Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK — "Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!"

Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK — "Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!"Əfv sərəncamına adı düşən Mahmudov Elvin Bəxtiyar oğlunun əvəzinə başqa birini azadlığa buraxıblar!

Vəkil Adəm Məmmədov: "Hesab edirəm ki, bu, dövlət başçısına xəyanət və ağır cinayətdir"

"Oğlum Prezidentin bu ilin mart ayının 16-da imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılmalı olsa da, hələ də həbsdə saxlanılır. Onun əvəzinə adı və soyadı oğlumla eyni olan, ancaq atasının adı, təvəllüdü fərqli olan başqa bir şəxsi əfv olunmuşların siyahısına salaraq, azadlığa buraxıblar".

BiG.AZ xəbər verir ki, heyrət doğuran bu açıqlamanı "AzPolitika.info"ya Bakı şəhəri Binəqədi rayonu, İlham Hacıyev küçəsi ev 3-də yaşayan Mustafayeva Bənövşə Vahid qızı verib.

Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK — "Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!"Onun sözlərinə görə, oğlu Mahmudov Elvin Bəxtiyar oğlu 2012-ci ildə bir böhtanla üzləşərək həbs olunub: "Həmin ilin aprelində oğlumla keçmiş MTN-nin əməkdaşı Anar Məmmədov arasında baş vermiş mübahisə ikincinin günahı ucbatından davaya çevrilmişdi. Anar Məmmədov oğlumun maşınına ziyan yetirmiş, özünə çoxsaylı zərbələr vurmağa çalışmışdı. Oğlum da özünü qorumaq məqsədilə kişik uclu bıçaqdan istifadə edərək, Anar Məmmədovu yaxınına buraxmamağa çalışmışdı. Bu zaman Anar Məmmədova kiçik bir xəsarət yetirmişdi. Ancaq o və atası Yaqub Məmmədov əllərindəki imkanlardan istifad edərək, istintaqın hadisəni "öldürməyə cəhd" kimi qiymətləndirməsinə nail oldular. Və 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğluma 7 il iş kəsildi.

Həbsxanaya düşdükdən sonra da Məmmədovlar ailəsi oğlumdan əl çəkmədi. Yaqub Məmmədov oğlumu öldürtdürəcəyi ilə hədələyirdi. Onlar hansısa vasitələrlə oğlumun əvvəlcə 6 saylı cəzaçəkmə müəssisəsindən 13 saylıya keçirilməsini təşkil etdillər. Sonra da heç bir aidiyyatı olmadığı halda oğlumun Binədə yerləşən vərəm əleyhinə ixtisaslaşdırılmış müalicə müəssəsinə göndərilməsinə nail oldular. Bunu onların etdiyini ona görə bilirik ki, əvvəlcədən bizə belə edəcəklərini demişdilər. Bununla orada oğlumu vərəmə yoluxdurub məhv etmək istəyirdilər. Hara müraciət etsəm də, xeyri olmadı . 6 ay orada qaldı. Yalnız Xəzər Rayon Məhkəməsinin qərarından sonra bu ilin mart ayının 9-da oğlumun yeri Bakı İstintaq Təcridxanasına dəyişdirilib".
Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK — "Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!"Bənövşə Mustafayeva Xəzər Rayon Məhkəməsinin qərarının da oğlunun xeyri üçün deyil, onu həbsdə saxlamaq üçün verildiyini bildirir: "Oğlumun gənc yaşında bir böhtanın qurbanına çevrilməməsi, əvfə salınaraq azadlığa buraxılması üçün bir çox dövlət qurumlarına müraciət etdim, qəbullarda oldum. Bir ana kimi Möhtərəm Prezidentimiz İlham Əliyevə, hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyevaya müraciətlər etdim. Çox sağ olsunlar, Allah onlardan razı olsun. Müraciətlərimə müsbət cavab verildi. Oğlumun 7 illik cəzasının 5 ilini çəkdiyi, həbsxanada özünü nümunəvi apardığı da nəzərə alınaraq, əvf müraciətinizə müsbət cavab verildi.
Möhtərəm Prezidentimiz tərəfindən 2017-ci ilin mart ayının 16-da imzalanan Əfv sərancamı ilə azadlığa buraxılanlar arasına oğlumun da adı salındı. Bu barədə televiziyada və mətbuatda rəsmi məlumat verildi. Oğlum Mahmudov Elvin Bəxtiyar oğlunun adı əvf olunanların siyahısında 1.249 sırada göstərilib. Prezidentin saytında, başqa saytlarda da var, baxa bilərsiz. Həmin gün bizim evdə bayram idi. Səbirsizliklə oğlumun buraxılacağını gözləyirdik. Ancaq günlər keçdi, oğlum buraxılmadı. Bir də eşitdik ki, əfv sərəncamının icrası başa çatıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, aidiyyatı şəxslərə müraciət etdik. Bizə əvvəlcə dedilər ki, darıxmayın, buraxılacaq. Ancaq sonradan bizə məlum oldu ki, onun yerinə adı və soyadı eyni olan başqa birini Prezidentin əfv etdiklərinin siyahısına salaraq buraxıblar. Əfvə düşmədiyi halda, oğlumun əvəzinə buraxılan şəxs Mahmudov Elvin Habil oğludur. O, 1992-ci il təvəllüdlüdür, mənim oğlum isə 1982. Sərəncamda da göstərilir ki, 1982-ci il təvəllüdlü Mahmudov Elvin Bəxtiyar oğlu. Yəni, əfvə mənim oğlum salınıb, saxtakarlıqla başqasını buraxıblar".

Bənövşə Mustafayevanın sözlərinə görə, bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis mavinləri Oktay Məmmədovun və Hüseyn Əlixanovun qəbulunda olub. "Hər ikisi texniki xəta olduğunu iddia edərək, məndən məsələni böyütməməyi, səsə-küyə salmamağı istədilər. Bu nə deməkdir? Prezidentin sərəncamı ilə oğlum azadlığa buraxılır, əvəzinə başqasını həbsdən azad edirlər. Sonra da bunun texniki xəta olduğunu bildirib, bizdən sakit qalmağımızı istəyirlər. Xətadır düzəldin, oğlum niyə sizin xətanıza görə, daha azı 2 il həbsdə qalmalıdır?

Ədliyə Nazirliyində İsa müəllimin və İbişov Ağamməd müəllimin qəbulunda olmuşam. "Biabırçılıqdır" deyiblər. Ancaq bu biabırçılığı aradan qaldırmaq üçün heç bir addım atılmayıb. İndi də eşidirik ki, məsələni ört-basdır etmək üçün başqa yollara əl atmaq istəyirlər".

Bənövşə Mustafayevanın iddiasına görə, hazırda bu saxtakarlığı gizlətmək, onları susdurmaq üçün oğlunu, həbs müddətini artırmaqla hədələyirlər: "Oğlum hələ Binədə yerləşən vərəm əleyhinə ixtisaslaşdırılmış müalicə müəssəsinə göndərilməzdən əvvəl – 2016-cı il oktyabrın 8-də 13 saylı cəzaçəkmə müəssisəsində insident baş vermişdi. Bir qrup dustaq arasında mübahisə olmuşdu. Həmin insidentlə bağlı Qaradağ Rayon Prokurorluğunda prokuror köməkçisi Fəxrəddin Tağıyev tərəfindən istintaq aparılır. Oğlum həmin vaxt 13 saylı cəzaçəkmə müəssisəsində olsa da, həmin hadisədə iştiral etməmişdi. Həmin vaxt tibb məntəqəsində olmuşdu. Bunu cəzaçəkmə məntəqəsində olan kamera görüntüləri də təsdiqləyir. İş materiallarında da həmin çəkilişlər var. Çəkilişlərdən açıq görünür ki, hadisə bitdikdən sonra oğlum həmin yerə gəlib. Buna görə də, oğlumun adı həmin iş üzrə şahid kimi keçir. Bununla bağlı əlimizdə prokurorluğun verdiyi rəsmi məktub da var. Həmin məktubda da göstərilir ki, oğluma qarşı hər hansı ittiham irəli sürülməyib, işdə şahid kimi dindirilib. Ancaq indi özlərinə haqq qazandırmaq üçün oğlumu bu iş üzrə təqsirkar kimi məsuliyyətə cəlb etmək istəyirlər. Halbuki, həm görüntülər, həm də şahidlər oğlumun həmin hadisədə iştirak etmədiyini təsdiqləyir".

ProkurorBənövşə Mustafayevanın sözlərinə görə, oğlunun bu hadisəni bəhanə gətirərək həbsdə saxlanılması da qanunsuzdur: "Bunu həm Qaradağ Rayon Prokurorluğunda, həm Baş Prokurorluqda, həm də Ədliyyə Nazirliyində bizə bildirdilər. Baş Prokurorluqda müstəntiq Ramil Qurbanovun qəbulunda olmuşuq. O, açıq şəkildə bildirdi ki, bu işi səbəb göstərərək, Əfv sərəncamının icra edilməməsi mümkün deyil. Çünki həmin işə oğlunuz şahid kimi cəlb olunub, təqsiri olduğu sübuta yetirilməyib. Əgər günahı olsaydı, cinayət işinin açıldığı 6 ay ərzində oğluma qarşı hansısa ittiham irəli sürülərdi.
İkinci bi tərəfdən, oğlumun adı Əfv sərəncamına salınmazdan öncə 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi onunla bağlı müsbət Xasiyyətnamə verib. Əgər oğlum orada hər hansı qanunsuzluq etsəydi, belə bir Xasiyyətnamə verərdimi?
Üçüncüsü də həmin işdə oğlumla bərabər adı şahid kimi keçən digər bir məhbusun – Həsənli Elgün Əli oğlunun da adı Əfvə düşüb və onu azadlığa buraxıblar".

Bənövşə Mustafayeva bildirir ki, bütün bunlar – əfvə düşdüyü halda oğlunun həbsdə saxlanılması, yerinə başqasının buraxılması və üstəlik də onların susdurulmağa çalışılması hansısa "qara qüvvələrin" əməli olduğunu düşünməyə əsas verir: "Bu adamların gözü necə dönübsə, hətta Prezidentin sərəncamına müdaxilə etməkdən belə çəkinmirlər. Buna görə də, biz oğlumun həyatından narahatıq. Onun başına bir iş gətirəcəklərindən, ya da etmədiyi cinayətdə ittiham edib, həbs müddətini artıracaqlarından qorxuruq. Ona görə də, mətbuat vasitəsilə möhtərəm Prezidentimiz İlham Əiliyevə və hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyevaya müraciət edirəm: Ümidim göydə Allaha, yerdə onlaradır! Oğlu aprel döyüşlərində iştirak edən bir ana kimi xahiş edirəm ki, digər oğlum Elvin Mahmudovun işini nəzarətə götürsünlər. Oğlumun cənab Prezidentin imzaladığı Əfv sərəncamına əsasən azadlığa buraxılmasını və günahkar şəxslərin cəzalandırılmasının təmin olunmasını xahiş edirəm".

Məsələ ilə bağlı Elvin Mahmudovun vəkili Adəm Məmmədovun da münasibətini öyrəndik. A.Məmmədov "AzPolitika.info"ya açıqlamasında baş vermiş hadisəni "dövlət başçısına xəyanət və bağışlanılmaz cinayət" kimi dəyərləndirdi: "Bilirsiniz ki, Əfv sərəncamı imzalamaq Azərbaycan Respublikasının Prezidentinin müstəsna səlahiyyətlərindən biri kimi də nəzərdə tutulub. Yəni, Prezidentə fərdi qaydada müəyyən şəxsləri azadlığa buraxmaq, cəzasını yüngülləşdirmək və digər oxşar qərarlar qəbul etmək səlahiyyəti verilib. Bu zaman həmin şəxslərin adı, soyadı, atasının adı və onunla bağlı digər məlumatlar Əvf sərəncamında göstərilir. Ancaq qəribədir ki, Mahmudov Elvin Bəxtiyar oğlunun adı Əfv sərəncamına düşməsinə baxmayaraq, o, azadlığa buraxılmayıb. Daha dəhşətlisi isə odur ki, onun əvəzinə müəmmalı şəkildə adı və soyadı oxşar olan, ancaq atasının adı, digər göstəriciləri fərqli olan birini azadlığa buraxıblar. Mahmudov Elvin Habil oğlu adında. Bu, tamamilə qanunsuz bir addımdır, izahı mümkün olmayan faktdır. Prezidentin sərəncamı mübahisələndirilə bilməz və icrası məcburidir. Heç kim tərəfindən bu sərəncama müdaxilə edilə bilməz. Qanun buna yol vermir. Ancaq bunu ediblər. Hesab edirəm ki, bu, dövlət başçısına xəyanətdir və ağır cinayətdir. Hansı səbəbdən baş verməsindən asılı olmayaraq, bunu həyata keçirən şəxslər ciddi şəkildə cəzalandırılmalıdır".

Vəkil Adəm Məmmədovun sözlərinə görə, indi bunu Qaradağ Rayon Prokurorluğunda aparılan araşdırma ilə əlaqələndirmək cəhdi də qanunsuzdur: "Cəzaçəkmə müəssisəsində baş vermiş bir hadisə ilə bağlı ümumi bir cinayət işi açılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.3 maddəsi ilə – cəzaçəkmə müəssisəsinin və istintaq təcridxanasının normal fəaliyyətini pozmaqla bağlı. Ancaq həmin hadisədə hüquqlarını müdafiə etdiyim Elvin Mahmudov hər hansı şəkildə iştirak etməyib. Bunu kamera görüntüləri də, şahidlər də təsdiqləyir. Yəni, həmin kütləvi mübahisədə o iştirak etməyib. Buna görə də, cinayət işinə təqsirləndirilən şəxs kimi deyil, şahid kimi cəlb olunub.
Ancaq həmin iş üzrə istintaqa hansı formada cəlb edilməsindən asılı olmayaraq, Əfv sərəncamına adı düşdüyü üçün azadlığa buraxılmalı idi. Çünki hazırda onun həbsdə olmasına səbəb olan fakta görə, Prezident onu əfv edib. Başqa bir cinayət işində adınının hansı formada keçməsindən asılı olmayaraq, o, azadlığa buraxılmalı idi. Əgər hansısa işdə günahı sübut olunarsa, təkrar həbs edilə bilərdi. Prezidentin sərəncamı icra olunmalı idı".

Adəm Məmmədov konkret ad çəkməsə də, məsuliyyətin sərəncamı icra edən orqanın üzərində olduğunu bildirdi: "Bu səhvdirsə düzəldilməlidir. Yox, əgər kimsə hüquqlarını müdafiə etdiyim Elvin Mahmudovdan intiqam almaq üçün bunu həyata keçiribsə, bu artıq bağışlanılmaz cinayətdir. Və inanıram ki, ölkə rəhbərliyi, müvafiq qurumlar bu məsələni nəzarətə götürəcək və günahkarla bağlı ciddi ölçü götürüləcək".

Qeyd olunanlarla bağlı Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinin mövqeyini işıqlandırmağa çalışacağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4242   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 394
.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 479
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 611
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 409
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 494
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 341
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 276
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 624
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 287