Canavarlar 28 yaşlı gəncə hücum etdi

Canavarlar 28 yaşlı gəncə hücum etdi

Şəkidə 28 yaşlı kişiyə canavar hücum edib.

BiG.AZ xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, aprelin 20-də saat 21.00 radələrində rayonun Qudula kənd sakini, 1989-cu il təvəllüdlü Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub.
Ona yaşadığı kəndin yaxınlığında canavarın hücum edib. Bəhram Seyidova xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Bəhram Seyidov bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib.
O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib. (apa)
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 484 Tarix: 21.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol