Bugatti Veyron haqqında maraqlı faktlar - FOTO

Bugatti Veyron haqqında maraqlı faktlar - FOTO

1. Bugatti-nin əyləcləri aerobuslar üçün əyləc istehsal edən şirkət tərəfindən hazırlanıb.

2. Bugatti-nin məxsusi qanadı var ki, o, avtomatik olaraq sürətə görə tənzimlənir. O, Bugatti-yə yerdə qalmağa kömək edir.

BiG.AZ auto.az-a istinadən bildirir ki, avtomobil təyyarənin uçuş sıçrayışından daha sürətli gedir.

3. Onu aerokosmik konstruktorlarla birgə hazırlayıblar.

4. Loqotipdə Ettore Buqattinin inisialları var - o, şirkətin təsisçisidir.

5. Bugatti-də ikili V-şəkilli, 8-silindrli mühərrik var və birlikdə onlar W 16 silindr deməkdir ki, bu da avtomobilə həm şəhərdə, həm də trasda rahat hərəkət imkanı verir. Mühərrik titandan hazırlanıb. 3500-dən çox hissədən ibarətdir.

6. Mühərrikin əsl gücü 3000 a.g.-dür. Enerjinin 2/3-si istiyə sərf olunur. Mühərrik ilk dəfə sınaqdan keçiriləndə az qala bina yanacaqdı. Çünki bu zaman o qədər istilik yaranmışdı ki, bu, qış mövsümündə 100 evi qızdırmağa bəs edərdi.

7. Bugatti Veyron-nun 300 km/saatdan çox sürətlə ilk sınağı zamanı qaz buraxma borularından 2 metr uzunluğunda alov çıxmışdı. Əvvəlcə bunu belə də saxlamaq istədilər, lakin qanunsuz olduğundan nadir soyutma sistemi yaratmalı oldular.

8. 300 km/saat cəmi 17 saniyəyə yığılır.

9. Sürət keçidi güc itirmədən baş verir - cəmi 150 milli saniyə, bu da göz qırpımından tezdir. Bu, ikili muftası olan sürət qutusu sayəsindədir.
10. Sürət keçidinin kontrolleri 4 kompüterdən daha güclüdür.

11. Bugatti-nin əyləc diskləri yüksək texnologiyalı kömür-titan keramikasının qarışığından hazırlanıb.

12. Bugatti-nin iki əyləc sistemi var - biri mexaniki (təkərlərdə), digəri isə aerodinamik (palçıq qoruyucularında).

13. 407 km/saatda dayanmaq üçün Bugatti-yə 10 saniyə lazımdır.

14. Bugatti üçün məxsusi şinlər hazırlamaq məcburiyyətində qalıblar. Belə ki, hələ 400 km/saatdan yuxarı sürətdə funksiyalarını yerinə yetirmək üçün şin istehsal edilməyib.

15. Arxa təkərlərin eni 37 santimetrdir.

16. Benzin çəninin tutumu 100 litrdir. Bugatti yanacaq yandırmağı çox sevir - şəhərdə 37 litr/100 km, trasda 14,9.

17. Bugatti-də hər bir detal əl ilə yığılır.
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1479 Tarix: 01.05.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 12.05.2017
gozel mawindi


 
sunly_
sunly_ 01.05.2017
Məndə bəyəndim.kaş olsa.
Anaveten
Anaveten 01.05.2017
keşke benim olsa


 
Gul_rengi
Gul_rengi 01.05.2017
Bir neferin xeyalıdı Buqatti
Mawın deyile samalyotdu


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər