Bəxtiyar Vahabzadənin oğlu işdən çıxarılmasından danışdı

Bəxtiyar Vahabzadənin oğlu işdən çıxarılmasından danışdı

"Baş prokurorun mənimlə bağlı qərarında başqa heç bir məna yoxdur. Artıq 60 yaşım var və qanunvericiliyin tələblərinə uyğun olaraq təqaüdə göndərilmişəm".

BiG.AZ xəbər verir ki, bu sözləri gununsesi.info-ya açıqlamasında xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə Qobustan rayon prokuroru vəzifəsindən azad edilməsi ilə bağlı Baş prokurorun qərarına münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə vəzifəsindən azad edilməklə təqaüdə göndərilib.

Azər Vahabzadə hər hansı ictimi-siyasi fəaliyyətlə məşğul olub-olmayacağına dair suala da cavab verib. Sabiq prokuror bildirib ki, artıq dincəlməyin zamanıdır: "Hər hansı bir fəaliyyətim olmayacaq".
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1080 Tarix: 21.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
People_need
People_need 21.04.2017
Görəsən yuxarıda oturan qoca qurdların da təqaüd vaxtı deyilmi ? 60 - dan da çox yaşları var !