Ramazanda sağlam qidalananlar üçün – MƏSLƏHƏT

Ramazanda sağlam qidalananlar üçün – MƏSLƏHƏTAzərbaycanda bu il Ramazan ayının başlanma tarixi məlum olub.

BiG.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə görə, bu il Ramazan ayı mayın 27-də başlayacaq.

Müqəddəs ayın Qədr gecəsi (əhya) iyunun 13-də, 15-də, 17-də və 21-də olacaq.

Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Bu münasibətlə oxucularımıza bu ayın fəzilətləri, həmçinin oruc tutan zaman aclığı və susuzluğu rahat başa vurmaq üçün bəzi tövsiyələr verəcəyik.
İlk olaraq müqəddəs kitabımız "Quran"da adı çəkilən xurmadan danışacağıq. Xurma "Quranda" adı çəkilən üç meyvədən biridir.
Hz. Əli (ə) buyurub: "Xurma yeyin, çünki o, hər bir dərdin dərmanıdır".
Xurma ekzotik meyvə, şirniyyat, desert, isti ölkələr üçün "səhra çörəyi" və təəccüblənsəniz də, pəhriz qidası kimi istifadə edilir. Xurma ilk növbədə, orqanizmi gücləndirir və ömrü uzadır. Çində qidalarının əsas hissəsini xurma təşkil edən uzunömürlülər var.
Yabanı xurma 5-7 min il bundan əvvəl ərəblərin əcdadları tərəfindən istifadə olunub. Xurma təsvirlərinə Misir məqbərələrində də rast gəlinir. Ərəb cəngavəri yürüşə getməmişdən əvvəl dözümlülük üçün atına 2 kisə xurma yükləyərdi. Xurma ağaclarının böyük hissəsi Səudiyyə Ərəbistanında yetişir. Xurma istehsalı və satışı üzrə dünyada birinci yeri də Səudiyyə Ərəbistanı tutur.

Xurmanın faydası

Qədim zamanlardan xurma müalicəvi xüsusiyyəti ilə tanınırdı. Belə ki, xurma insana güc, dözümlülük gətirir, kişi patensiyasını artırır. Həmçinin ürək, böyrək, qaraciyəri möhkəmləndirir, bağırsaqda faydalı bakteriyaların inkişafına yardımçı olur, orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Xurma, həmçinin anemiya, hipertoniya, döş və ağ ciyər, öskürəyə faydalıdır. Xurma qadınlara hamiləlik, doğuş və uşaq əmizdirmə zamanı xüsusilə faydalıdır. Xurma doğuşu asanlaşdırır, orqanizmin süd hasil etməsinə yardımçı olur.
Hazırda ərəblər xurmadan kompot, kisel, müxtəlif qənnadı məmulatları hazırlayırlar. Xurmanı una çevirmək və ondan bal, turşudub dadlı içki də almaq olar.

Xurma pəhrizi

Bu gün xurma pəhrizi çox populyardır. Onun kim tərəfindən düşünüldüyünü demək çətindir. Amma bir şey faktdır ki, xurma həkimlər tərəfindən hamıya - diabet xəstələrinə, hamilə qadınlara, uşaqlara məsləhət görülür. Bu qrup insanlara adi şirniyyatları yemək məsləhət deyil. Pəhriz 10 gün ərzində tutulur. İlk 4 gün ancaq xurma yeyilməlidir. 5-ci gündən etibarən son 10-cu günə qədər qida rasionuna əlavə meyvələr - alma, armud, portağal (şirin olmayanı və sulularını seçin) daxil edilə bilər. Maye olaraq mineral su, səhərlər çay, acı qəhvə və yaşıl çay içilməlidir. 10 gündən sonra normal qidalanmaya qayıtmaq olar, amma həddindən artıq yeməmək şərtilə. 7 gündən sonra isə pəhrizi təkrar saxlamaq olar.
Pəhriz xurma yeməyə heç bir məhdudiyyət qoymur. Amma çox yemək də məsləhət deyil. Xurmanın elə spesifik dadı var ki, pəhrizin ilk vaxtlarında ən sevimli şirniyyatınız olan xurma pəhrizin sonlarına doğru belə olmaya bilər.
Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvə ilə müqayisədə çoxdur. Belə bir sual yarana bilər ki, bu faizdə şirin olan meyvə insanı necə arıqlada bilər. Cavab sadədir: xurmanın həddindən artıq şirin olmasına səbəb tərkibindəki beyin işi üçün önəmli olan fruktoza və qlükozadır. Bunlar təbii şəkər olduğundan, saxaroza (süni əldə olunan şəkər) ilə müqayisədə daha faydalıdır. Xurma çox kalorili meyvədir: 100 qram quru xurmada 280 kalori var ki, bu da pəhriz ərzağı üçün çoxdur. Həmçinin 100 qram xurmada 70 qram karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və adi pəhrizlərdə olan başağrısının qarşısını alır. Bundan başqa, xurmada heç zülal olmadığından, pəhriz əzələ toxumasının qurumu və əlavə mayedən azad olmaq üçün aşağı effektivlidir. Pəhrizin əsas üstünlüyü xurmanın tez həzm olunmasıdır. Onlar orqanizmi zəifləmədən qoruyaraq enerji ilə təmin edir və piyə çevrilmədən tez həzm olunur.

Xurma xərçəng xəstəliyi riskini azaldır

Quru xurma yapışqan səthə malik olduğundan üzərinə bakteriyalar hopur. Ona görə xurmanı uzun müddət açıq havada saxlamaq olmaz, yeməmişdən öncə də yuyun.
Bundan başqa, xurmanın tərkibində xolesterin olmadığına görə əla pəhriz meyvəsi hesab edilir. Xurmanın tərkibindəki ftor dişləri kariyesdən qoruyur, selen - xərçəng və ürək xəstəliyi riskini azaldır, immun sistemini gücləndirir.
Eyni zamanda, mütəxəssislər qeyd edir ki, xurma yemək bağırsaq problemlərinə, zəifliyə, ürək xəstəliklərinə və mədə xərçənginə faydalıdır. İmam Sadiq (ə) bu haqda buyurub ki, hər kəs gündə acqarına yeddi ədəd xurma yesə, şeytan ona zərər yetirə bilməz. Yatan vaxtı yeddi ədəd xurma yemək qarındakı qurdları aradan aparır.
100 qram xurmada 70 qram karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və başağrısının qarşısını alır. Bütün bunlardan başqa xurma dərinin yaşlanmasının qarşısını alır, tərkibində olan dəmirlə qan azlığını aradan aparır. B1, B2 vitaminlərini bir yerdə əhatə etməsi qaraciyəri qüvvətləndirir, boğaz ağrısı və öskürəyə xeyirlidir, ürək-damar xəstəliklərinə faydalıdır.
Son zamanlar aparılmış tədqiqatlardan həmçinin bəlli olub ki, xurma həm də insanın gözləri üçün çox vacibdir. Belə ki, bu meyvə gözün zəifləməsinin qarşısını alır. Və bundan da başqa, xurma mədə xərçənginin profilaktikası üçün effektiv vasitələrdən biri sayılır.
Müasir elmi təcrübələr nəticəsində məlum olub ki, xurmanın tərkibində hamiləliyin son aylarında analıq əzələlərini möhkəmləndirən xüsusi stimulyaşdırıcılar vardır. Bu isə öz növbəsində nəinki, tək doğuş prosesinin özünü yüngülləşdirir, həm də doğuşdan sonrakı qan itirilməsinin müddətini azaldır.
Orucluq ayında da həkimlər məsləhət görürlər ki, iftarı su ilə açan zaman bir neçə quru xurma yeyilsin. Bütün gün ac olan mədəyə düşən xurma mədə ekstraktını neytrallaşdırır. Sonra qida qəbulu zamanı həzm prosesini yüngülləşdirir.

Aysel.Ş


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1865   Tarix: 07 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi

Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir" beynəlxalq hava keyfiyyətinin monitorinqi xidmətindən məlumat verilib. Məlumata görə, Çianqmayda havadakı PM2.5 mikrotozunun səviyyəsi Ümumdünya Səhiyy

17.03.2024 314
.

Pilotların uçuş zamanı yuxuya getməsi qalmaqala səbəb olub

İndoneziyalı iki pilot uçuş zamanı yuxuya gedib və 30 dəqiqəyə yaxın zənglərə cavab verməyib. "Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb. "Batik Air" aviaşirkətinə məxsus təyyarənin İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətindən paytaxt Cakartaya uçması zaman

10.03.2024 694
.

Zimbabvedə "peyğəmbər" peyda olub: Azyaşlı uşaqları istismar edirmiş

Zimbabve polisi özünü "peyğəmbər" elan edən şəxsi həbs edib. Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub. Polis Harare şəhəri yaxınlığındakı fermalardan birind

17.03.2024 393
.

Sabahdan bu ölkədə teleqram işləməyəcək

İspaniya Ali Məhkəməsi teleqramın messencerinin ölkədə fəaliyyətini dayandırmaq qərarına gəlib. Axşam.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd olunub ki, İspaniyada teleqramın istifadəsi Atresmedia, EGEDA, Mediaset və Telefonica media şirkətlərinin tələbindən sonr

24.03.2024 293
.

Dünyada cəmi 75 nəfərdə olan xəstəlik: İnsanları şeytan simasında görür - VİDEO

ABŞ-nin Tennessi ştatından olan 59 yaşlı yük maşını sürücüsü dünyada cəmi 75 nəfərdə olan nadir "şeytan üzü" sindromuna tutulub. Üç il əvvəl peyda olan xəstəlik Viktor Şerrahın həyatını qorxu filminə çevirib. İndi o insanların üzünü ağız, qulaq və göz ucları yuxarı dartılmış şəkildə görür

24.03.2024 680
.

Finlandiya yenə xoşbəxtdir

Finlandiya ardıcıl yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. "Dünya Xoşbəxtlik Hesabatı"na əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir

20.03.2024 389
.

Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var?

Əmək Məcəlləsinin 37-ci fəsli qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları müəyyən edir. Hamilə və ya üç yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliy

10.03.2024 526
.

Həyatın necə başladığı məlum oldu: Tarixi kəşf...

Telefonlar, binalar və hətta insanlarsız bir dünya təsəvvür etmək bizim üçün çətindir, amma bir zamanlar dünya sadəcə maqmanın odlu şorbası idi. xarici KİV-ə istinadən xəbər verir ki, planetin soyumağa başlaması və maye su okeanlarının əmələ gəlməsi üçün bir neçə yüz milyon il lazım idi; Sonra, fotosinteti

10.03.2024 796
.

Middlton xərçəngdən əziyyət çəkdiyini açıqladı

Şahzadə Uilyamın həyat yoldaşı, Uels şahzadəsi Keyt Middlton onkoloji xəstəlikdən əziyyət çəkir. Axşam.az xəbər verir ki, bu barədə o, özü açıqlama yayıb. Middlton xərçəng səbəbindən əməliyyat keçirdiyini və hazırda kimyaterapiya aldığını vurğulayıb. Qeyd edək ki, yanvarda Kensinqton Sarayı Keyt Middltonu

23.03.2024 379