Azərbaycanlı fanatlarının yalvar-yaxarını eşitdi -"Recep İvedik-5" BAKIYA GƏLİR

Azərbaycanlı fanatlarının yalvar-yaxarını eşitdi -"Recep İvedik-5" BAKIYA GƏLİRTürkiyənin məşhur komediya aktyoru Şahan Gökbaharın (Recep İvedik) Azərbaycana gəlməkdən imtina etməsi haqda xəbər vermişdik.

BİG.AZ xatırladır ki, aktyor nəinki ölkəmizə gəlməkdən, hətta "prokat"a çıxan yeni - "Recep İvedik -5" komediya filminin burada yayımını yasaqlamaşdı.

Buna filmdə azərbaycanlı boksçu ilə bağlı olan səhnənin çıxarılması səbəb olmuşdu. Belə ki, bu ilin əvvəlində filmin treyleri yayımlandıqda, ekran işində Recep İvedikin azərbaycanlı boksçunu döyərək, rinqin bir küncünə atması səhnəsi sosial şəbəkələrdə böyük səs-küyə rəvac vermişdi.

Belə ki, azərbaycanlılar Receb İvedikin boksçunu döyərək rinqin bir küncünə atması səhnəsini tənqid atəşinə tutmuşdular.

Bundan sonra aktyor Şahan Gökbakar "Instagram" bloqunda tənqidlərə cavab verməli olmuşdu:

"Biz üzmək üçün deyil, güldürmək üçün varıq. Bizdə qardaş ölkəyə qarşı səhv olmaz. "Recep İvedik 5" filminin anonsundakı boks səhnəsini başqa istiqamətlərə çəkməyə çalışanlar olmasın deyə, filmdəki həmin səhnəni tam paylaşırıq. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram... Hamınızı sevirəm".

Söz-söhbətin səngimədiyini görən türkiyəli aktyor azərbaycanlı boksçu ilə bağlı səhnəni filmdən tamamilə çıxarmaq məcburiyyətində qalmışdı:

"Həmin səhnə azərbaycanlı qardaşlarımıza "Salam" göndərmək məqsədilə çəkilmişdi. Treylerdən sonra həmin səhnə ilə filmi qaralamaq istəyən qüvvələr meydana çıxdı. Bizə qarşı qaralama kampaniyası aparmaq istədilər, amma mən onların oyununu pozdum. Pis niyyətli insanlara o həzzi yaşatmaq istəmədim. Həmin səhnənin filmdən çıxarılması ümumi mövzuya təsir etmədi. Azərbaycanlı biznesmenlər zəng vurub dedilər ki, o səhnəni filmdən çıxarma, azərbaycanlıların belə bir tələbi yoxdur. Amma pis niyyətlilərin oyununu pozmalı idim və bunu da etdim".

Bu xəbəri məhz BİG.AZ işıqlandırdıqdan sonra Şahan Gökbakarın bu addımı azərbaycanlı fanatlarını çox üzmüşdü.
Nəticədə onlar aktyorun sosial şəbəkədəki rəsmi səhifəsindəki paylaşımlarına davamlı şərhlər yazıraq, Ş.Gökbaharı Azərbaycanla bağlı verdiyi qərarına etiraz ediblər.
Aktyordan ölkəmizdə nəinki filminin nümayişinə, hətta Azərbaycana gəlməyini təkidlə israr edənlər, hətta yalvaranlar da tapıldı.
Görünür, azərbaycanlı fanatların bu istəyi aktyorun ürəyini yumşaldıb.
Belə ki, mayın 4-də Nizami Kino Mərkəzində "Recep İvedik 5" komediya filminin nümayişinə start verilir.

Qeyd edək ki, Türkiyənin "Çamaşırhane Produksiyon" kinostudiyasında lentə alınan filmin ssenari müəllifi və rejissoru Toğan Gökbakardır.
Əsas rollarda aktyorlar Şahan Gökbakar, Orhan Varan və Deniz Ceylan çəkiliblər.

Aysel.Ş


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3928   Tarix: 28 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vasif plastik əməliyyatdan sonra İLK DƏFƏ EFİRDƏ - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. xəbər verir ki, o, "Zaurla Günaydın" verilişində qonaq olub. Günay Məhərrəmliyə "Vasif bəy ilk dəfədir efirdə, hə?" deyərək əməliyyata eyham vurub. Müğənni isə "Hə" cavabı ilə mövzunu bağlama

24.03.2024 1201
.

Sevgiləri 9 ay çəkdi

Türkiyəli müğənni Burayla aktrisa sevgilisi Ezgi Şenler ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa müsahibəsi zamanı verib:. "Hər münasibət eşqlə başlayıb, sonlana bilir. Aramızda bəzi anlaşa bilmədiyimiz məsələlər oldu, danışaraq bitirmək qərarı aldıq

24.03.2024 583
.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 493
.

Daun sindromlu Natiqin müalicəyə ehtiyacı var: Bacısı da astmadır - FOTO

Yeddi yaşlı Natiqin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə -a onun nənəsi Kəmalə Qocayeva məlumat verib. O bildirib ki, Daun sindromlu Natiq 1-ci dərəcəli trikuspid qapaq çatışmazlığı xəstəliyindən əziyyət çəkir. "Natiq 2017-ci ildə Daun sindromu ilə anadan olub. Bildiyiniz kimi, bu uşaqlar dai

25.03.2024 495
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 588
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 435
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 694
.

"Məni də oğlum idarə edir"

Xalq artisti Nisə Qasımovanın qonaq olduğu "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. OLAY yazır ki, aparıcı Günay Baxşəliyeva sənətçinin dırnaqlarındakı hərflərə diqqət çəkib. Qasımova ailə üzvlərinin adlarının baş hərfləri olduğunu deyib və oğlundan danışıb. "Fətulla oğlum

24.03.2024 446
.

Kadir İnanır xəstəxanaya yerləşdirildi

"Yeşilçam"ın ulduzu Kadir İnanır Beykozdakı evində pisləşərək xəstəxanaya yerləşdirilib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında insult keçirən İnanırın huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Sənətçinin beyin tomoqrafiyas

24.03.2024 589