Azərbaycanda bakirəlik - baş ucalığı yoxsa...

Azərbaycanda bakirəlik - baş ucalığı yoxsa...Qapanmaqla rahibə, sevişməklə fahişə olunmaz. Bu misalı əbəs yerə çəkmədik.

BiG.AZ oxucularına dünyanın normal ölkələrində çoxdan öz həllini tapmış, Azərbaycanda isə hələ də qadınlar üçün "ciddi sınaq" olaraq qalan bakirəlik söhbət açacağıq. Gəlin, etiraf edək ki, cəmiyyətimizdə insanların daxili azadlığının olmaması, davranışlarında və ünsiyyətlərində qeyri-səmimiliyin əsas səbəblərindən biri, bəlkə də ən əsası seksual problemlərdir.

Məsələyə tibbi aspektdən yanaşdıqda isə görərik ki, vaxtında başlamış, mütəmadi cinsi həyatın olmaması, həm qızlar, həm də oğlanlar üçün gələcək yetkin həyatlarında bir sıra ciddi problemlər yaradır.

Həkim mütəxəssislərin qənaətinə görə, normada qızlar 18-19, oğlanlar isə 19-20 yaşlarında cinsi həyata başlamalıdır. Lakin bəzi cəmiyyətlərdə olduğu kimi, bizim toplumda da bakirəlik hələ də güclü ictimai qadağa olaraq qalmaqdadır.

Nikahdan əvvəl cinsi həyat vacibdir

Bizdə bu problemin həllini erkən nikahlarda görürlər. Əfsuslar olsun ki bu da əslində səhv yanaşmadır. Çünki gənclərin ailə həyatına hazır olmadan nikah bağlamağının sonradan boşanma ilə nəticələnməyi qaçılmazdır. Əslində, hələ ailə qurmayan insanın normal həyatında mütəmadi və sağlam cinsi həyat yaşaması, onun həm fiziki, həm də mənəvi tələbatının ödənilməsi deməkdir. Necə ki yuxumuz gələndə yatırıq, acanda yemək yeyirik və s. Məhz normal, müntəzəm seksual həyat da sadaladıqlarımız kimi vacibdir. Üstəlik, müntəzəm seks hər iki cinsin seksual tərbiyəsi üçün də önəmlidir. Onların gələcək nikaha hazırlanması, habelə, cütlüyün uzun müddət birgə yaşaya biləcəklərini müəyyənləşdirmək üçün çox vacib faktordur. Uzun zaman bir yerdə yaşamaq üçün əsas səbəblərdən biri də sağlam və münətəzəm seksdir.

Azərbaycan kişisi evlənəndə bakirə qız axtarır

Heç kimə sirr deyil ki, Azərbaycanda gənc ailələrdə boşanmaların sayı gündən-günə artır. Bu, bəzən bir sıra problemlərlə yanaşı, sosial çətinliklərin də ayağına yazılır. Halbuki, yaxşı bilirik ki, əslində, cütlüklərin ən əsas problemlərindən biri də seksual uyğunsuzluqdur. Bəzən seksual uyğunsuzluğa baxmayaraq, ömürlərini məcburən bir yerdə keçirən cütlüklərimiz də az deyil. Bundan əziyyət çəkən isə yenə də qadınlar olur. Çünki kişi kənarda öz seksual həyatını başqa qadınlarla davam etdirir. Azərbaycan kişisi evlənəndə bakirə qız axtarır. Yaşı az, seksdə "təcrübəsiz" olan bakirə qızı alıb, özünə arvad edir. Ona görə ki, Azərbaycan kişisi arvadı özü üçün deyil, ata-anası, qohum-əqrabası və ən əsası, cəmiyyət üçün alır... Arvadı onun həyat yoldaşı, seksual partnyoru deyil, uşaqdoğanıdır. Aldığı qızın intellektual səviyyəsi, dünyagörüşü, fikirləri onun üçün önəmli deyil. Önəmli olan odur ki, qız bakirədir, seks təcrübəsi yoxdur və ətrafda onu heç kim tanımır, təmiz ev qızıdır.
Kişi evlənir, kənarda isə evlənməyə cürət etmədiyi sevimli qadını ilə öz həyatını (qadının deyil, məhz öz həyatını-red) yaşayır. Sevdiyi qadınla evlənə bilmir, çünki onun həyatında əvvəllər başqa kişi olub. Əgər o, bu qadınla evlənərsə cəmiyyət, qohum ya da qonşular onu qınaya bilər. Nəticədə isə iki qadın əzab çəkməli olur. Həm kişinin evləndiyi arvadı evə məhkum edilib, bədbəxt olur, həm də onu sevən digər qadını yəni – sevgilisi...
Boşanmaqdan qorxan və ya heç bir sosial statusu olmayan Azərbaycan qadını, kişinin arvadı evdə paltar, qabyuyan, yemək bişirən bir varlığa çevrilir. Onun işi ev təmizləmək, xörək bişirmək və uşaqların tərbiyəsi ilə məşğul olmaqdır. Az yaşından evdə oturan qadın zaman keçdikcə parfümünü, bişirdiyi yeməklərin iyinə dəyişir. Kənarda özünün bütün seksual ehtiyaclarını ödəyən kişini isə evdəkinin nə vəziyyətdə olması qətiyyən maraqlandırmır. Bununla da qadında isteriya, nevroz kimi ciddi psixoloji xəstəliklər yaranır. Üstəlik, qadında hormonal disbalans sayəsində çəki artımı müşahidə olunur. Bu da kişinin arvadından daha da uzaqlaşmasına səbəb olur. Artıq o, öz arvadını mükəmməl seksual partnyor kimi qəbul etmir. Halbuki bu halın baş verməsində ər günahkardır.
Əslində, Azərbaycan kişisi bakirəlik kultundan qurtulub, sevdiyi, xoşlandığı qadınla evlənərsə, daha normal, sağlam həyat yaşamış olar. Ya da təsadüfi partnyorlara həsr etdiyi enerjisini, yataq oyunlarını həyat yoldaşına tətbiq edərsə, onların arasında bir-birinə olan seksual maraq da artar. Bununla da Azərbaycan kişisi kənarda yeni həyəcan axtarışına son qoyar. Təbii ki, bu məsələdə tək kişiləri günahlandırmaq doğru olmazdı. Çünki bu, bütünlükdə toplumun ciddi problemidir.

"Vaxtı keçmiş bakirələr" müasir düşüncəli kişiləri maraqlandırmır

Bəzən əksər qızların "bəxti gətirir", tez ərə gedir. Üzdə elə görünür ki o, xoşbəxtdir. Heç olmasa, az-çox seksual həyat yaşayır (Təbii ki, bizdə qarşılıqlı sevgi, sayğı və ehtirasla dolu həyat yaşayan normal cütlüklər də xeylidir-red). Vay yaşı keçmiş bakirə qızların halına... Yaş ötdükcə bakirəlik orqanizm üçün bir sıra fəsadlarla müşayiət oluna bilər. Bura orqanizmin hormonal disbalansı, menstrual tsiklin pozulması, bəzi hallarda tamamilə kəsilməsi, müxtəlif ginekoloji xəstəliklərin yaranmasını aid etmək olar. Bundan başqa, normal müntəzəm seksual həyatın olmaması bir sıra nevroloji problemlərin yaranmasına da yol açır. Belə qızlar tez qıcıqlanan, müxtəlif mövzulara ilişib qalan, hər hansı bir məsələ barədə uzun-uzadı danışmağı xoşlayan, nəyə isə aqressiv münasibət bildirən olurlar. İllər ötdükcə isə heç bir seksual həyat, kişi təması yaşamayan "veteran bakirələr" sonralar əks-cinsin nümayəndələrindən iyrənməyə başlayırlar. Bu qızlarda frigidlik (cinsi soyuqluq), daha pis halda vaginizm (cinsi əlaqə öncəsi uşaqlıq boynunun spazmı - bağlanması) halları baş verir. Yəni vəziyyət o həddə gəlir ki, yaşı ötmüş bakirələr sonradan cinsi həyata başladıqda belə seksdən həzz ala bilmirlər.

"Bakirəliyi tələb edən kişilərdir, sonda aldananlar da yenə onlardır"

Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi BiG.AZ-a açıqlamasında bakirəlik tabusunun Azərbaycanda seksual aclıq yaratdığını bildirib:

"Azərbaycan insanında seksual aclıq var. İnsan orqanizmi üçün tabu yoxdur. Biz təbiətə qarşı çıxa bilmərik. Müəyyən yaş dövründən sonra orqanizmin seksual tələbatı ödənməlidir. Bu tələbat ödənmədiyi təqdirdə, qadınlarda müəyyən psixoloji gərginliklər yarana bilir. Təsadüfi deyil ki, qadınlarda isteriya, nevroz və digər psixoloji xəstəliklər daha çox yayılır. Bu da seksual həyatın olmaması ilə bağlıdır. Ümumiyyətlə, isteriya (yunan sözüdür- "бешенство матки"- "uşaqlıq quduzluğu") uşaqlığın xəstəliyidir. Yəni qadın seksual istəklərini qarşılamadığı təqdirdə, orqanizmdə müəyyən psixoloji gərginliklər yarana bilir. Bizdə qaydadır, bir qız ömrü boyu ailə qurmursa, heç bir kişi ilə seksual münasibətə girmir, bakirəliyini toxunulmaz saxlayır. Bakirəlik tabusuna qarşı çıxa bilməməyi onun orqanizmində ciddi xəstəliklərin yaranmasına səbəb olur. Belə qadınların əsəbləri ilə bağlı müəyyən problemləri yaranır.
Cəmiyyətdə bakirəlik tabusunun olması kişilərdə seksual aclığın artmasına səbəb olur. Bizdə qadın yolla gedir, ona söz atırlar, pis gözlə baxırlar, maşınlarına dəvət edirlər. Avropada isə bunu ancaq seksual xidmət göstərən qadınlara edirlər. Bu da bizim insanların seksə qarşı çox ac olduğunu göstərir.
Qəribədir ki bakirəlik tabusunu istəyənlər də kişilərdir. Bundan daha çox zərərçəkənlər də onlardır. İnsanın əxlaqı onun bakirə olmağı ilə ölçülməməlidir. Onsuz da bunu etmək istəyən insanlar öz həyatlarını yaşayırlar, istəklərini reallaşdırırlar. Sonra isə başqası ilə yalan üzərində ailə həyatı qururlar. Burada da yenə aldananlar kişilərdir. Bakirəliyi tələb edənlər də kişilərdir, sonda aldananlar da onlardır. Bilirsiniz ki, müəyyən ginekoloji proseslərdən sonra bakirəliyin bərpası (himenoplastika əməliyyatı - red) mümkündür. Nəticədə isə insanlar yalan vasitəsilə ailə həyatı qururlar. Yalana məruz qalmaqdan, qadının bakirəliyini bərpa edərək onunla evlənməsinin qurbanı olmaqdansa, ələcək xanımının keçmiş münasibətlərini araşdırmamaqdır. Əslində bakirəlik tabusu olmamalıdır. Hər bir insanın fərdi, azad seçimi olmalıdır. Hər bir insan öz istəyi üzərində həyatını yaşamalıdır. İndi milli mentalitetdən, mənəvi dəyərlərdən, əxlaqdan, namusdan danışırlar. Gəlin, etiraf edək ki, indi bir çox gənclər istədikləri seksual həyatı yaşayır. Amma bunu ətrafdakılardan, cəmiyyətdən gizlədirlər. Bunu gizlətmək də doğru deyil. Əksinə, bunu normal formada etmək lazımdır ki, sabah hər hansı bir xəstəliklərin yaranmasına rəvac verilməsin. Hətta təklif edirəm ki, məktəblərdə xüsusi psixoloqlar tərəfindən cinsi tərbiyə həyata keçirilsin. Seksuallıqla bağlı uşaqlara ətraflı məlumat verilsin. Çünki uşaqların bu mövzuya marağı onsuz da var. Yaxşı olar ki, bunu profilaktik tədbirlər vasitəsi ilə əldə etsinlər. Nəinki özləri özbaşına bunu edərək, müxtəlif qorxulu xəstəliklərə yoluxsunlar".

"Seksual həyatın olmaması qadın orqanizmi üçün böyük zərbədir"

Həkim-ginekoloq Təranə Həsənova BiG.AZ müxbiri ilə söhbətində Azərbaycan qanunvericiliyində nikah yaşının 18 olduğunu xatırladıb:

"Seksual münasibət üçün 18 yaş uyğundur. Amma orqanizm 18 yaşdan aşağı bu işə hazır deyil. Bu orqanizm üçün çox böyük bir zərbədir. Qızın az yaşda hamiləlik keçirməsi onun orqanizmi üçün ciddi zərbədir. Qadın orqanizminin belə bir xüsusiyyəti var ki, kişilərdən fərqli olaraq tez qocalır. Məsələn, eyni yaşda olan qadınla kişi evlənir. Onlar 60 yaşa çatanda baxırsan ki, qadın kişidən yaşlı görünür. Yəni qadın orqanizmi nisbətən tez düşür. Bunun da ən birinci səbəblərindən biri də qadının erkən yaşda hamilə qalması, doğuş həyata keçirməsidir. Qadının cinsi həyatının olması fizioloji prosesdir. Seksual həyatın olmaması qadında bir sıra hormonal pozulmalara apara bilər. Məsələn, fibromotoz düyünlər var ki, subay qızlarda rast gəlinir. Eşidən deyər ki, bunun nə dəxli var, 3 uşaq doğmuşam, problem məndə də var. Məsələ elə deyil, ərə getməyən qadınlar arasında bunun faizi daha yüksəkdir. Fibromotoz düyünün əsasında da hormonal pozulma dayanır. Seksual həyat olmayanda, müxtəlif hormonal pozulmalar baş verir. Seksual təlabat olmadıqda bu, istənilən qadın xəstəliyinə yol aça bilir. Sinir sistemində ciddi pozğunluqlar yaranır. Daha sonra nevrozun müxtəlif mərhələlərinin yaranmasına səbəb olur. Seksual tələbat yerinə yetirilmədikdə, qadının sinir sistemi yüklənir, o insanlar çox əsəbi olur".

Və sonda... Gördüyünüz kimi, bakirəlik qadın orqanizminə tibbi, fiziki və psixoloji baxımdan xeyli zərər vurur. Biz isə düşünürük ki, zaman keçdikcə, savadı, aglı, zövqü, ən əsası -dünyagörüşü olan azərbaycanlı kişiləri - "qara kurtkalılar"dan sayca çox olacaq. Onlar üçün qızın bakirə olması önəmli göstərici olmayacaq.
Əks halda, qız qızıla dönəcək, oğlanların isə bundan heç xəbəri olmayacaq...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 16930   Tarix: 21 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər Yerin dərinliklərində nə qədər su olduğunu müəyyən ediblər

Kanada alimləri yer qabığında su ehtiyatlarının mövcud olduğunu müəyyən ediblər. Hesablamalara görə, planetimizin dərinliklərində 43,9 milyon kub kilometr su var. Bu, Yer kürəsinin bütün buzlaqlarında olduğundan daha böyük su ehtiyatıdır. Tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalınd

10.03.2024 495
.

Pilotların uçuş zamanı yuxuya getməsi qalmaqala səbəb olub

İndoneziyalı iki pilot uçuş zamanı yuxuya gedib və 30 dəqiqəyə yaxın zənglərə cavab verməyib. "Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb. "Batik Air" aviaşirkətinə məxsus təyyarənin İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətindən paytaxt Cakartaya uçması zaman

10.03.2024 696
.

Tarixçidən maraqlı faktlar: "Şəxs öldürülsə də, papağı ailəsinə çatdırılırdı" - VİDEO

Baku TV-də yayımlanan "Aydın tarix" verilişinin yeni buraxılışında papaqlardan bəhs olunub. Qeyd olunub ki, dünya mədəniyyəti panteonuna orijinal milli-mənəvi və maddi dəyərlər bəxş etmiş türk xalqları papağa daim böyük önəm verib, kişili-qadınlı müxtəlif papaq növlərindən istifadə ediblər

24.03.2024 279
.

Zimbabvedə "peyğəmbər" peyda olub: Azyaşlı uşaqları istismar edirmiş

Zimbabve polisi özünü "peyğəmbər" elan edən şəxsi həbs edib. Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub. Polis Harare şəhəri yaxınlığındakı fermalardan birind

17.03.2024 401
.

Papa Fransisk: "Vatikanda mənim ölümümə ümid edənlər var"

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk müalicə üçün xəstəxanada olarkən öləcəyinə və ya istefaya getməsinə ümid edənlər olub. Bu barədə Vatikan rəhbəri bu ay nəşr olunacaq "Həyat: Tarix boyu hekayəm" adlı kitabında yazıb. Biografiyadan hissələri İtaliyanın "Corriere della Sera"

16.03.2024 356
.

Sabahdan bu ölkədə teleqram işləməyəcək

İspaniya Ali Məhkəməsi teleqramın messencerinin ölkədə fəaliyyətini dayandırmaq qərarına gəlib. Axşam.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd olunub ki, İspaniyada teleqramın istifadəsi Atresmedia, EGEDA, Mediaset və Telefonica media şirkətlərinin tələbindən sonr

24.03.2024 300
.

Xankəndidə ermənilər yaşayan evdən Zeynəb Xanlarovanın kaseti tapıldı - VİDEO

Baku TV Xankəndi şəhərində vaxtilə ermənilərin yaşadığı evlərdən birində olub. Lentə alınan görüntülərdə evdə müxtəlif videokasetlər aşkarlanıb. Aşkarlanan kasetlərin arasında Xalq artisti Zeynəb Xanlarovanın mahnıları olan kasetin olması diqqət çəkib. Bu da ermənilərin Azərbaycan mədəniyyətinə böyü

23.03.2024 443
.

İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır? - TƏDQİQAT

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır. Bu barədə "PLOS Digital Health Journal" tibbi nəşrində dərc olunan araşdırmada deyilir. Tədqiqatçıları

16.03.2024 886
.

Qulaq ağrısının təbii üsulla müalicəsi

Qulaq ağrısı Ciddi bir xroniki xəstəliyin xəbərçisi olaraq can sıxır. Mütəxəssislər ağrılara qulaqla əlaqədar ya da boyun qulaq bölgəsinə yaxın linfa vəzlərinin bir problemi, çənə sümüyündə deformasiya və diş ağrısının səbəb ola biləcəyini ifadə edir. Keçməyən və uzun müddət davam edərsə qulaq agris

23.03.2024 2531