"Efirində hicaba qadağa qoyub!" - Xuraman

"Efirində hicaba qadağa qoyub!" - Xuraman

"Heç mənə o kanallarda çıxış etmək lazım deyil. Həm də mənim bir o qədər də vaxtım yoxdur, efirlərə çıxım. Bəzi aparıcı dostlarım buna görə məndən inciyir".

Bu sözü BiG.AZ-a açıqlamasında müğənni Xuraman Şuşalı deyib.

İfaçı ona efirlərdə qoyulan qadağalardan danışıb:

"Hansı kanal və veriliş mənə xoşdur, orada ki mənə rahat danışa biləcəyəm, həmin efirlərə də çıxıram. Məni seçmirlər, mən seçirəm. Əgər hansısa kanal istəmirsə efirində hicablı xanım görünsün, mən ona heç bir şey deyə bilmərəm. Əslində istəməzdim, bu söhbət bu qədər böyüsün.

Mənim söz azadlığım var. Hicablı olsam da, hara gedirəmsə mənə hörmətlə yanaşırlar. Mən qayda-qanunları sevirəm. Hətta özümə ev tikdirəndə usta deyir ki, bu evi belə yox, başqa cür tikək. Ona da sözüm o olur ki, qanundan kənar çıxmaq lazım deyil. Bəlkə, edəcəyi iş yaxşı olacaq, amma mənə lazım deyil".
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 6976 Tarix: 20.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
dozanarkoza
dozanarkoza 20.04.2017
bu biraz natavan hebibiye oxsayir..yoxsa mene ele gelir
CoNuR
CoNuR 20.04.2017
Hicab azadlıqdır rahatlıqdır uğurdur xoşbəxtlikdir...Allah imanımı artırsın bu addımı atım


 
Qaranliq_gunduz
Qaranliq_gunduz 20.04.2017
toydan sora nagara


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər