Hamını yoldan çıxaran, anası lüt gəzən, atası bəlli olmayan, NİFRƏT EDİLƏN DAHİ

Hamını yoldan çıxaran, anası lüt gəzən, atası bəlli olmayan, NİFRƏT EDİLƏN DAHİƏgər depressiyada deyilsinizsə, psixi problemləriniz yoxdursa, onda belə vəziyyətdə olan insanları anlamaqda çətinlik çəkəcəksiniz. Olsa-olsa bu cür insanların halına acıyarsınız. Amma elə qrup insanlar da var ki, depressiv şəxslərin əziyyətindən bəhrələnir. Psixiloq, əczaçı, xəbis dost, hətta rejissor olaraq!

Eynən Lars fon Trier kimi. Bu rejissorun indiyədək çəkdiyi filmlər nəinki psixoloji problemləri olan, hətta sağlam insanları belə yolundan edir. Onun çəkdiyi filmləri izlədikdən sonra insanlar bir müddət özlərinə gələ bilmirlər.

Publika.az bildirir ki, məhz bu səbəbə görə, mütəxəssislər, Trier filmlərini insanlar, xüsusən də gənc nəsil üçün təhlükəli hesab edir.

Çoxları Trierin özünü də ruhi xəstə sayır. Onun "Antixrist", "Nimfoman qadın", "Melonxoliya" və digər filmlərinin süjeti müxtəlif olsa da, mövzu üçündə də eynidir. Ruhi xəstə olan qadınların özünə və ətrafına dəhşətli təsiri!

Bəs Lars fon Trier kimdir – qadın düşməni, psix, ya təxribatçı? Maraqlıdır ki, hər üçünü bu insana aid edirlər. Sadəcə bir şey bəllidir ki, bu rejissorun kamerasından çıxan filmlər onu izləyənlərə pis təsir edir, amma hamı da baxmaq istəyir. Onu nəinki sadə, normal səhhətli insanlar, film işində çalışan, reytinqə işləyən rejissorlar da anlamaq istəmirlər. Lakin hər nə olursa-olsun Trier bu gün dünyanın ən yaxşı rejissorlarının ön cərgəsindədir.

Hələ məktəbdə oxuyarkən bu danimarkalı oğlanı "başdanxarab" hesab edirdilər. Sinif yoldaşları ondan uzaq gəzirdilər, çoxlarına valideyni Larsla dostluq etməməsini qətiyyətlə tapşırmışdı. Bütün psixi problemli insanlar kimi Larsın da uşaqlığı həsəd aparılan olmayıb.

Onun valideynləri nudist olublar (tamamilə çılpaq gəzməyə üstünlük verənlər). Larsın tək-tük dostları da buna görə oğlana lağ edirmiş, çılpaq anasının fotolarını çəkib məktəbdə göstərirmişlər. Lars buna görə anasına nifrət edirdi. Anası öldüyü gün oğluna onu da demişdi ki, illər boyu ata hesab elədiyin kişi atan deyil. Larsın əsl atası isə alman nasisti olub, adamın övladı olduğundan heç xəbəri də olmayıb. Onsuz da anasına nifrət edən Lars bunun acığını çıxaraq filmlərdə qadınları psixi çatışmazlıqlarla təhqir edir. Filmlərində kişilərdən, sadəcə "fon aksessuarı" kimi istifadə edir.

Hamını yoldan çıxaran, anası lüt gəzən, atası bəlli olmayan, NİFRƏT EDİLƏN DAHİLars hazırda Danimarkada keçmiş hərbi kazarmanın önündə yaşayır. Filmlərini isə bu kazarmada montaj edir. Özünün dediyinə görə, divarlarında hələ də hərbi sərtliyi və işgəncələri saxlayan bu kazarma ona ilham verir.

Trierin biznes ortağı Piter Yensen deyir ki, ona nəinki sıravi danimarkalı, hətta Danimarka krallığının yüksək rütbəli şəxsləri də nifrət edir. Çünki o, həddən artıq özünəvurğundur. Ətrafındakı insanları təhqir edir. Küçəyə gəzintiyə çıxsa belə, insanlar ondan yan gəzirlər. Amma axşam məmnuniyyətlə onun filmini izləyirlər.

Nasist atasının gen yaddaşı oğluna keçib. Trier dəfələrlə Hitlerə simpatiya bəslədiyini, yəhudilərə nifrət etdiyini deyib. Onun bu fikri isə artıq dillər əzbərinə çevrilib: "İsrail hələ çox baş ağrıdacaq".

Qəribədir ki, başqalarının qorxunc hesab etdiyi bu rejissorun özünün də fobiyaları var, həm də başqalarına çox adi gələn şeylər bu adamı qorxudur. Məsələn, müasir nəqliyyat vasitələri – sürət qatarı, son model avtomobillər. Bundan başqa, kütlə arasında qalmaqdan, dəniz ilbizlərindən, xəstəxanadan, yanğından qorxur. Bir sözlə, özü demiş kinodan başqa hər şeydən qorxur.

Bəzi tənqidçilərin fikrincə, bu böyük "təxribatçı" əslində Xeyir və Şəri filmlərində qarşılaşdırır. Sadəcə onun "üzləşdirmə"sinin özünəməxsus üsulu var. Lars ibraətamiz yollardan keçmir. Tamaşaçını psixoloji pillələrdən keçirib nəticə çıxarmağı öz ixtiyarına buraxır.
Məsələn, "Melanxoliya"da o, qiyamət gününü ruhun təmizlənməsi kimi təqdim edir ki, əslində elə bütün dinlər də bunu təbliğ edir. Qiyamət qorxusunu isə "Antixrist"ə saxlayır (bu filmi məşhur rus rejissoru Andrey Tarkovskiyə həsr edib). "Nimfoman qadın"da isə cənnəti öz dərrakəsi ilə tamaşaçıya ötürür. Yəni üç film bir mövzuda bir-birini tamamlayır. Ümumiyyətlə, qiyamət qorxusu Trierin digər filmlərində - "Dəhşətli məhkəmə", "Depressiya trilogiyası", "Ölümlü həzz bağçası"nda da davam etdirilir. Hardasa bunu rejissorun əsas mövzusu hesab etmək olar.

Amma "Qaranlıqda rəqs edənlər" filmini məhz ibrətamiz adlandırmaq olar. Burda bir ananın övladı üçün verdiyi qurbanlardan bəhs olunur. Kor mühacir qadın oğlunun əməliyyatı üçün pul yığır, amma onu oğurlayan adamı hirsindən öldürür. Ölüm hökmü verilən qadın bəlkə də bundan xilas ola bilərdi. Amma yığdığı pulu vəkilə vernək istəmir. "İkimizdə bu dünyada kor qalmaqdansa, qoy oğlum dünyanı öz gözləri ilə görə bilsin", deyir. Film 2000-ci ildə "Qızıl Palma" mükafatını alıb.

Narkotik asılılıqdan əziyyət çəkən Larsla çalışmaq aktyorların özlərinin də əsəblərinin gərilməsi ilə nəticələnir. Rejissor nəinki çəkiliş meydançasında, az qala çəkilişdən kənarda filmə çəkdiyi aktyorları idarə etmək istəyir ki, çox vaxt bunun mümkünsüzlüyü onu bədbinliyə qapadır. Nəticədə isə iş bəzən günlərlə yarımçıq qalır.
Özünü dünyanın ən yaxşı rejissoru sayan Trier Allahın iradəsi ilə film çəkdiyini deyir: "Allah özü istəyirdi ki, mən insanın qaranlıq tərəflərini çəkim".

Yeri gəlmişkən, o özü etiraf edib ki, ssenarilərini narkotik maddələrin təsiri altında yazıb: "Ayıq başla yaza bilmirəm. Bilsəm də əvvəlki effekti vermir." Onun sözlərinə görə, "Nimfoman qadın" filmindən başqa qalan bütün filmlərinin süjeti sərxoş və ya maddə qəbulu zamanı yazılıb.

Bir müddət içki və narkotikdən müalicə alan rejissor bu vaxt ərzində heç bir işlə yadda qalmadığına görə yenidən pis vərdişlərinə geri qayıdıb. Deyir ki, məhz spirtli içki onu yazmağa sövq edir və yaranan emosianal dəyişikliyi çəkiliş meydançasında yaradıcı enerjiyə çevirməyi bacarır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4265   Tarix: 24 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

UNEC-in müəllimi vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn kafedrasının baş müəllimi Lilipar Cəfərova vəfat edib. Bu barədə UNEC məlumat yayıb

15.04.2024 431
.

Gəncə sakini itkin düşdü

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında "Vito" markalı mikroavtobusdan düşü

09:58 0
.

Azərbaycanda universitet prorektoru kazinoda külli məbləğdə pul uduzub? - AÇIQLAMA + FOTO

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var. Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli -ın sorğusuna cavab olaraq bildirib ki

15.04.2024 716
.

"Kənara çəkilməyin, efirə çıxın" - Nazənin onlara səsləndi

Müğənni Nazənin Salayeva "Rəngarəng səhər" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı efirdən sənətkarlara səslənib. O, sənətçilərin verilişlərə az çıxmalarından gileylənib. "Sənətkarlarımıza səslənirəm, meydanı vermisiniz. Aparıcılarda günah görmürəm. Sənətkarlarımız efir

15.04.2024 317
.

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. "Sırf bəyənmə xatirinə "öldü" xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığı

15.04.2024 758
.

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb, qumarda uduzdu - FOTO

Sumqayıt şəhər "Qurd dərəsi" yaşayış massivində evdən külli miqdarda pul oğurlamış 1988-ci il təvəllüdlü Məhəbbət Məmmədovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (küll

15.04.2024 387
.

İraqın şimalında 12 terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ

İraqın şimalında Hakurk bölgəsində aşkarlanan 12 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə terrorizmə qarşı mübarizə işlərin davam etdirir

15.04.2024 143
.

Qazaxıstanda YENİ QANUN: Arvadını döyərək öldürən keçmiş nazir ömürlük həbs ediləcək? - FOTO

Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev ölkədə məişət zorakılığı haqqında qanunun qəbulu haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Tokayev məişət zorakılığını cinayət hesab edən sənədlər paketini imzalayıb. Sənədə əsasən, qadın və uşaqlar

15.04.2024 221
.

Yeni qayda - boşanmaq istəyənlər rüsum ödəməli olacaq

Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, b

15.04.2024 1100