Tarkansevərlərə xoş xəbər: Bakıda KONSERT verəcək

Tarkansevərlərə xoş xəbər: Bakıda KONSERT verəcək

Dünya şöhrətli ifaçı, Türkiyənin meqa-starı Tarkan növbəti dəfə Bakıya gəlir.

BiG.AZ-ın əldə etdiyi məlumata əsasən, ifaçı iyunun 23-də “Formula 1” Azərbaycan Qran Prisinin açılış mərasimində konsert proqramı ilə çıxış edəcək. Bu, Tarkanın Bakıda sayca beşinci konserti olacaq.

Məlumat üçün bildirək ki, “Formula 1” Azərbaycan Qran Prisi ölkəmizdə keçən ildən etibarən 5 il müddətində keçiriləcək. 2016-cı ildə yarış çərçivəsində dünya şöhrətli ulduzlar - Kris Braun, Enrike İqlesias və Farel Uilyams paytaxtımızda təşkil olunan konsertlərdə çıxış ediblər.

Aysel.Ş
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 652 Tarix: 21.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol