WhatsApp-dan möhtəşəm yenilik

WhatsApp-dan möhtəşəm yenilik

Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi WhatsApp mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir.

Smartfon istifadəçisi əksər insanların istifadə etdiyi platforma səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, WhatsApp-ın ilk əvvəl tətbiq etdiyi “göndərilən mesajı ləğv etmə” xüsusiyyəti səhvən göndərilmiş mesajın 5 dəqiqə ərzində ləğv edilməsini nəzərdə tuturdu.

Ancaq bu yenilik daha bir addım irəli aparılaraq istifadəçilərin səhvən göndərdiyi mesajları zaman məhdudiyyəti olmadan silə bilməsini təmin edəcək.

Həmçinin mobil tətbiqlərdən başqa veb versiyada da işləyəcək bu xüsusiyyət göndərilən mesajların iki tərəfli silinməsinə icazə verəcək.
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 6137 Tarix: 16.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
CoNuR
CoNuR 16.04.2017
Ay nə yaxşı arada məndə olur


 
olmus_arzular
olmus_arzular 16.04.2017
hmm