ATV-də yaşanan biabırçılığa MTRŞ-dan cavab - VİDEO

ATV-də yaşanan biabırçılığa MTRŞ-dan cavab - VİDEO

Həmin videonun efirə gedib-getmədiyi bilinmir. Çünki kanalın loqosu videoda yoxdur.

BiG.AZ xəbər verir ki, bu sözləri ATV-də yayımlanan ”İdeya qazandı” verilişində münsiflərin öz ideyasını təqdim edən gəncə gülmələri və onu lağa qoymaları barədə yayılan videonu kult.az-a şərh edən MTRŞ-ın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O, videoda baş verənlərin qanun pozuntusu olmadığını da bildirib:

“ATV-də efirə getdiyi deyilən videoda ciddi qanun pozuntusu halı yoxdur. Həmin videonun efirə gedib-getmədiyi də bilinmir. Çünki kanalın loqosu videoda əksini tapmayıb. Onu da demək lazımdır ki, "İdeya qazandı" verilişi kifayət qədər orijinal layihədi. Belə layihələr gənclərə dəstək olur. Bu layihədə xırda bir məqamı qabardıb layihəni gözdən salmaq olmaz. Bu mənada burada dramatikləşdiriləcək hal yoxdur”.

Qeyd edək ki, ”İdeya qazandı” verilişi ilə bağlı yayılan videoda öz ideyasını təqdim edən gəncə münsiflərin gülməsi, gənci ələ salmaqları birmənalı qarşılanmayıb.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4119 Tarix: 21.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Muxalifet
Muxalifet 22.04.2017
Atv deyile temiz fasexanadi.butun erinden bosananlar hamisi ordadi.camatida emeli basli oynadirlar.halbuki ozlerin oynadan lazimdir
_LATIKA_
_LATIKA_ 21.04.2017
(((
TvN
TvN 21.04.2017
cammat ne etsineee issizlikden isteyirler is qursunlarda yaziqlari bele yekexanalar mirta qoyurlar temiz biryavirciliqi eee neye gulursuz demek lazimdi medeniyyetsizlikdide