"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır" - Kənanı sünnət zamanı öldürən həkim

"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır" - Kənanı sünnət zamanı öldürən həkimMasallı rayonunda sünnət zamanı 5 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.

BiG.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsindən Report-a verilən məlumata görə, Kənan Hüseynovun ölümünə səbəb uşağın orqanizminin ağrıkəsici kimi istifadə olunan "novokain"ə əks reaksiya verməsi olub.

Ailənin yeganə övladının Ramiz Sadıqovun səhlənkarlığı üzündən dünyasını dəyişdiyini iddia edən uşağın babası Qardaş Hüseynov həkimin uşaqla sərt davrandığını, uşağın ağlamasına əhəmiyyət verməyərək onları otaqdan çıxardığını bildirib: "Həkim yerli klinikaların birində çalışır. Mən onunla danışanda bildirdi ki, uşağı evdə sünnət edəcək. Biz də hazırlıq gördük. Uşaq dinc qalmırdı, qışqırıb ağlayırdı. Həkim də ona qorxu gəldi və iki iynə vurdu. Sonra bizi otaqdan çıxartdı. Bir qədər sonra uşaq qucağında heç bir söz demədən tələsərək narahat halda evdən çıxdı və maşına minib uzaqlaşdı. Bizi gözləmədən uşağı harasa apardı. Mən ona zəng vuranda dedi klinikaya aparıram. Biz ora gedəndə dedilər uşaq təcili yardımdadır. Təcili Yardım Stansiyasına gələndə isə uşağın öldüyünü bildik".

Həkim Ramiz Sadıqov baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini bildirib. O, mətbuatın uşağın ölüm xəbərini "çox böyütdüyünü" də iddia edib: "Nə olub? Bir uşaq ölüb, az qala Tramp da bu hadisədən danışır".

Masallı Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (Ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işinin başlanılıb: "Baş verən hadisə ilə bağlı araşdırma aparılır, ekspertizanın rəyindən asılı olaraq qərar veriləcək".

Qeyd edək ki, üç gün sonra H.Hüseynovun 5 yaşı tamam olacaqdı.

mənbə: oxu.az

"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır" - Kənanı sünnət zamanı öldürən həkim"Bir uşaqdır da ölüb, az qala Tramp da bu hadisədən danışır" - Kənanı sünnət zamanı öldürən həkim


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 9645   Tarix: 04 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

Deren Talu və Serenay Sarıkaya arasında QALMAQAL - "O sənin ögey anandır"

Gündəmdən düşməyən Serenay Sarıkaya və Cem Yılmaz cütlüyü ilə bağlı yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, bu dəfə yeni bir iddia Cem Yılmazın keçmiş sevgilisi Defne Samyelinin qızı Deren Talu tərəfindən irəli sürülüb. Bir şampun brendinin çəkilişinə dəvət edilən Deren Talu həmin təklif

26.08.2020 5459
.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

Həyat yoldaşı Samir Piriyevdən boşanır: "Səbəbkar özüdür"

Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib. Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:. "Onu

23.07.2020 11000
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

Nadir Qafarzadə "AYTƏNLƏ ÜZ-ÜZƏ" - VİDEO

ın "AYTƏNLƏ ÜZ-ÜZƏ " verilişində qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Verilişdə bəzi məqamlara toxunan sənətçi göz yaşlarını saxlaya bilməyib. AYTƏN SAKİTQIZI

14.10.2020 2248
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

Azərbaycan HİMNİ bu dəfə ERMƏNİ KAFESİNDƏ səsləndi-VİDEO

Erməni kafesində Azərbaycan himni səslənib. Video sosial şəbəkələrdə yayılıb. Himnin səsləndiyini görən erməni qadın videonu söndürməyə çalışıb. həmin videonu təqdim edir:. AYTƏN

09.10.2020 2864