Sübh saatlarında evinizin havasını dəyişməyin

Sübh saatlarında evinizin havasını dəyişməyin

Yaz mövsümündə ağacların tozlanması bəzi insanların həyatını çətinləşdirir. İfrat gigiyena, siqaret, ani hava dəyişikliyi, qidaların içindəki qatqı maddələri, dərman və kosmetika​ ilə stress allergiyanın artmasına səbəb olur.

BiG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər allergiyası olan insanlar üçün mühüm olan bir sıra tövsiyələr verib. Həmin tövsiyyələri aşağıda qeyd etmişik.

1. Olduğunuz mühitdə siqaret çəkilməməsinə diqqət edin.

2. Əl-üz yuyanın altı, pəncərə kənarları və vannanın ətrafını rütubət və kifdən qoruyun. Zirzəmidəsinizsə, rütubət götürən cihazlardan istifadə edin.

3. Havalandırılmış və təmizlənmiş çarpayı, yastıq örtüyü və pərdələrin istifadəsinə diqqət yetirin.

4. Filtrli tozsoran istifadə edin.

5. Kondisionerlərin toz filtrlərini dəyişdirin.

6. Yastıq, yorğan və döşəyin örtüklərini həftədə bir dəfə dəyişdirin.

7. Xüsusilə yataq otağında xalça istifadə etməkdən çəkinin. Digər otaqlarda da xalçanın ölçülərini kiçildin.

8. Hamam böcəkləri allergiyaya səbəb olur. Bunlardan xilas olmaq üçün yerə tökülən qırıntıları dərhal təmizləyərək, zibilləri toplamadan atmağa diqqət edin.

9. Gün ərzində toz miqdarı çox olduğu üçün sübh saatlarında evin havasını dəyişməyin.

10. Toz paltarlara asanlıqla hopa bildiyi üçün sübh saatlarında çölə paltar asmayın.

11. Gün ərzində bədəninizə yapışan tozdan xilas olmaq üçün yatmazdan əvvəl duş qəbul edin.

12. Ev heyvanlarının​ tükləri allergiya artırdığı üçün yataq otağı və mətbəxdən uzaq saxlamağa diqqət edin.

13. Dezodorant, ətirli şam, otaq spreyləri və büxurdan (tüstülü ətir) çəkinin.

14. GMO ərzaqlar allergiyaya təkan verdiyi üçün hər qidanı mövsümündə yeyərək, istixana tərəvəz və meyvələrindən uzaq durun.

15. Qatqı maddəsi tərkibli hazır qidalardan uzaq durun.
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2439 Tarix: 25.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fermer
Fermer 26.04.2017
Bizde dagh havasıdı gozeldi hava.prosta bu vaxtlar iwh coxdu


 
Uzunsacliqiz
Uzunsacliqiz 26.04.2017
Seher oyanan kimi ilk işim pencereleri açıb bütün evi havalandırmaq olur.Yoxsa üreyim rahat olmaz.
Yeniden Big.Az-da

 
cangudan007
cangudan007 26.04.2017
Spasibo za infomation)))
☆☆☆☆

 
vetenperver
vetenperver 26.04.2017
buxur cox gozeldir hec bir ziyanida yoxdur!!!


 
tansu
tansu 26.04.2017
Büxurdan istifade edirem.etrinden xoşum gelir,faydalı xebere göre teşekkürler
Eyyub Yaqubov yagış