"Topaz"da fırıldaqla məşğuldurlar" - ŞİKAYƏTÇİ

"Topaz"da fırıldaqla məşğuldurlar" - ŞİKAYƏTÇİ

Azərbaycanda bütün yaş həddindən olan insanların bəlasına çevrilən “Topaz”ın fəaliyyəti ilə bağlı şikayətlərin sayı hər gün daha da artır.

Sədrəddin Əzizov (ad-soyad şərtidir-red) ad-soyadlı Ağsu rayon sakini BiG.AZ-a müraciət edərək, rəsmi mərc oyunları kontoru kimi fəaliyyət göstərən “Topaz”ın fəaliyyətindən narazılıq edib, qumar tələsinə düşdüyünü söyləyib.

Onun sözlərindən belə məlum olub ki, aprelin 18-də “Topaz”ın Ağsu rayonunda yerləşən filialında tazı yarışlarına 6 manat pul qoyaraq, 36 manat uduş edib:

“Lakin filialda işləyənlər udduğum pulu mənə verməkdən imtina etdilər. Bildirdilər ki, heç bir uduş olmayıb. Qaynar xəttdə operator isə dedi ki, həmin vaxt sistemdə problem yaranıb. Bu cür özbaşınalığın, qumar tələsinin qarşısı alınmalıdır. “Topaz” mərc oyunları başda-ayağa fırıldaqdır”.

Şikayətçi onu da əlavə edib ki, rayonda fəaliyyət göstərən "Topaz" filialında bu kimi dələduzluq halları artıq adiləşib:

"Ümid edirəm ki, saytınız vasitəsilə bu özbaşınalığın qarşısı alınacaq. Milləti aldatmaq olar".

Oxucunun redaksiyamıza göndərdiyi ödəmə qəbzlərini diqqətinizə çatdırırıq:

Aysel.Ş

"Topaz"da fırıldaqla məşğuldurlar" - ŞİKAYƏTÇİ

"Topaz"da fırıldaqla məşğuldurlar" - ŞİKAYƏTÇİ
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2086 Tarix: 19.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər