Bakıda FACİƏ: 3 yaşlı uşağın üstünə çilçıraq düşdü/YENİLƏNİB

Bakıda FACİƏ: 3 yaşlı uşağın üstünə çilçıraq düşdü/YENİLƏNİB

Bakıda bıçaqlandığı bildirilən 3 yaşlı uşağı başqa səbəbdən xəsarət aldığı məlum olub.

Üç yaşlı Ümid Cəbrayılovun anası Çiçək Cəbrayılova “Report”a açıqlamasında övladının üstünə çilçıraq (lüstur) düşdüyünü deyib: “Lüsturu yuyub paltar dolabının üstünə qoymuşdum. Ümid bacısı ilə oynayarkən dolaba toxunub. Nəticədə lüstur onun belinə düşüb. O, kürək nahiyəsindən xəsarət alıb”.

Hazırda uşağın vəziyyəti sabit orta-ağırdır.
Qeyd edək ki, Ü.Cəbrayılovla bağlı məlumatın “bıçaqlanma” kimi getməsinə səbəb onun yerləşdirildiyi xəstəxananın “Qeydiyyat kitabçası”nda qeydlərin səhv aparılması olub.

12:07
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən publika.az-a belə bir hadisənin qeydə alınmadığı bildirilib:

“Qeyd edilən ünvanda belə bir hadisə qeydə alınmayıb. Bu barədə bizə də zənglər daxil olur, yerli sahə inspektorları ilə də əlaqə saxlamışıq, məsələni araşdırmışıq, lakin belə bir hadisənin baş verməsi barədə məlumat daxil olmayıb”.

10: 28
Bakıda 3 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.

BiG.AZ-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Cəbrayılov Ümid Samir oğlu bel və kürək nahiyəsindən bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4994 Tarix: 08.05.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Lissa
Lissa 08.05.2017
Off Cann Allah komek olsunn


 
Anaveten
Anaveten 08.05.2017
xəbəri dəqiqləşdirin yazlnda 3yaşında uşaq razborkaya zada gedir ki bıçaqlansın


 
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər