Bakıda "BMW" yolu keçmək istəyən 4 piyadanı vurub - Ölən və yaralananlar var

Bakıda "BMW" yolu keçmək istəyən 4 piyadanı vurub - Ölən və yaralananlar varBu gün səhər saat 8:00 radələrində Nizami rayonu , Ruslan 93 marketin qarşısında 4 piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, piyadalar işıqforun onlar üçün yanan yaşıl işığında yolu keçərkən, "BMW" markalı minik avtomaşını onları vurub.

BiG.AZ-ın məlumatına görə, yaralılar təcili tibbi yardım avtomaşın ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Lənkəran rayon sakini olan, 1954-cü il təvəllüdlü Cəfərova Tamaşa Abbas qızı xəstəxanaya çatdırılsa da, ağır xəsarətlər aldığından dünyasını dəyişib. Digər yaralılar - 1993-cü il təvəllüdlü Ağazadə Dəyanət Adil oğlu, 1994-cü il təvəllüdlü Ağazadə İlham Xəlil oğlu və 1968-ci il təvəllüdlü Rzayev Rafiq Mədət oğlu həkimlər tərəfindən müayinə olunublar. Dəyanət Ağazadəyə qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sol baldır sümüyünün açıq sınığı, İlham Ağazadəyə hər iki aşağı ətrafın əziyi və sıyrıntısı, Rafiq Rzayev isə qapalı kəllə-beyin travmatik şok diaqnozu qoyulub.

Dəyanət Ağazadə ilə Rafiq Rzayevin vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. İlham Ağazadənin isə vəziyyəti orta-ağırdı. Qeyd edək ki, Dəyanət ilə İlham Ağazadə əmioğludurlar və hadisə baş verən zaman Azərsun Holdinqə işə gedirmişlər. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və hadisə yeri müayinə olunub. Hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Avtotexniki ekspertiza təyin olunduqdan sonra fakta hüquqi qiymət veriləcək.

mənbə: salamnews


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4057   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb. V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətin

16:15 130
.

Ukraynada səfərbərlik gücləndirilir

Ukrayna Prezidenti Volodimir Zelenski yüz minlərlə ukraynalının silahlı qüvvələrə çağırılmasına imkan verəcək səfərbərliyin sərtləşdirilməsi haqqında qanunu imzalayıb. Qanunda olan normaların bəziləri dərc edildikdən dərhal sonra, böyük hissəsi isə bir aydan sonra qüvvəyə minəcək. Xatırladaq ki, Ukrayn

20:36 0
.

"Gürcüstanda feminizm, LGBT hüquqları adı altında siyasi təzyiq göstərməyə çalışırlar" - Politoloq

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə "Xarici agentlər" haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər. Mövzu ilə bağlı -a danışa

11:07 222
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

20:35 0
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

10:26 239
.

"Baş verənlər bəzilərinin tamahı ilə bacarığının eyni olmadığını göstərdi"

Rusiya və Ukrayna arasında davam edən müharibə beynəlxalq münasibətlərə ağır zərbə vurdu. Artıq dövlətlər münaqişəli məsələləri güc yolu ilə həll etməyə üstünlük verir. İran-ABŞ, İsrail arasında yaranan gərginlik isə region üçün yeni təhlükəyə çevrilib. Maraqlıdır, növbəti mərhələdə proseslər necə cərəya

17:55 0
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

11:01 395
.

Ərəb ölkələrini sel basdı

Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb. "Qafqazinfo" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb. Məlumata görə, Dubay şəhərind

22:15 0
.

"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:. "Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılı

09:29 493