Özünüzə inanmaq üçün imtina etməli olduğunuz 6 vərdiş

Özünüzə inanmaq üçün imtina etməli olduğunuz 6 vərdişÖzünüzə daha çox inanmaq üçün çalışırsınız? Xəyallarınızın arxasınca getmək və həyatınızı yaşamaq yerinə başqalarını məmnun etməyə çalışırsınız? Özünə inam hiss etməyin ən yaxşı yolu həyatla barışıq olmaq və daha inamlı olmağınıza maneə törədən davranışlarınıza fikir verməyinizdən keçir. Köhnə vərdişlərinizi dəyişdirməyə diqqət edərək, beyninizdə müsbət emosional yollar aça bilərsiniz. BiG.AZ olaraq, biz də sizə özgüvən hiss etməyə maneə olan bir çox davranışınızı toplayaraq, sizə təqdim etmək qərarına gəldik. Çünki, birinci problemin nədən qaynaqlandığını öyrənmək lazımdır ki, onu düzgün üsullarla aradan qaldırmaq mümkün olsun. Beləliklə, özünüzə daha çox inanmaq, xoşbəxt və uğurlu fərdlər olmağınız üçün öhdəsindən gəlməli olduğunuz 6 maneə:

1. Günahkarlıq hissi

Günah hissinə bir çoxumuzun uşaqlıqdan öyrədilirik. "Yeməyini ye, yoxsa arxandan ağlayar" və ya "Mən sənin üçün saçımı süpürgə edirəm, sən isə bu vəziyyətdə şikayət edirsən?" cümlələrini hamımız eşitmişik. Böyüdükcə isə bu cümlələr bizim daha da dərinimizdə yuva salaraq, güvənsizlik yaşamağınıza səbəb olur. Günahkarlıq hissi başqalarını bilərək incitməməkdə və ya ən dərindəki dəyərlərinizi heçə saymamaqda sizə kömək edə bilər. Ancaq həddindən çox günahkarlıq hissi həyatın bütün sevincini alıb aparır. Günahkarlığın bir çox növü vardır, tədqiqatlar isə bu növlər arasında tək bir günahkarlıq duyğusunun yaxşı olduğunu söyləyir; o da etdiyiniz zərərverici bir hərəkətin ardından duyulan günahkarlıq hissidir. Dəyər verdiyiniz birinə yalan söylədikdən və ya eqoist, alçaldıcı davrandıqdan sonra hiss edilən günahkarlıq duyğusu, eyni davranışı təkrarlamağınıza mane olur və peşmanlıq hiss etdirir. Digər bir çox günah hissi isə belə bir təsirə sahib deyil. Keçmişdəki səhvlərinizdən dərs çıxarın və həyatın sizə verdiyi hədiyyələrin, gözəlliklərin qiymətini bilin.

2. Müvəffəqiyyətsiz olduğunu düşünmək

Bir çoxumuzda bu müvəffəqiyyətsizlik düşüncəsi böyüdüyümüz vaxt ailədən gələn tənqidlər, nümunə göstərilən yoldaşlar və ya bacı-qardaşlar qədər ağıllı olduğunu düşünməmək hissi, diaqnoz edilməmiş diqqət pozuqluğu səbəbiylə meydana gələ bilər. Müvəffəqiyyətsizlik hissi həyatın əhəmiyyətli bir sahəsindəki xəyal qırıqlığından da qaynaqlana bilər; boşanma, tənhalıq, borca girmə, məktəbdə müvəffəqiyyətsizlik və ya istədiyi işi tapa bilməmək kimik hallar.. Bu müvəffəqiyyətsizlik düşüncəsi bir dəfə meydana gəldikdə, bunu həyatınızın hər sahəsinə daşıya bilərsiniz. Bu düşüncə sizə verilən bir vəzifəyə kifayət qədər diqqət göstərməklı, işi vaxtında təhvil vermənək və ya çox mükəmməl olmağa çalışmaq, böyük şəkilə baxmaq əvəzinə gərəksiz detallara fokuslanma formasında özünü göstərə bilər. İnamslz davranıb, müdir və ya müştərilərinizin də sizə qarşı etibarsızlıq meydana gəlməsinə səbəb ola bilərsiniz. Bu müvəffəqiyyətsizlik hissinin öhdəsindən gəlmək üçün atmanız lazım olan ilk addım bu düşüncənin varlığının fərqinə varmaq və ona inanmaq məcburiyyətində olmadığınızı görməkdir. Hər yeni fürsət yeni bir başlanğıc və keçmişdəki səhvlərdən dərs çıxarmaq üçün yeni bir şansdır.

3. Hər şeyi mükəmməl etməyə çalışmaq

Öz-özünüzün ən böyük tənqidçisinizsə, etdiyiniz heç bir şey öz yüksək standartlarınızı qarşılamaq üçün kifayət olmursa, deməli problem var. Hər şeyi mükəmməl etməyə çalışmaqla, siz bir çox işləri yarımçıq qoyacaq, hər şeydən bezəcək, tezliklə isə əlinizi hər şeydən soyutmuş olacasınız. Review of General Psychology yayımladığı bir məqalədə mükəmməlçi olan insanların despressiya və ifrat həyəcana, hətta intihara meylli olduqlarını bildirmişdi. Mükəmməlçilik həm düşüncələriniz, həm də bədəniniz üçün təhlükəli ola bilər. Mükəmməlçilərin özlərinə qarşı hörmətləri də şərtlərə görə dəyişkən ola bilər. Özlərini yalnız nəyisə mükəmməl etdiklərin zaman sevirlər. Başqasının mükəmməl ola biləcəyini düşünmədikləri üçün başqalarını sevmə ehtimalları da olduqca aşağıdır. Bu xüsusiyyətdən xilas olmaq üçün "olmalıdır" ilə bitən cümlələrdən və həyatda yalnız qara və ağın olduğunu düşünməkdən imtina etmək lazımdır. Özünüzə bəzi şeyləri sınamaq üçün şans verin. Səhvləri bir fəlakət olaraq görməkdən əl çəkin. Özünüzə vaxt verin. Etdiyiniz bir işə dəfələrlə nəzarət etməyin.

4. Peşmanlıq hissiylə yaşamaq

Peşmanlıq mənfi şüur və emosiya vəziyyətidir və əldə edilən pis nəticələrdən ötrü özünü günahlandırmağa, məğlub kimi hiss etməyə, etdiyiniz seçimlərdən imtina etməyə səbəb olur. Əgər vəziyyəti dəyişdirmək üçün fürsət varsa, peşmanlıq nə qədər ağrılı olsa da, bəzən faydalı nəticələr verə bilər. Əgər bir vərdişiniz varsa, bundan yaxa qurtarmaq üçün peşmanlıq hətta faydalı bir hiss də ola bilər. Lakin hər hansı bir şeyi dəyişdirmək imkanınız olmadığı vəziyyətlərdə peşmanlıq hiss etmək sizi zehni və fiziki olaraq məhv edə bilər. Bu cür peşmanlıq hissi bütün bədəninizin və beyninizin nəzarətini öz əlinə keçirə bilər. Peşmanlıqla mübarizə aparmaq üçün fikrinizi indiki zamanda cəmləyin və buna uyğun strategiyalar fikirləşin.

5. Özünü başqaları müqayisə etmək

Başqalarının həyatının sizə görünən tərəfləri hər zaman qat-qat fərqli olacaq. Özünüzdən yaxşı həyat yaşayanlarla öz həyatınızı müqayisə edərək ancaq daha da arxaya addımlaya bilərsiniz. Sizin müayisə aparmalı olduğunuz yeganə şəxs keçmişdəki özünüzsünüz. Bu müqayisə sizi ancaq irəliyə aparacaq və atdığınız addımları təhlil edərək, daha böyük nəticələr əldə etməyinizə kömək edəcək.

6. Başqalarını məmnun etmək

Başqalarını məmnun etməyə çalışmağın əsl səbəbi hər kəsin sizi sevməsini və sizinlə əlaqədar müsbət fikirlərə sahib olmasını istəməkdir. Bəlkə Narsistik və hissiyyat baxımdan sizi istismar edən valideynlərə sahib olmusunuz və ailə içində psixoloji olaraq ayaqda qala bilmək üçün uşaqlığınız onları məmnun etməklə keçib. Hətta beynin daha dərinliklərində başqalarının sizə hirslənməsini və ya sizə hirslənməsinin qarşısını almaq üçün onları məmnun etmə düşüncəsi də yata bilər. İnsanları məmnun etmək empatik sui-istifadədən başqa bir şey deyil. Halbuki insanın hər zaman başqa seçim şansıvar. "Olmalıdır" deyə bitən cümlələrdən sıyrılın. Başqalarını məmnun etmək üçün verdiyiniz səyin sizə nə qədər çətinlik törətdiyini anlayın. Sərhədlər qoyun və başqalarından gələn tələblərə xeyr deməyi öyrənin. Uzun müddət stressdən xilas olmaq üçün qısa müddətli narahatlıqları qəbul edin. Başqalarının ehtiyaclarıyla öz ehtiyaclarınlz arasında tarazlıq qurmağı və öz ehtiyaclarınıza prioritet verməyi öyrənin.(pahoo.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2936   Tarix: 16 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875