Bu qurumlarda çalışanlar dövlət qulluqçusu statusunu itirirlər

Bu qurumlarda çalışanlar dövlət qulluqçusu statusunu itirirlər

“Bir sıra dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə əvvəl həmin orqanda çalışmış şəxslər dövlət qulluqçusu statusunu itirir və publik hüquqi şəxsdə əmək müqaviləsi əsasında çalışırlar”.

BiG.AZ-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib. O bildirib ki, vakant vəzifələri qanunvericiliyə uyğun olaraq bütün dövlət orqanları DİM-ə təqdim edirlər: “Biz onları emal edirik və müsabiqənin keçirilməsi üçün hazırlıq işləri aparırıq. Çünki bir vakant vəzifəni elan etmək kifayət etmir. Bütün vakant vəzifələrin tutulması şərtləri göstərilməlidir. Namizədlərin xüsusi bilik və bacarıqlarına dair tələblər göstərilməlidir. Vəzifə təlimatları tam olmalıdır ki, bizim vətəndaşlar seçim aparanda tam aydın şəkildə görsünlər ki, nə işlə məşğul olacaqlar və hansı tələblər qoyulur”.

mənbə: APA
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1011 Tarix: 21.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol