"Sovetski"dəki tənha göydələn də söküləcək - FOTOLAR

"Sovetski"dəki tənha göydələn də söküləcək - FOTOLARBakının "Sovetski" ərazisində, Ç.Mustafayev və Z.Adıgözəlov küçələrinin tinindəki 15-16 mərtəbəli "göydələn" də söküləcək. Hazırda binanın yarıtərk edilmiş və yarıuçuq mənzərəsi uzaqdan da diqqəti cəlb edir.

Əraziyə baş çəkərkən həmin binadan bəzi əşyaların çıxarıldığına da şahid olduq. Yük daşıyan fəhlələr də binadan köç başladığını və binanın söküləcəyini bildirdilər. Bunu həmin binanın mühafizəsinə məsul şəxs də təsdiqlədi.

Sözügedən binanın sökülməsi hələ ilin əvvəlində gündəmə gəlmiş, 1-2 ay davam edən müzakirələrdən sonra binanın saxlanılmasına qərar verilmişdi. Buna baxmayaraq, sonda söküntu qaçılmaz olub.

Yeri gəlmişkən, "Sovetski"nin ləğv edilməsi səbəblərindən biri kimi, ərazidəki sıxlıq göstərilsə də, amma vaxtilə şəhər rəhbərliyinin bu "darısqal və narahat" məhəllələrdə "göydələn" tikintisinə niyə icazə verdiyi anlaşılmır. İş burasındadır ki, hələlik söküntü aparılmayan küçələrdə də bir neçə "göydələn" var.

Haqqında bəhs etdiyimiz binanın söküləcəyi əslində, gözlənilən idi. Çünki "göydələn"in yerləşdiyi yer artıq ətrafda geniş avtomobil yollarının salınması nəticəsində əlverişsiz hala düşüb.

Bu, həmin binadır ki, yaxınlığında son günlər medianın mövzusu olan "Hacı Cavad" məscidi (Ç.Mustafayev küçəsi 20) yerləşir və bu məscidin binası da eyni durumla üzləşib.

Söküntü ərazisində üç "su fontanı"ndan biri isə artıq köçürülüb. Rəsmi adı "Şollar su kəmərinin suyayma qülləsi" olan və XIX əsrin sonuna aid edilən bu abidənin də yerində avtomobil yolu çəkilib.

Sakinlərin sözlərinə görə, A.Şaiq küçəsi 211-də yerləşmiş bu "su fontanı" ortadan iki hissəyə bölünərək Abşeronun açıq səma altındakı muzeylərindən birinə aparılıb. Öncə inşaatçılar onu bütöv şəkildə götürməyə cəhd ediblər, amma alınmayıb.

S.Əsgərova 21 və S.Rəhimov 20 ünvanlarındakı "su fontanları" isə hələlik qalır.

Xatırladaq ki, bu "fontanlar" 1950-ci illərədək əhalinin içməli su mənbələri olub. İctimaiyyətin fikrincə, bu tikililər bərpa edilsə, həm köhnə Bakının atributları kimi qalar, həm də ərazidə planlaşdırılan parklara töhfə olardı.

Ərazidə diqqətimizi çəkən obyektlərdən biri də A.Şaiq küçəsi 156-da divar üzərindəki rəsm oldu. Gözlərindən yaş axan iki uşaq və ev rəsmi bizimçün gözlənilməz idi.

Öncə, evlərindən bir gün məcburən köçürüləcək məhəllə uşaqlarının öz hisslərini divarlara rəsmlərlə həkk etdiyini düşündük. Daha yaxından baxanda isə boyanın axması nəticəsində belə bir mənzərənin yarandığını öyrəndik. Təsadüf olsa da, amma yerinə düşmüşdü...

Küçədə digər maraqlı obyekt isə elə söküntü ucbatından gövdəsinədək budanan qocaman ağacın bu yaz aylarında yenidən cücərməsi idi. Bu da düşündürücüdür: elə bil ağaclar da sakinlər kimi öz tarixi yurdunda yaşamaq, ayaqda qalmaq üçün sonadək mücadilə verir.

mənbə: ann.az

"Sovetski"dəki tənha göydələn də söküləcək - FOTOLAR"Sovetski"dəki tənha göydələn də söküləcək - FOTOLAR"Sovetski"dəki tənha göydələn də söküləcək - FOTOLAR"Sovetski"dəki tənha göydələn də söküləcək - FOTOLAR"Sovetski"dəki tənha göydələn də söküləcək - FOTOLAR"Sovetski"dəki tənha göydələn də söküləcək - FOTOLAR"Sovetski"dəki tənha göydələn də söküləcək - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1630   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870