Azərbaycanlı müğənni itini ərə verdi: "İki balası da var" - FOTO

Azərbaycanlı müğənni itini ərə verdi: "İki balası da var" - FOTOHeyvansevər məşhurlardan biri də xalq artisti Səməd Səmədovdur. O, nadir cinsdən olan 5 it saxlayır.

BiG.AZ-ın məlumatına görə, müğənni ailem.az-a müsahibəsində bildirib ki, bağ evində itləri üçün xüsusi şərait yaradıb. Bu itlərin qiyməti isə heç də ucuz deyil: "Beş dənə labrador cinsindən olan itim var. Böyük, çox ağıllı, kamallı itlərdir. Bilirəm ki, Putin və Obama da labrador cinsini sevirlər. Bu itləri mənə hədiyyə veriblər, Moskvadan gətiriblər. Balaca, bir aylıq labrador min dollardır. İndi artıq böyüyüb, ərə vermişik, iki dənə balası var. Bağın bir hissəsi onlarındır, evləri-eşikləri. Orada ağaclar var, hər şərait düzəldilib".

S.Səmədov itlərinə xüsusi qulluq etdiyini, onlara xüsusi yeməklər verdiyini deyir. Müğənni itləri ilə gözəl və əyləncəli vaxt keçirdiyini də vurğuladı. Hətta gümrah qalmağını itlərinə borclu olduğunu etiraf edir: "Mayın 15-dən havalar bir az isinsin, onları 2 gündən bir qaç-qaça aparıram dənizə, həm özüm çimirəm, həm onlar çimir. 40-45 dəqiqə sudan çıxmırıq. Sonra qaça-qaça gəlirik bağa. 2,5 km yolu gedirik və geri qayıdırıq, olur 5 km. Ona görə mən belə formadayam. Onlara "pediqril", "çapi" yeməkləri verirəm. Hardasa restoranda oturanda yoldaşıma deyirəm ki, artıq qalan sümükləri aparaq itlərə verək. İldə bir dəfə onlara iynə vurdururuq, üç aydan bir qurd dərmanı verirəm, gənə üçün sprey vururam. Yəni ki, təmiz saxlayıram. Çünki mənim 6 nəvəm var, onlar gəlib itlə oynayırlar, gənə keçə bilər. Ona görə mən itlərə super qulluq edirəm".

Yəqin ki, çoxlarınız S. Səmədova Nadir Qafarzadənin itlərini evləndirmək istədiyini xatırlayırsınız. Müğənni bunun bir şou olduğunu açıqladı. O, ötən gün itlərini evləndirən və onlar üçün məclis təşkil edən iş adamının bu addımını da təəccüblə qarşılamadı. Özü itinə təntənəli məclis qurmağı düşünməyən xalq artisti itlərin insana ən yaxın canlı olduğunu deyir: "O, sadəcə, şou idi, guya itlərimizi evləndirəcəyik. Məndə taksa idi, uzun it, onda da yadımda deyil hansı cins idi. Elə-belə qurma idi bu, guya itlərimizi evləndiririk. Alimlər sübut edib ki, insanı nə qədər çox tanıyırsan o qədər itə hörmətin artır. İtdən etibarlı heç nə ola bilməz".

Xalq artisti hətta itinin onun həyatını xilas etdiyini də deyir. Uzun illər əvvəl saxladığı it sahibi üçün canını qurban verib: "Mənim iki itimdən biri 18 il yaşayıb, o biri 14 il. Bir gün darvazanı açanda it qaçıb məni qarşılamağa, maşın onu vurub 10 metr kənara tullayıb. Ağsaqqallar mənə dedi ki, o zərbə mənə dəyə bilərdi, heyvan o zərbəni götürüb özünə".

Azərbaycanlı müğənni itini ərə verdi: "İki balası da var" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4908   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344