"3-4 günlük görüşdük, uşağım olmadı, ayrıldıq" - Safuradan ŞOK AÇIQLAMA

"3-4 günlük görüşdük, uşağım olmadı, ayrıldıq" - Safuradan ŞOK AÇIQLAMAARB TV-nin "Elin gözü" verilişində xalq artisti Səfurə İbrahimova aparıcı Elgiz Əkbərə eksklüziv müsahibə verib.

BiG.AZ-ın məlumatına görə, o, öz ailəsindən bəhs edib:

"Babamın dükanları olub. Atam da onun yanında işləyib. Biz sürgün həyatı keçirmişik. 5 il sürgün edildik. O zaman 3 yaşım vardı. Ailədə 8 nəfər olmuşuq. Babamdan qalan mülk əlimizdən çıxmışdı. Mülklərimiz hökumətin ixtiyarına keçmişdi. Qohumlarımız çoxdur, hamısında bir az qaldıq. Sonra atamın xalası oğlu bizə ev tutdu. 9-10 kvadrat metrlik evdə böyümüşəm. Çox çətin idi. Sonra böyük sənətkarımız Hökümə Qurbanova mənə kömək elədi. Atam vəfat edəndə bizə gəldi, evi görüb şoka düşdü. Lazımı yerlərə müraciət elədi. Sonra mənə ev verdilər. Sonra ağır xəstələndim, evə heç kim gəlmirdi. Ətrafımdakılara demişdilər ki, yoluxucu xəstəliyə tutulmuşam. Yalandan danışırdılar".

Daha sonra xalq artisti "Qatır Məmməd" filmindəki rolundan və çəkiliş vaxtı yaşadığı çətin anlardan danışıb:

"O filmdə at belindəki rolumu çoxlu məşq etmişdim. Atın boyu alçaq idi. At məni götürüb atdı yerə. Mən qorxdum, istəmədim oynamaq. Sonradan məni şirin dilə tutdular, hazırlaşdırdılar. Çəkiliş çox isti zamanda idi. Çəkiliş meydançası isə qayalıq idi. O istinin altında hərəkət etmək çətin idi. İndi də belim ağrıyır. Rahat oturub-dura bilmirəm".

Səfurə İbrahimova ailə həyatından da söz açıb:

"Ailə həyatı qurdum, uşağım olmadı. 5 ildən sonra ayrıldıq. Yoldaşım polis işçisi idi. Ukraynada işləyirdi. Yoldaşım qürbətdəydi deyə, 2-3 aydan bir, 3-4 günlük görüşürdük. Uşaq olmurdu deyə ayrılmaq istədi. Evlənib artıq. Bir dəfə oğlu ilə gəldi. Qapını açdı, girdi içəri. Qara uşaq idi. Onun da anası ilə boşanmışdı. Sonra yenə evləndi. Mən daha sonra evlənmədim heç kimlə".

O, indi ona ssenari təklif edilsə, oynayıb-oynamayacağı haqda suala belə cavab verib:

"Mən baxaram vəziyyətə. Yalan danışa bilmərəm ki, imkanlarıma baxaram. Görərəm ki, bacararam, onda olar. Elə olur ki, insan 100 yaşında belə oynadığı rolla "peçat" vura bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11816   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aysun övladının cinsiyyətini açıqladı - VİDEO

Müğənni Aysun İsmayılova övladının cinsiyyətini açıqlayıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında video yayımlayıb. Aysun qız övladının olacağını bildirib. Həmin videonu təqdim edirik:

20.04.2024 2573
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 897
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 945
.

"Düzgün yolda deyillər"

Xalq artisti Nazpəri Dostəliyeva açıqlamalarıyla diqqət çəkib. OLAY yazır ki, sənətçi "Tarixin bir günü" verilişində gənc müğənnilərdən danışıb və onların düzgün yolda olmadıqlarını deyib. "Əslində bir nəfərin fikri çox azdır. Akademiyada, İncəsənət Universitetində, Milli Konservatoriyad

20.04.2024 533
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 523
.

Toydan sonra alma sirkəsi ilə çimdiklərini açıqladı

Üçüncü dəfə ailə quran türkiyəli aparıcı Burcu Esmersoy nəzərə gəldiyini açıqlayıb. Axşam.az xəbər verir ki, bu səbəbdən aparıcı Nazım Akmandillə ailə qurduqdan sonra pis gözlərdən qorunmaq üçün sirkəli su ilə çimdiklərini etiraf edib. "Sirkəni çox sevirəm. Bəzən ərimin üstünə də tpkürəm. Toyda

21.04.2024 825
.

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço

21.04.2024 872
.

Mətanət Əsədova ana olacağını açıqladı - VİDEO

Müğənni Mətanət Əsədova ana olacağını açıqlayıb. Bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində məlumat verib. "Allahın qismətidir. Allah imkan versə, ana olacağam, inşallah. Heç kimin başı üçün deyil ki, mənim şəxsi həyatıma qarışsın. Mənimlə heç kim oyun oynaya bilməz"

22.04.2024 2356
.

Aybəniz Haşımova: "Bir gün eşidəcəksiniz ki, mən də yoxam"

"Bir gün eşidəcəksiniz ki, mən də yoxam". xəbər verir ki, bu sözləri mərhum sənətkar Cavanşir Məmmədovun vida mərasimində Əməkdar artist Aybəniz Haşımova deyib. O, mərhum sənətçini illərdir tanıdığını vurğulayıb. "Mən balaca uşaq idim, Cavanşir müəllim "Xatirə" ansamblında qarmo

20.04.2024 1285