Azərbaycanın məşhur şadlıq sarayının sahibi SAXLANILDI

Azərbaycanın məşhur şadlıq sarayının sahibi SAXLANILDIBiG.AZ xəbər verir ki, məşhur "Xəmsə" şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi Mürvət Həsənli Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

İdarədən məlumatı təsdiqləyiblər.

Bildirilir ki, M.Həsənli hazırda idarədədir. O, türk iş adamı Ömür Oral və onun türkiyəli vəkilinin Azərbaycanda hədələnməsi ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.

Ö.Oral DİN rəhbərliyinə müraciətində qeyd edib ki, vəkili ilə birgə Bakıya gələn zaman Hava Limanından yerləşəcəyi "Bulvar" hotelinə qədər Mürvət Həsənli tərəfindən təqib edilib. Onu və vəkilini hədələyib. Təqib və təhdid bir neçə ay öncə baş verib, məsələyə Türkiyənin Azərbaycandakı səfirliyi və türk iş adamları qurumu da qarışıb.

İşin qısa məğzi ondan ibarətdir ki, Ö.Oralın sahiblərindən olduğu "Emre Piliç" şirkəti "Siyəzən Broyler" ASC-yə damazlıq yumurta satıb, həmin yumurtaların pulları isə "Siyəzən Broyler" ASC tərəfindən uzun illər Ömür Oralın Azərbaycandakı nümayəndəsi olan "Xəmsə-M" MMC-nin rəhbəri Mürvət Həsənliyə verilib.

"Siyəzən Broyler" ASC tərəfindən 3,8 milyon ABŞ dolları M.Həsənliyə verilsə də, sonuncu "Emre Piliç" şirkətinə bu puldan cəmi 2,1 milyon ABŞ dollarını ödəyib, yerdə qalan 1,7 milyon dollarını isə verməyib.

Ö.Orala bildirib ki, "Siyəzən Broyler" ASC bu pulları ödəməkdən imtina edir. "Emre Piliç" şirkətinin rəhbəri Ömür Oral bu pulları tələb etmək üçün Azərbaycana gələcəyini və lazımi instansiyalara şikayət edəcəyini bildirdikdə, M. Həsənli cavabında bildirib ki, "Siyəzən Broyler" ASC yüksək hakimiyyət dairələrinə məxsus olduğundan, bu şirkətə qarşı hər hansı addım atıla bilməz.

Ö.Oral belə səhv etsə, dərhal həbs ediləcək. Beləliklə də, M. Həsənli Ö.Oralın Azərbaycana gəlişinin qarşısını almağa çalışıb. Ö.Oral deyib ki, bu yolla M.Həsənli "Emre Piliç" şirkətinə çatası təxminən 1,7 milyon ABŞ dollarını qanunsuz şəkildə ələ keçirib. O, Azərbaycana gələndən sonra isə onun özünü təhdid etməyə, oğlunu öldürməklə hədələməyə başlayıb.

Azərbaycanın məşhur şadlıq sarayının sahibi SAXLANILDImənbə: yenimusavat


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 4443   Tarix: 04 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Elçin Yusubov: Xocalı sakinlərinin yurdlarına köçürülməsi istiqamətində lazımi işlər görülür

Hazırda Xocalı sakinlərinin doğma yurdlarına qayıtması istiqamətində mühüm addımlar atılır. "Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Onun sözlərin

31.03.2024 517
.

Sinan Akçılın 3.2 milyonluq yeni avtomobili - Foto

Türkiyəli müğənni Sinan Akçıl yeni avtomobil alıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "Tesla" markasına məxsus maşınına 3.2 milyon lirə ödəyib. Qeyd edək ki, Akçıl "TOGG" markasına məxsus avtomobilə sahib olmaq üçün 2 maşınını satmışdı. Ancaq sənətçi nəqliyya

05.09.2023 954
.

"Zeynəb özü üçün gedir-gəlir" - Şəbnəm həmkarından NƏLƏR DANIŞDI?

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova "Maqazin plus" verilişində deyib. O, Türkan Vəlizadə və Zeynəb Həsəni ilə olan dostluqlarındakı soyuqluğun səbəbini də Zeynəbdə görüb. "Zeynəb də bizimlə bərabərdir. Amma Zeynəb özünə qapalı adamdır. Arada çıxıb gedən adamdır

27.11.2023 987
.

Saç tökülməsinin qarşısını belə ala bilərsiziniz

Saç tökülməsi normaldan daha çox saç tökülməsinə aiddir. Genetik faktorlar, hormonal dəyişikliklər, qida çatışmazlığı və stress saç tökülməsinə səbəb ola bilər. Saç tökülməsinə nəzarət etmək üçün stresdən qaçınmaq və həkim tövsiyələri ilə balanslaşdırılmış qidalanma ilə müalicə variantları tətbiq olun

10.10.2023 982
.

Günvurmadan qorunmağın YOLLARI

Həkim Yekaterina Demyanovska həddindən artıq istidə günvurmadan qorunmağın yollarını açıqlayıb. -ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həkim bildirir ki, tez-tez günəşə məruz qalmaq ciddi problemlərə səbəb ola bilər. Onun sözlərinə görə, yay mövsümündə qızmar günəş altında bədənin həddə

28.06.2023 626
.

Məşhur model yeni sevgilisi ilə

Azərbaycanəsilli aktrisa Çağla Şıkel Nail Gönenli ilə yeni sevgiyə yelkən açıb. xarici KİV-ə istinadən xəbər verir ki, ikili ilk dəfə birlikdə nahar edərkən görüntülənib. Məkandan çıxarkən obyektivlərə əks olunan cütlük mətbuat mənsubları ilə söhbət edib. Cütlüyə "evlilik" sualları yağıb. Çağl

25.08.2023 1443
.

Qeyri-adi bir kəşfə imza atıldı! Göldə 540 milyard dollar dəyərində "ağ qızıl" ehtiyatı aşkar edildi

ABŞ-da dünyanın ən böyük gölünün dibində alimlər tərəfindən rekord miqdarda litium ehtiyatı aşkar edilib. xarici mənbəyə istinadən xəbər verir ki, Araşdırmalar nəticəsində gölün dibində rekord miqdarda, 18 milyon ton litium olduğu aşkar edilib. Əvvəlki araşdırmada alimlər bu rəqəmin 4 milyon ton olduğun

12.12.2023 488
.

Qəbiristanlığa hücum edildi: Məzar daşları dağıdıldı

Qərbi Trakyada türk qəbiristanlığına naməlum şəxs və ya şəxslər tərəfindən hücum edilib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 20-yə yaxın məzar daşı zədələnib. Qəbiristanlığı ziyarət edənlərin diqqətini çəkən hücumla bağlı yerli hakimiyyət orqanları məlumatlandırılıb. Qəbiristanlığ

04.09.2023 539
.

Dəhşətli hadisə! Bir evdən 5 kişi cəsədi tapıldı

Meksikanın Verakrus ştatında dəhşətli hadisə baş verib. Bir edvdın 5 nəfərin meyiti tapılıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, onlar silahlı hücum nəticəsində həlak olub. Xəbər üzərinə hadisə yerinə gələn polis və təcili tibbi qrupları cəsədlərin beşinində kişiyə aid olduğunu açıqlayıb

23.09.2023 770