Bakıda yanan evdən körpə uşağı xilas edən polis: "Ölümlə göz-gözə gəldik..."

Bakıda yanan evdən körpə uşağı xilas edən polis: "Ölümlə göz-gözə gəldik..."Bakıda bir neçə gün öncə 50 nəfərdən çox insanı, o cümlədən 8 uşağı xilas edən polislərdən biri danışıb.

Daxili İşlər Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, aprelin 24-də gecə saat 2 radələrində Nizami rayonu, Elşən Süleymanov küçəsindəki çoxmərtəbəli binanın qarşısından keçəndə, ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının avtomarşrutda olan əməkdaşları - polis serjantları İbrahim Məmmədov, Rəşad Mustafayev və Asif Məmmədov çoxmərtəbəli binalardan birindən qatı tüstü qalxdığını görüb təcili hadisə yerinə yaxınlaşıblar.

Polis əməkdaşları təcili Alayın və RPİ-nin Növbətçi hissələrinə, Fövqəladə Hallar Nazirliyinə, təcili yardıma xəbər veriblər. Alayın komandanlığından verilən əmrdə təcili bir-bir evlərə gedib yatan, hadisədən xəbərsiz sakinləri oyatmaq, azyaşlı körpələri, qoca, kimsəsiz, özü yeriməyə imkanı olmayan insanları xilas etmək tapşırılıb.

Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci patrul bölüyünün şəxsi heyəti hadisə yerinə birincilər sırasında çatıb. Polislər əleyhqazı geyərək sakinləri təxliyyə etməyə başlayıblar.

Polislər axırıncı mərtəbəyə qədər sürətlə qalxıb bütün evlərin qapılarını döyüb evdəkiləri xəbərdar ediblər. Tezliklə yanğının binanın kabel şaxtasında yaranmış problemlə əlaqədar olmasını müəyyən edilib.

Polis serjantı İbrahim Məmmədov: "Valideynlərdən biri evdə uşağının qaldığını deyib. Özü düşsə də, uşagı götürə bilməmişdi. Tez həmin evə çatıb, qapını açmaq istəyəndə dəstək qopub əlimdə qaldı. Yüngül materialdan hazırlanmış qapı istidən ərimişdi… Axırıncı körpəni qucağıma alanda onun tüstüdən vəziyyətinin pisləşdiyini görüb, öz əleyhqazımı çıxarıb, ona verdim. Aşağı düşəndə artıq özümdə də güclü başgicəllənmə, zəhərlənməyə hiss etdim. Təqribən 40 dəqiqə sonra yanğın söndürüldü. Bir an əvvəl ölümlə göz-gözə olsaq da indi biri-birimizi təbrik edirdik ki, hadisə itkisiz başa çatdı".

Qeyd edək ki, zəhərlənmə diaqnozu ilə 3 polis əməkdaşı respublika Toksikologiya mərkəzinə aparılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1480   Tarix: 28 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643