Belə də vicdansızlıq olar?

İndoneziyanın Açe şəhərində polis tərəfindən təşkil edilən əməliyyatın hədəfi gənc "Punk"çılar olub.
Açe şəhərindəki konsertdə iştirak etmək üçün gedən 65 nəfərlik gənc qrup qəfildən polis basqınına məruz qalıb. "Punk"çılar yaxalanaraq şəhərdəki polis idarəsinə gətirilib. Gənclər bura gətirilərkən, bəlkə də başlarına nə oyun gətiriləcəyindən xəbərsiziydilər, amma polis nə iş görəcəyini yaxşı bilirdi.

Şəriət qaydalarına uyğun olmadığı əsas gətirilərək, əvvəlcə "Punk"çıların uzun saçları qırxılıb. Sonra isə polis onları soyuq gölə girməyə məcbur edib. Bütün bu prosedurlar yekunlaşandan sonra isə gənclər müalicə olunmaq və maariflənmək üçün Ruhi dispanserə göndərilib. Şəhərin polis nümayəndəsi İskəndər Həsən hadisə barədə açıqlama verib: "İslam şəriətinə uyğun olmadığı üçün əvvəlcə onları cəzalandırdıq və bu, əxlaqi xəstəlik olduğu üçün onları müalicə mərkəzlərinə göndərdik".

İndoneziyanın İnsan Haqları üzrə müvəkilli Nur Hulis isə bu hadisəni pisləyərək, polis əməliyyatının araşdırılacağını deyib.

P.S "Punk" 70-ci illərin əvvəllərində formalaşan mədəniyyət cərayanıdır, həyat tərzidir. "Punk" fərqliliyi, plüralizmi, individuallığı təbliğ edir. İnsanın fərd olduğu vurğulanır. Bu cərayan moda, ədəbiyyat, rəssamlıq kimi bir çox sənət sahələrini özündə birləşdirir. "Punk" ifadəsi 80-90-cı illərdən sonra isə sadəcə musiqi sahəsində işlədilməyə başlayıb.

"Punk"-çılıq insan hüquqlarına hörmətlə yanaşan sivil ölkələrdəki gənclər arasında geniş yayılıb. "Punk"-çılıq cəmiyyətdə rəngarənglik, plüralizm deməkdir. Və ən əsası "Punk" sadəcə musiqi cərayanı və həyat tərzidir.

Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?Belə də vicdansızlıq olar?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7630   Tarix: 23 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş