Əcnəbilərlə ailə qurmuş Azərbaycan ulduzları - FOTO
«Eurovision 2011» mahnı müsabiqəsində Azərbaycana qələbə qazandırmıq Nigar Camal artıq 7 ildir türkiyəli Halukla ailəlidir. Onların 5 və 3 yaşlı qızları var.
Azərbaycanın əməkdar artisti, opera ifaçısı Fidan Hacıyeva da 7 ildir əcnəbi şəxslə nikahdadır. Onun həyat yoldaşı Bakıda çalışan Böyük Britaniya vətəndaşı Filipp Neylordur.
Populyar müğənni İradə İbrahimova türkiyəli biznesmen Ceyhun İzzət ilə 2 ildir ailə qurub.
Daha bir müğənni Yeganə Mürsəlovanın da həyat yoldaşı türkiyəli iş adamıdır. Onun Fatih Akbudakla nikahı 2010-cu ildə bağlanıb.
Caz ifaçısı Ülviyyə Rəhimova amerikalı Ceyk Cons, məşhur model Günay Musayeva isə məşhur türkiyəli aktyor Tolqa Karel ilə ailə qurub.
Vüsalə Əliyeva artıq 6 ildir Türkiyədə yaşayır. O, iş adamı Mete ilə evlidir.
Müğənni Səidə Dadaşovanın 2 il əvvəl ailə qurduğu Selcuk Sami Gökgöz də türkiyəli biznesmendir.
«Kristal» qrupunun eks-solisti Lalə Qafarovanın həyat yoldaşı Azərbaycan əsilli Türkiyə vətəndaşı Nurkan Albertdir.
«Milk & Kisses» qrupunun solisti Fəridə Nelson əcnəbi ilə ailə qurmuş daha bir ifaçımızdır. O, bolqarıstanlı musiqiçi Stefan Kamilarovla nikahdadır.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş