Eks-sevgilinə qayıtmağın ÜSTÜNLÜKLƏRİ

Eks-sevgilinə qayıtmağın ÜSTÜNLÜKLƏRİ

Heç vaxt “heç vaxt!” demə! Çünki həyat gözlənilməz anlarla, hadisələrlə doludur. Bugün başına gələn hər hansı hadisədən təsirlənib, verdiyin qəti qərarın sabah sənin xeyrinə dəyişdiyini görə bilərsən. Ona görə də insan həyatın istənilən pis və ya yaxşı sürprizlərinə hər zaman hazır olmalıdır. Bu, həmçinin sevgi məsələlərinə də aiddir.

Məsələn, keçmiş sevgiliniz sizə qayıdıb. Ona şans vermək istəyirsiniz, amma bir çoxları sizə məsləhət verə bilər ki, keçmiş keçmişdir və o elə orada da qalmalıdır. Lakin müxtəlif insanların yaşamları bir daha göstərir ki, həyat öz sözünü deyir. Bir müddət əvvəl vidalaşan sevgililər bəzən yenidən münasibətlərini bərpa edirlər və xoşbəxt olurlar.
Ya da ki, elə münasibətlər var ki, acı sonluqla nəticələnib. Sevdiyiniz kişi və ya qadın sizi yarı yolda qoyub. Amma uzun illərdən sonra geri dönüb, peşman olub. Barışmaq, ömrününün sonuna kimi yanınızda olmaq istəyir. Zənnimizcə, ona bir şans vermək olar. Təbii ki, hansı səbəblərə görə ayrılmağınız da şərtdir. Çünki bəzən sevgililər ciddi səbəblərə görə də yollarını ayırırlar.
Gələk daha bir məqama. İnsan tək qalandan sonra həsrətlə keçmiş günləri xatırlayır və nəyə görə münasibətlərə son qoyulduğunu yadından çıxarır. Sevgilinizdən ayrıldıqdan sonra onun sizə qarşı pis davranışlarını unudacaq, ancaq xoş xatirələrini xatırlayacaqsınız. Çünki siz onu hələ də sevirsiniz. Amma yenə də ümid var. Əsas odur ki, yeni münasibətə başlayanda bəzi məqamları nəzərə alasınız. Keçmişdə olan xoşagəlməz davranışları təkrarlamayasınız.

Sizi onunla yenidən münasibətə başlamağa nə vadar edir?

Bəs yaxşı, yeni hisləri keçmiş xatirələrdən necə fərqləndirmək olar? Bunun üçün özünüzlə səmimi olmağınız kifayət edər. Keçmiş sevgilinizlə yeni münasibətlərə başlayarkən ilk olaraq bir suala cavab vermək lazımdır – sizi onunla yenidən münasibətə başlamağa nə vadar edir? Əgər sevgilinizlə münasibətləri bitirməyinizdən müəyyən vaxt keçibsə, hər iki tərəf etdiyi səhvlər barədə düşünməyə vaxt tapıbsa, bu münasibətə mütləq ikinci şans verilməlidir. Əsas odur ki, keçmiş sevgili ilə münasibətləri qısqanclığa görə və ya əvəz çıxmaq istəyinə ya da özünü təsdiqləmək üçün bərpa etməyəsiniz.

Bu halda mütləq “Ən yaxın dostumun toyu” (“My Best Friends Wedding”) filmini xatırlayın. Culiya Robertsin baş rolu canlandırdığı filmdə onun qəhrəman Culian Potter illər keçdikdən sonra birdən anlayır ki, onun əsl sevgisi Maykl Onildir (aktyor Dermot Malruni). Keçmiş sevgilisinin toyunu pozmağa çalışır. Siz də Culiya Robertsin qəhrəmanının yerində olmaq, eyni vəziyyətə düşmək istəmirsinizsə, münasibətləri bərpa etməzdən öncə özünüz üçün bir məqamı dəqiqləşdirin. Görün, əsl hissləri romantik xatirələrlə qarışdırmırsınız?!

Münasibətlərə ağ vərəqdən başlamağa hazır olun

Keçmiş sevgilinizlə yenidən münasibətləri bərpa etməyə çalışarkən nəzərə alın ki, hər şey yenidən başlayacaq. Yəni keçmişdə yaşanan romanın davamı deyil, sanki hər şeyə ağ kağızdan başlayacaqsınız. Əgər keçmişdə münasibətlərinizə son qoyan amilləri, davranışları geridə qoymazsanız, münasibətlər yenə korlanacaq. Yəni keçmişdə arada yaşanan incikliklərdən nəticə çıxarıb, yeni həyata başlamaq lazımdır. Artıq keçmişi - keçmişdə qoymaq lazımdır. “Böyük şəhərdə seks” (“Sex and the City”) filmində Miranda və Stivin etdiyi kimi addım atmaq lazımdır. Onlar ürək ağrıdan vidalaşma yaşayırlar, artıq boşanmağa hazırlaşırlar. Amma son anda həyatlarında yaşadıqları ağır məhəllələrin arasında olan körpüdə yenidən görüşürlər, barışırlar. Həyatlarına olduğu yerdən, amma ağ vərəqdən başlayırlar. Miranda Stivin xəyanətini unudur. Stiv də bir daha həyat yoldaşına xəyanət etmək haqqında niyyətlərini yadından çıxarır.


İntuisiyanıza inanın, çünki o heç vaxt yanılmır


Bir şeyə hazır olun: keçmiş sevgilinizlə münasibətlərin bərpası yaxınlarınızın əsas müzakirə mövzusu olacaq. Güman ki, rəfiqələrinizdən çoxlu sayda “insan dəyişmir”, “bir dəfə batdığın palçığa ikinci dəfə batmaq olmaz” - kimi müxtəlif tövsiyyə və iradlar eşidəcəksiniz. Sakit və hövsələli olun. Yaddan çıxarmayın ki, kənardan hansı qiymətin verilməyindən asılı olmayaraq, iki insanın arasında həqiqətən də nə baş verdiyini yalnız həmin iki adam özü bilir. İnsanların bir-birindən ayrıldıqdan, birinin başqa biri ilə evləndikdən sonra yenidən rəsmi boşanaraq keçmiş sevgilisinə qayıdaraq xoşbəxt olmaqlarını göstərən çoxlu sayda nümunələr var. Hərdən lazımi nəticələr çıxarmaq, öz həyatında və beynində müəyyən mərhələni məhz bu yolla keçən çox sayda insanlar var. Bu, o adamlardır ki həyatın çətinliklərinə, ciddi münasibət yükünə tab gətirmir, həyatın sərt axınına tabe olur və... yanlış qərarlar verib, səhv addımlar atır.

Onunla yenidən münasibətə başlamağın üstünlükləri

Keçmiş sevgili ilə münasibətlərə yenidən başlamağın ən əsas üstünlüyü odur ki, siz artıq bir-birinizi çox yaxşı tanıyırsınız və xarakterinizi, pis və ya yaxşı vərdişlərinizi bilirsiniz. Yəni sizə bu mərhələni yenidən keçib, bir-birinizi yenidən tanımağa ehtiyac yoxdur. Əgər siz düşünürsünüz ki, münasibətlərinizdə romantika yoxdur, tələsməyin. İmkan verin ki, partnyorunuz yenidən sizi fəth etməyə çalışsın. Bunun üçün səbr lazımdır. İnanın, münasibətləri bərpa etmək fikriniz ciddidirsə, sizin səyləriniz mütləq nəticə verəcək.

Səmimi söhbət edin

Və sonda... Ola bilər ki, siz sevgilinizlə münasibətləri elə də mədəni formada bitirməmisiniz. Yəni arada ciddi səbəblər olub, möhkəm dalaşmısınız. Necə deyərlər, bütün körpülər yanıb. Əgər bu belədirsə, yenidən ciddi söhbət etmək vacibdir. Hər şeyin yenidən pis olmaması üçün keçmiş sevgilinizlə görüşün və onunla səmimi söhbət edin. Nə bilmək olar, bəlkə də sizə artıq yeni münasibətlər yox, sadəcə, bütün köhnə söhbətlərə nöqtə qoyub, birdəfəlik sağollaşmaq lazımdır. Belə bir söhbətdən sonra siz bütün incik məqamlara aydınlıq gətirib, bir-birinizə acıqlı deyil, normal formada vidalaşa da bilərsiniz.

Aysel.Ş

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1979 Tarix: 28.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Aida_ali
Aida_ali 01.05.2017
donmerem asla biten bitmisdir geden getmisdir.


 
_Adc_
_Adc_ 29.04.2017
Hmmm


 
nezrin2000
nezrin2000 29.04.2017
yaxsi munasibet bitmez,bitibse demeli ele meslehet imis.kecmis kecmisde qalsa yaxsidi
Qaranliq_gunduz
Qaranliq_gunduz 29.04.2017
birini cox sevirem ...
Padishah
Padishah 29.04.2017
Insan birinci defe sehv ederse o sehv olaraq qebul olunur.Eyni sehvi ikinci defe ederse o sehv deyil axmaqliq hesab olunur


 
HEC_KIM
HEC_KIM 29.04.2017
Birinden qelbim qırıldısa soyudumsa yeniden ona şans vermey mene göre ebes yere vaxt itkisidi


 
Gul_rengi
Gul_rengi 28.04.2017
Heç vaxt onu bagiwlamayacam mene bu heyatı yawatdığı üçün


 
DUZLU_NIK
DUZLU_NIK 28.04.2017
Meni oldugum kimi qebul etmeyen , meni hec vaxt bawa duwe bilmez , meni hec vaxt seve bilmez. Meni terk eden kes mene esla done bilmez. Yalvarsa illlerle geri donmek ucun mumkun deyil. Yeni bawlangic ola bilmez. Onu gedende fikirlewmeliydi.
O qadin gulende xowbaxtdir sandin. Daxilini gormediyin ucun bilmedin ki , ureyindeki yaralari guluwleri ile sariyib.
D. N.


 
Uzunsacliqiz
Uzunsacliqiz 28.04.2017
Getdiyin yolu ikinci defe getmek ağılsızlıqdır menim üçün.


 
Lissa
Lissa 28.04.2017
Sevgilim olubki)neyinki kohne sevgili))


 
vetenperver
vetenperver 28.04.2017
bu aysel SH ya demek lazimdirki isin gucun yoxdur senin?)men her vaxt dmeisem yene deyirem hec vaxt dediyim sozu geri goturmemisem!ilk sevgilimede geri donmek istes ebele sifetine tupurmusem)0kaftar qizi kaftar iki def enishanlaib ucuncusund ezorlama qiz toyu oldu))


 
Azadsozlu
Azadsozlu 28.04.2017
He yaxshi))