan Carens avtomobili isə 1999-cu ilin payızında Frankfurt-Mayn avtosalonunda nümayiş etdirildi.

2000-ci ildə Kia modellərinin sıraları hiss olunacaq dərəcədə yeniləşdi, Visto, Rio və Magentis kimi yeni avtomobillər peyda oldu. Bu, Kia-ya istehsal etdiyi modellərin ümumi sayını 13-ə çatdırmaq imkanı verdi. Kompaniya həm qiymət, həm də keyfiyyət baxımından optimal hesab olunan Magentis sedanının istehsalına xüsusi önəm verdi, bu modelin premyerası 2001-ci ildə Paris avtosalonunda baş tutdu. Rio modeli isə faktiki olaraq Hyundai Accent avtomobilinin analoqudur.

Yeni yüzilliyin əvvəlində ABŞ-ın Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Agentliyi (National Highway and Traffic Safety Agency) Kia Sephia avtomobilini "Ən təhlükəsiz avtomobil" adına layiq gördü. Beynəlxalq avtosalonlarda Kia korporasiyası istehsal etdiyi Sephia, Sportage və KEV-4 modellərinə görə mütəxəssislərin əla rəylərini aldı. 2002-ci ilədək Kia artıq on milyon avtomobil istehsal etmişdi. Satışların 60%-i xarici bazarın payına düşür. Hazırda Kia avtomobilləri dünyanın 170-dən artıq ölkəsində satılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9732   Tarix: 01 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862