İmişli sakini Makedoniyalı İsgəndərin dəfinəsini tapdı - Nə qədəri ona qalacaq? - VİDEO

İmişli sakini Makedoniyalı İsgəndərin dəfinəsini tapdı - Nə qədəri ona qalacaq? - VİDEOQızıl və ya qədim pullar tapsanız, nə qədəri sizə qala bilər?

ARB TV-nin "Günə doğru" verilişində bu mövzu ilə bağlı maraqlı reportaj yayımlanıb.

Misal var ki, "Keçmişini yaxşı bilməyən gələcəyə uğurla addımlaya bilməz". Keçmişi isə bizə tarix göstərir. Tarixin səhifələrini vərəqləməkdə əsas iş arxeoloqların üzərinə düşür. Son illər İmişlidə əməlli başlı tər töküblər. Sözügedən ərazidəki abidələrdə müəyyən tədqiqat işləri aparılıb. Bu abidələrdən qədim sikkələr də aşkar edilib.

Mikayıl Mustafayev – AMEA-mın aparıcı elmi işçisi: "Həmin abidədən tapılmış müəyyən sikkələr də antik dövrdən başlayaraq orta dövrə qədər həmin mədəni təbəqələr izlənilmişdir".

Bu ilin 11 aprelində İmişlinin Qızılkənd kəndinin sakinlərindən biri dəfinə tapıb. Dərhal bu barədə aidiyyatı quruma məlumat verib. Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizimatika şöbəsinin müdiri Akif Quliyev dəfinə üçün İmişliyə ezam olunanlar sırasında olub.

Akif Quliyev – AMEA-nın şöbə müdiri: "Bizə 9 ədəd gümüş draxma təqdim edilib. Tədqiqat zamanı məlum olub ki, bu Makedoniyalı İsgəndərə aid gümüş pullardır".

Qeyd edək ki, arxeoloji qazıntılar nəticəsində tapılan qiymətli əşyalar Arxeologiya və Etnoqrafiya İnstitutunda tətqiq edilir. Əyarı müəyyən edildikdən sonra həmin əşya tarixi nümunə kimi qorunur. Bu zaman ortaya hamını maraqlandıran bir sual çıxır. Əgər sadə bir vətəndaş tarixi dəfinə aşkar edirsə, onu buna görə hansısa mükafat gözləyirmi? Bu AR Mülki Məcəlləsinin 187-ci maddəsiylə tənzimlənir. Həmin maddənin 3-cü bəndinə görə.

Akif Quliyev – AMEA-nın şöbə müdiri: "Aşkar edilmiş mədəniyyət nümunələri qiymətləndirilir, 50 faizi qismində mükafat tapan şəxsə və ya tapılan aşyanın sahibinə təqdim edilir".

Bu məsələdə dəfinə axtarışı aparılan ərazi də nəzərdən qaçmamalıdır.

Ötən əsrin 80-ci illərindən İçərişəhərdə Arxeologiya və Etnoqrafiya İnstitutunun muzeyi fəaliyyət göstərir. Bu muzey, ekspanatlarına görə ölkənin qiymətli muzeylərindən biridir.

Tarixi abidələrimizin mövcudluğuna ziyan gətirəcək hər hansı bir hadisənin şahidi olduqda dərhal AMEA-nın aidiyyatı bölməsinə məlumat verməlisiniz. Son zamanlar tarixi əhəmiyyət daşıyan qiymətli əşyaların qanunsuz satışı barədə də aidiyyatı qurumlara məlumatlar gəlir. Əlbəttə ki, bu yolverilməz haldır. Bu, sadəcə qanun pozuntusu deyil, tariximizə qarşı edilmiş bir cinayətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2700   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 296
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 300
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 597
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 376
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 638
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 226
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 363
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 916
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 250