"KİA" "04"ə çırpıldı - Sürücü yaralandı - VİDEO

"KİA" "04"ə çırpıldı - Sürücü yaralandı - VİDEO

Paytaxtın Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan "KİA" qarşısı ilə gedən "VAZ 2104" markalı avtomobilə çırpılıb. "KİA" zərbənin gücündən çevrilib, sürücüsü isə xəsarət alıb. O, hadisə şahidlərinin köməkliyi ilə avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

mənbə: ARB TV

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 260 Tarix: 21.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol