DİQQƏT! Bakıda bu yollar bağlanır

DİQQƏT! Bakıda bu yollar bağlanır

Paytaxtda daha bir neçə yolda hərəkət məhdudlaşdırılır.

BiG.AZ-ın “Azəravtoyol” ASC-dən aldığı məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Xəzər rayonu, Qala-Şüvalan yolunda (“Azal Arena”nın yolu) müvafiq işlər aparılır. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Anoloji işlər bu axşam 22:00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində ( A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 384 Tarix: 21.04.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər