"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ

"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏSon günlərin ən çox müzakirə olunan mövzularından biri də 60 yaşlı azərbaycanlı polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin üçüncü dəfə - özündən 28 yaş kiçik xanımla evlənməyidir.
Ə.Qənizadə rəhbəri olduğu muzeydəki iş yoldaşı Gülşən Hüseynova ilə evlənib. Ə.Qənizadə 1957-ci il təvəllüdlü (60 yaş), həyat yoldaşı isə 1985-ci il təvəllüdlüdür.

Əzizağa Qənizadənin 2-ci həyat yoldaşı Gültamam Qənizadənin BiG.AZ-a polkovniklə bağlı verdiyi müsahibəsini təqdim edirik:

- Qənizadə Əzizağanın internetdə yaydığı bütün məlumatlar yalandır! O deyir ki, yetkinlik yaşına çatmış 3 oğlu var. Xeyr, onun birinci evliliyindən bir oğlu var, yaşı da çoxdur. Mənimlə evliliyindən isə 7 yaşında əkiz oğlu var. Əzizağa uşaqların 3 yaşı olanda bugünlərdə evləndiyi Gülşənlə görüşməyə başlayıb. O qadın Əzizağanı məcbur edib ki, ailəsini dağıtsın. Hələ bir utanmadan bu biabırçılığı internetdə də yayırlar.
Eyib deyil? Mən iki oğul böyüdürəm, öz də tək başıma... Keçən ilin may ayında mən Əzizağaya 20 min dollar pul ödəmişəm, bu da 40 min manat pul edir. Sonra da utanmadan gedib, Zakir müəllimdən (Zakir Qaralov - red) 2 otaqlı ev tələb edir. Bizim evimizdə 2 avtomobil var idi, üçüncünü də mənim atam bağışlamışdı. Üçünü də mənim əlimdən alıb. Fırıldaqçı, yalançı torpaq sahəmə qədər hamısını mənimsəyib.

- Sadaladığınız 20 min dollar pul, maşın, evi o sizdən necə alıb?

-Atam mənə avtomobil hədiyyə verirdi. Maşınlar da həyat yoldaşım olduğu üçün Əzizağanın adına sənədləşdirirdi. Mən də maşını etibarnamə ilə sürürdüm. Axı o, mənim ərim idi. Biz boşananda isə məhkəmə qərarına əsasən bu utanmaz heç nəyə baxmadı, hər şeyi əlimdən aldı.

-Yəni iddia edirsiniz ki, sizin boşanmağınıza hazırda nikaha daxil olduğu Gülşən Hüseynova səbəb olub?

-Bəli, onlar görüşürdülər. Sonra Əzizağa evdən çıxıb getdi. Hətta o qadın Əzizağaya icazə vermirdi ki, gəlib uşaqları ilə görüşsün. Ünsiyyəti qadağan etmişdi, hətta uşaqların atalarının yanına getməyi də yasaqlamışdı. Bax, mənim körpə uşaqlarım belə çətinliklər çəkiblər. O adam qalmayıb ki, mənə zəng edib deməsin ki, amanın günüdür, uşaqları qoru, internetdə yayılan xəbərləri görməsinlər. Onun birinci nikahından 32 yaşında oğlu var. 32 yaşında qadınla da evlənib. Bu adam utanmır görəsən?

-İnternet dövründə yaşayırıq. Güman ki oğullarınız gec-tez bu olaydan xəbər tutacaqlar...

-Mən onları necə qoruyacağımı artıq bilmirəm. Uşaqların 7 yaşı var. Onların internetdən anlayışları yoxdur. Allah o qızın cəzasını versin, ailəsinə lənət etsin.

-Maraqlıdır, siz polkovniklə necə, hansı şəraitdə tanış olmusunuz?

-Mən işlədiyim şirkətdə bir qızla rəfiqə idik. Əzizağa da rəfiqəmin ərinin dostu idi. Bir dəfə rəfiqəm mənə dedi ki, bir nəfər polkovnik var, müharibədən gəlib, evlənmək istəyir. Mən də rəfiqəmdən soruşdum ki, o heç evli olmayıb? Rəfiqəm də dedi ki, xeyr, heç bir evlililiyi olmayıb. Ondan sonra mən onunla tanış oldum. Tanış olduğumuz günün səhəri mənə evlilik təklif etdi. O zaman mənim 28 yaşım vardı. Siz təsəvvür edirsiz, mən qız uşağı idim... Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirmişdim. Aspiranturada oxuyurdum, dissertasiya yazırdım. Düşündüm ki, yaxşı insandır, polkovnikdir, alicənabdır, müharibədə olub. Yaxşı partiyadır, bu adama ərə gedim. Biz evlənəndən sonra birinci həyat yoldaşı zəng vurub dedi ki, Əzizağanın 18 yaşında qızı var, hazırda ağır xəstədir. Pul lazımdır ki, müalicə alsın. Əzizağa da onu söydü və telefona "otboy" verdi. Mən dəhşətə gəldim. Soruşdum ki, ax,ı o qadın kimdir? Sonradan hər şeyin üstü açıldı. Bu adam xəstə qızı üçün pul vermədi, o da rəhmətə getdi.
Oğlunun isə 19 yaşı vardı, Tərtərdə hərbi xidmət çəkirdi. Bu adam bütün bunları məndən elə məharətlə gizlətmişdi ki...
Bir hadisəni də danışım, bizim toyumuzdan 3-4 gün sonra yaxın bir adamın toyuna getdik. Orada bir adam Əzizağaya yaxınlaşdı, bunlar öpüşüb-görüşdülər. Həmin adam mənə müraciətlə dedi ki, biz Əzizağa ilə 9 il birgə həbsxanada yatmışıq. Ay aman, mən şok yaşadım! Həmin adam dedi ki, bəs bilmirsiniz, sizin yoldaşınız 701 saylı hərbi hissənin komandiri olub və Kəlbəcərin işğalından sonra ona cəza veriblər, 9 il həbsdə olub. Təsəvvür edin, mən dedim ki, ayrılıram. Lakin o imkan vermədi, təcavüz etdi, məni vurdu. Hətta dilimdən kağız da aldı ki, heç yerə getməyəcəyəm. Siz təsəvvür etməzsiniz ki, mən necə dəhşətlərdən keçmişəm...

-Polkovniklə sizin aranızda yaş fərqi nə qədər idi?

- Ondan 18 yaş kiçik idim. Bilirsiniz, mən uşaqlar üçün mobil nömrə aldım ki, ataları ilə əlaqə qursunlar. Uşaqlarına zəng vursun, maraqlansın. Bu 4 il ərzində bir dəfə də maraqlanmadı. Mobil nömrələrinə qədər dəyişdi. Sonradan öyrəndim ki, gəzdiyi, hazırda isə evləndiyi qadın ona şərt qoyub ki, əgər sən o uşaqlardan imtina etməsən, mən səninlə birgə olmayacağam. O da uşaqlarından imtina etməyi seçib. İndi evləndiyi qadının bəlkə də xəbəri yoxdur ki, Əzizağanın 2004-cü ildə Gülsabah adlı qızı rəhmətə gedib. Gülşən Hüseynova mənim maşınlarımda gəzəcək, bağ evimdə dincələcək. 40 min manat pulumla keflərini çəkəcəklər. Haramları olsun!

Aysel.Ş

"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ"Qız uşağı dediyi qadınla 4 il idi" – polkovnikin eks-arvadı ilə MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 12151   Tarix: 30 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

06.09.2019 4222