Məmurun reket qohumu tərəfindən ÖLÜMLƏ HƏDƏLƏNƏN müğənni: "İlham Əliyevə müraciət edəcəyəm" - FOTO

Məmurun reket qohumu tərəfindən ÖLÜMLƏ HƏDƏLƏNƏN müğənni: "İlham Əliyevə müraciət edəcəyəm" - FOTO"Azəri star-2006" yarışmasından tanıdığımız müğənni Fidan Süleymanovanın həyatı təhlükədədir.

Kömək üçün BiG.AZ saytına müraciət edən ifaçı yüksək vəzifədə çalışan qohumlarına güvənən bir şəxs tərəfindən ölümlə təhdid edildiyini iddia edib.

F.Süleymanova bildirib ki, həmin şəxs Bakıda çoxmərtəbəli mənzillərin tikintisi ilə məşğul olan şirkət rəhbəridir. Müğənni 2 il öncə həmin şəxsin rəhbərliyi ilə şəhərin mərkəzində inşa edilən binalardan birindən oğlu üçün 150 min manata 3 otaqlı mənzil alıb.

Həmin vaxt tərəflər arasında alqı-satqı işləri həyata keçirilib. Lakin təxminən 3 ay öncə həmin şəxs peyda olaraq, F.Süleymanovaya satdığı mənzili geri almaq istəyir. Müğənni özü belə iddia edir.

"Səbrlə gözləyirdim ki, bu adam sakitləşəcək, ona görə də susurdum. Baxıram ki, mən dillənmədikcə o, daha da azğınlaşır. O adam millət vəkili qohumuna arxalanlıb, özbaşınalıq edir. Evi bizə satıb, indi də mənə hədə-qorxu gəlir ki, mənzilin sənədləri səndə olsa da, ürəyim necə istəyir, elə də edəcəyəm. Məni ölümlə hədələyir. O evi oğlum üçün almışam. O, unutmasın ki, biz qayda-qanunların işlədiyi bir dövlətdə yaşayırıq və mən öz hüquqlarımı çox yaxşı bilirəm" – deyə, bildirən F.Süleymanova artıq 3-4 aydır ki, bu məsələ ilə əlaqədar əsəblərinin tamamilə sıradan çıxdığını söyləyir:

"Belə davam etdiyi təqdirdə, ölkə başçısı, cənab İlham Əliyevə məktub ünvanlayacağam. Mən anlaya bilmirəm, məgər qohumu millət vəkili olan adam harınlayıb, reketlik, özbaşınalıq edər? Saytınız vasitəsilə xəbərdarlıq edirəm, həmin adam özünü yığışdırmasa, sahibi olduğu şirkətin də, özünün də, həmçinin, qohumu olduğu deputatın da adını açıqlayacağam. O düşünür ki, qadınam, qorxub geri çəkiləcəyəm, amma yanılır. Bilmir ki, daş qayaya rast gəlib. Mən haqqım uğrunda ölümə gedən insanam. Əgər o, fırıldaq işlədərək, evi məndən almağı düşünürsə, o zaman ictimaiyyət qarşısında rüsvay olmağı da göz önünə alsın. Düşünür ki məndən evi alıb, təkrar kiməsə satacaq, bu, heç vaxt olmayacaq".

Sonda əlavə edək ki, F.Süleymanova 2 ildir ki, ana olması ilə əlaqədar səhnə fəaliyyətinə ara verib. Müğənni kiminlə ailə qurduğunu gizli saxlayır. Məlum olan odur ki, sənətçi 2 il öncə oğul anası olub. Uşağa Ömər adı verilib.

Aysel.Ş

Məmurun reket qohumu tərəfindən ÖLÜMLƏ HƏDƏLƏNƏN müğənni: "İlham Əliyevə müraciət edəcəyəm" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4331   Tarix: 22 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961